Rus mediası Xocalıdan yazdı: Qızın sadəcə başı qalmışdı...

22:17 26.02.2020 507
Rus mediası Xocalıdan yazdı: Qızın sadəcə başı qalmışdı...
Bir çox xalqların əksər hallarda çoxlu sayda insanın ölməsi ilə əlaqədar ağrılı nöqtələri var. Yəhudilərdə Babiy yar, belaruslarda Katın, çinlilərdə Nankin, yaponlarda Xirosima. Azərbaycanlılarda da belə nöqtə var. Adı da Xocalı.

Axar.az xəbər verir ki, bu sözlər Rusiyanın "Arqumenti.ru” saytının Xocalı faciəsi ilə bağlı "Xocalı – sağalmayan bir yara” adlı dərc etdiyi məqaləsində yer alıb.

Sayt Xocalının uzun müddət erməni mühasirəsində qalmasından, insanların elektriksiz, istiliksiz və köməksiz yaşamalarından yazıb. Qeyd olunub ki, ermənilər guya Xocalı ilə bağlı 1 ay əvvəl xəbərdarlıq ediblər, hətta mülki vətəndaşların şəhərdən çıxması üçün humanitar dəhliz belə yaradıblar. Lakin həmin müddət ərzində Xocalını çox az insan tərk edib. O zaman məqalə müəllifi Sergey Nikitin bir neçə sualla müraciət edir. Niyə görə qalanları şəhəri tərk etmədi? Evlərini tərk etmək istəmədilər? Bunun nəyə səbəb olacağına inanmaq istəmədilər? Əgər dəhliz var idisə belə, onlar buna inanmadı? Əgər belə bir imkan var idisə, niyə azərbaycanlılar əhalini helikopterlərlə təxliyə etdilər?

"Helikopterlərlə cəmi 300 nəfər təxliyə edildi. Amma faciəyə iki həftə qalmış helikopterlər Xocalıya uçmağı dayandırdılar, çünki onları atəşə tuturdular. Hər halda hücum ərəfəsində şəhərdə nəinki əsgərlər və müqavimət dəstələri, həm də bir neçə min mülki vətəndaş – uşaq, qadın, qoca qalmışdı”, - müəllif qeyd edib.

Nikitin ermənilərin Xocalı ilə bağlı daha bir həyasız yalanına toxunub. Qeyd edib ki, həmin ərəfədə ermənilər Xocalının guya Xankəndi üçün böyük təhlükə törətdiyini iddia ediblər:

"Xocalıdan Xankəndi üçün ola biləcək bir təhlükə bir şəhərin mülki vətəndaşlarının ağır artilleriyadan atəşə tutulmasına kifayət qədər əsas verirmi?”

Müəllif sonda qeyd edib:
"Hər il Azərbaycanda izdihamlı mitinqlərlə Xocalıda həlak olanların xatirəsi yad edilir. Amma yaddaş təkcə unutmamaq üçün deyil, həm də onun üçündür ki, oxşar hadisə bir daha təkrarlanmasın”.
Rusiyanın "Novıye izvestiya” saytı da "Əsrin vəhşiliyi: 26 fevralda Xocalı qətliamının növbəti ildönümü tamam olur” adlı məqaləsində ermənilərin törətdikləri vəhşiliyə yer verib.

"Heç bir arqument və müharibə şəraitinə istinadlar Dağlıq Qarabağ münaqişəsi zamanı dinc əhalinin kütləvi şəkildə öldürülməsinə haqq qazandıra bilməz”. Müəllif İvan Petrovski məqaləsinə belə başlayıb.

"Bu, şübhəsiz ki, Dağlıq Qarabağdakı hərbi münaqişənin ən qaranlıq epizodudur, bu dövrdə Azərbaycanın Xocalı şəhərinin yüzlərlə sakini, o cümlədən qadın və uşaqlar həlak olmuş, yaralanmış və itkin düşmüşdür”, - Petrovki yazıb.

Petrovski də yazıda ermənilərin özlərinə haqq qazandırmaq üçün həmin vaxt ortaya atdıqları yalanların üstünü açıb.

Onun sözlərinə görə, ermənilər həmin vaxt bildiriblər ki, Xocalı Xankəndinin Azərbaycan artilleriyası tərəfindən atəşə tutulması üçün ideal məkandır. Bundan başqa Xocalıda ağır aviasıyanın istifadə oluna biləcəyi aerodrom vardı.

Müəllif ermənilərin arqumentlərini qəribə adlandırır və bildirir ki, çoxsaylı şahid ifadələrinə görə, şəhərdə ağır artilleriya olmayıb, hətta bu məsafədən Xankəndini minaatanlardan atəşə tutmaq belə mümkün deyildi.

"Hücum fevralın 25-dən 26-na keçən gecə başladı. Mütəxəssislərin fikrincə, bu tarix təsadüfən seçilməmişdi, çünki buna qədər 4 il əvvəl Azərbaycanın Sumqayıt şəhərində erməni talanları baş vermişdi. Sumqayıt faciəsinin kim tərəfindən təşkil edildiyi hələ məlum deyil, zorakılıqda təqsirləndirilənlər arasında erməni millətindən olan insanlar da var idi.

Şahidlər iddia edirlər ki, erməni hərbçilərinə 366-cı motoatıcı alayın əsgərləri tərəfindən rəhbərliyin birbaşa əmri olmadan dəstək verilirdi.

General Polyakov daha sonra "Faynenşl Tayms”a verdiyi müsahibəsində demişdi ki, Dağlıq Qarabağda qalan 103 erməni bu alayda xidmət edirdi. Saat 23:00-da artilleriya atəşi başladı, gecə 1-də piyadalar Xocalıya girdi və səhər 7-də şəhər müdafiəçilərinin müqaviməti tam qırıldı”, - Petrovski bildirib.

Müəllif dəhşətli faciədən sonra Rusiya və Avropa KİV-lərində yayılan şahid ifadələrinə yer verib:

- Çoxları parçalanmışdı, amma balaca bir qızın sadəcə başı qalmışdı.

- Kamera qulaqları kəsilmiş uşaqları göstərirdi. Bir yaşlı qadının sifətinin yarısı soyulmuşdu. Kişilərin dəriləri soyulmuşdu.

- Ağdamda olan əcnəbi jurnalistlər Xocalıda öldürülən qadın və uşaqlar arasında dırnaqları çıxarılmış, dəriləri soyulmuş 3 meyit görüblər. Bu, Azərbaycan propaqandası deyil, reallıqdır.

"Hər halda, Xocalı qətliamı təkcə Azərbaycan xalqının faciəsi deyil, bütün dünya xalqlarının faciəsidir. Bu cür vəhşiliklərin nəinki heç bir əsası yoxdur, insanları sülhə və harmoniyaya bir addım da yaxınlaşdırmır, əksinə, hər dəfə onları təkamül nərdivanından uzağa atırlar.

Təsadüfi deyil ki, bu "döyüş"ün "qalibləri" qara tarixi qeyd etməməyi üstün tuturlar, eyni zamanda mülki əhali arasında itki sayını minimuma endirirlər”,- müəllif sonda yazıb.

Rusiyanın "Lenta.ru” saytı da dəhşətli Xocalı faciəsini xatırlayıb. Sayt Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri vəhşiliklərlə bağlı fotosessiya yayımlayıb.

"Uranyus” saytı bu dəfşətli faciənin ildönümü ilə bağlı dərc etdiyi məqaləsində Qafqaz tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovun fikirlərinə yer verib.

R.Hüseynov Xocalı əhalisinin 80 faizinin ermənilərin humanitar dəhliz adlandırdıqları yerdə həlak olduqlarını bildirib.

Nüfuzlu "Gazeta.ru” dəhşətli faciəyə böyük yazı həsr edib. Yazıda Xocalının düşdüyü ağır durumdan bəhs edilib, faciə ərəfədə baş verən siyasi proseslər, qətliamdan sağ çıxanların gördükləri, əcnəbi jurnalistlərin, beynəlxalq təşkilatların qeydləri və s. yer alıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO