AXCP sədrinin müşaviri Məmməd İbrahim həbs edilib.
Anews.az xəbər verir ki, bu barədə onun oğlu Turan İbrahim məlumat yayıb.
Siyasətçi dünən saxlanılmışdı.
Məmməd İbrahim Xətai Rayon Məhkəməsinin qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə həbs edilib.
Zamantv.az