Günün qoroskopu: yeni istiqamətdə çalışmaq olar

09:55 9.05.2018 526
Günün qoroskopu: yeni istiqamətdə çalışmaq olar
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Müsbət təmayüllərin təsiri artır. Bir qədər əvvəl yaranmış problemləri asanlıqla olmasa da, uğurla həll edirsiniz. Yeni dost və müttəfiq qazana bilərsiniz. Məqsədə doğru qətiyyətlə irəliləyin. Yaxın ətrafınızdakı insanlar sizə sayğı bəsləyirlər. Çətin vəziyyətə düşəndə yardım istəməkdən çəkinməyin.

Hisslərin əsiri olmayın. Bəzi insanlar barədə onların layiq olduqlarından yaxşı düşünməyin. Olmayan yerdə əsla ideal aramayın. Düşünülməmiş addımlar atmayın, sonradan sizi peşman edəcək işlər görməyin.

Buğa - Sizin üçün tamamilə yeni fəaliyyət sahəsində uğurlara nail ola bilərsiniz. Yeni müttəfiq və ya tərəfdaş seçməkdə intuisiya yardımçınız olacaq. Etimada layiq olmayan insanları yaxın buraxmayın. Diqqət, xüsusi zəhmət tələb edən işlərlə məşğul ola bilərsiniz.

Günün ikinci yarısında işgüzar fəallığınız yüksək olsun.

Bütün diqqəti işə ayıraraq şəxsi həyatı unutsanız belə, yaxınlarınız inciməyəcəklər. Yaşlı qohumların yardımlarına bel bağlaya bilərsiniz.

Əkizlər - Maliyyə işlərində uğurlar olacaq. Bu gün bağlanan müqavilələr və əldə edilən razılaşmalar yaxşı gəlir vəd edir. Danışıqlar yaxşı keçir. Nüfuzlu tərəfdaşlardan biri ilə qeyri-formal şəraitdə müzakirələr aparmaq olar. Yeni tanışlar sizə zahiri görünüşünüzə görə qiymət verirlər. Bunu unutmayın.

Ekstravaqant addımlar atmayın.

Yaxınlarınızdan biri sizi qəfil xəbərlə sevindirəcək. Planlarınızda müəyyən dəyişikliklər etmək gərəkdir və bu, sizi qıcıqlandırmamalıdır. Etiraflar üçün əlverişli zamandır.


Xərçəng - Gərgin, mürəkkəb gündür. Tələskənlik və qarğaşa şəraitində özünüzü rahat hiss etmirsiniz. Mənfi emosiyaların təsirinə düşməyin. Bütün diqqəti işə ayırın. Diqqətsizlik acı yanlışlıqlara səbəb ola bilər. Adi günlərlə müqayisədə daha çox səhvlərə yol verməyin. Belədə ətrafınızdakı insanlar işgüzarlıq və bacarıqlarınıza şübhə edə bilərlər.

Günün ikinci yarısında maliyyə itkiləri, mənasız xərclər istisna deyil. Böyük miqyaslı anlaşmalar və sövdələşmələr, bahalı nəsnənin alınması məsləhət deyil. Səfər və ya səyahəti ləğv edin, ya da təxirə salın.

Şir - Ambisiya və eqoizminizlə, yanlış gözləntilər və illüziyalarla mübarizə aparın. Ani istəklərin toruna düşməyin, öhdəliklər və vədlərinizi unutmayın. İradəli, əzmli olun. Hisslərinizə əsir olsanız, uğursuzluqdan yayına bilməyəcəksiniz. Spontan alış-veriş, planlaşdırılmamış xərclər etməyin. Maliyyə imkanlarınızı olduğundan artıq dəyərləndirməyin.

Yumşaqlıq, güzəştə meylli olmaq, səmimiyyət yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi qorumağa imkan verəcək. Məntiqli davranın. Yaxınlarınızın məsləhətlərinə qulaq asın.

Qız - Bu gün istənilən səddi dəf edə bilərsiniz. Tapşırıqlar və görüləsi işlər çox olsa da, yorulmayacaqsınız. Yaşam potensialının səviyyəsi yüksəkdir. Yaxın ətrafınızdakı insanlar sizə çatmaq istəyirlər. Geridə qalanlara sinirlənməyin. Zərurət yaranarsa, onlara yardım edin. Gördüyünüz işin ödənişini bir qədər sonra alacaqsınız.

İşdə rəhbərliklə və ya nüfuzlu şəxslərlə qarşılıqlı anlaşmaya nail olmaq mümkündür. Yaxınlarınızla münasibətlərdə diqqətli, həssas olun. Yaradıcı, işgüzar məzmunlu yeni layihəyə başlamaq olar.

Tərəzi - Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə həssas olun. Özünüzü anlamağa çalışın. Kiçik problemlər sizi ruhdan salmasın. Baş verənlərin hamısına mənfi yanaşmayın. Haqqınızda söylənən təriflərə çox inanmayın, tənqidlərə aqressiv reaksiya verməyin.

Yaxınlarınızın xahiş və təkliflərini qulaqardına vurmayın. Tanışlardan biri sizdən yardım istəyə bilər. Fırıldaqçı və manipulyator üçün "şikar"a çevrilməyin.

Həllini tələb edən problemlərin önəmini anlamağa çalışın, çünki siz hələlik aysberqin zirvəsini görürsünüz. Tələsməyin. Az sonra situasiya aydınlaşacaq və nə etmək gərəkdiyini biləcəksiniz.

Əqrəb - Yaxın ətrafınızdakı insanların dəstəyi və yardımları indi xüsusi əhəmiyyət kəsb edir. Dəstək alacaqsınız, amma yardımlar gözləntilərinizə uyğun miqyasda və həcmdə olmayacaq. Müstəqil işləməkdən çəkinməyin. Müttəfiq və tərəfdaşlarla münasibətlərdə diqqətli olun. Onlara dəyər verdiyinizi göstərin. Bütün bunlar münasibətlərlə bahəm, ümumi layihəyə də müsbət təsir edəcək.

Sirli, müəmmalı, mistik məqamlara maraq artır. Amma unutmayın ki, onların hamısının trivial izahı var. Qarşılıqlı təmaslarda diqqətli olun. İlk dəfə qarşılaşdığınız insana inanmayın.

Oxatan - Maraqlı və aktual informasiya ala bilərsiniz. Həmin məlumatdan öz maraqlarınız üçün nə qədər tez istifadə etsəniz, bir o qədər yaxşıdır. Zaman indi bədxah və rəqiblərinizin xeyrinə işləyir. Yeni işlərə başlamaq, əməkdaşlıqla bağlı anlaşma və ya sazişə nail olmaq mümkündür. Biznesə və ya perspektiv saydığınız layihəyə sərmayə yatıra bilərsiniz.

Sevdiyiniz insanla təmaslar müsbət emosiyalar bəxş edəcək. Arzularınızdan biri çox yaxında çin olacaq. İntuisiyanıza güvənin. O, hətta ən çətin və mürəkkəb məqamlarda sizi aldatmayacaq.

Oğlaq - Mürəkkəb, ciddi işlər və önəmli görüşlər üçün münasib olmayan gündür. Səbirsiz, tələskən, qıcıqlı olmayın. Yaşam enerjinizin səviyyəsi yüksəkdir. Yaxın ətrafınızdakı insanlar sizə əməkdaşlıq və ya qarşılıqlı fəaliyyətin yeni sahəsini təklif edəcəklər. Yardım istəyənə kömək edin, ümidləri qırmayın. Dəstək arayan insanı dinləyin.

Çalışdığınız yerdə və ailədə problemlər, mübahisələr yarana bilər. İşdəki problemi, qarşıdurmanı tezliklə həll edəcəksiniz. Ailədə isə güzəştə getməsəniz, müdrik olmasanız, problem xroniki hal ala bilər.

Dolça - Ötən günlərdə yaranmış qeyri-müəyyən situasiyalar aydınlaşır. Bundan sonra necə hərəkət etməli olduğunuzu anlayırsınız. Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Həmin təkliflər maliyyə durumunuzun dərhal yaxşılaşması ilə bağlı olmasa da, perspektiv baxımından pis deyil.

Yeni istiqamətdə və ya layihədə çalışmaq olar.

Yaxın qohumlar, habelə sevdiyiniz insanla münasibətlərdə ciddi irəliləyişlər olacaq. İndiyədək sürəkli mübahisə etdiyiniz insanla qarşılıqlı anlaşmaya nail olmaq mümkündür.

Balıqlar - Sakit və rəvan, yarımçıq işlərin başa çatdırılması, nəticələrə nəzərə salınması üçün əlverişli gündür. Heç hara tələsməyin. Yaranmış situasiyanı təhlil edin, planlara dəyişikliklər edin. Yaxın ətrafınızdakı insanlara məsləhətlər verin. Onlar səylərinizə dəyər verəcək, xırda işlərlə yanaşı, ciddi məsələlərlə bağlı sizə müraciət edəcəklər.

Ailə üzvləri ilə təmaslarda həssas olun. Şəxsi münasibətlərdə diqqətli olun. Yaxın bildiyiniz insanla təmaslar xoşdur, qarşılıqlı anlaşma var. Çoxdan bəri rəğbət bəslədiyiniz insan sizi sevindirəcək.



Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO