Azərbaycan XİN Nikol Paşinyana cavab verib

11:45 13.07.2018 507
Azərbaycan XİN Nikol Paşinyana cavab verib


"Ermənistanın populist baş naziri NATO üzv dövlətlərinin dövlət və hökumət başçıları səviyyəsində qəbul edilmiş bəyanatına hörmətlə yanaşmaq əvəzinə əsassız şəkildə iddialar irəli sürməyə cəhd edir".

"Report"un məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın NATO-nun Əfqanıstan üzrə toplantısında çıxışına münasibətdə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

"Brüsseldə NATO üzv dövlətləri dövlət və hökumət başçıları səviyyəsində qəbul olunmuş yekun bəyanatda növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini və münaqişənin bu prinsiplər əsasında həll edilməli olduğunu bildirdilər. Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış Tərəfdaşlıq Prioritetləri sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək və hörmət ifadə olundu.

Dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət dövlətlərarası münasibətlərin təməl prinsipləridir, siyasi və beynəlxalq hüquqi öhdəlikdir və sivil davranışdır.

Ermənistan tərəfindən eyni formada BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təsisatların qərar və qətnamələrinə məhəl qoyulmaması və hörmət edilməməsi Ermənistanla beynəlxalq ictimaiyyət arasında ciddi uçurumun olduğunu göstərir.

Münaqişənin danışıqlar yolu ilə həllində konstruktiv addımlar atmaq əvəzinə Ermənistan rəhbərliyi danışıqlara qeyd-şərt qoymaq, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər etmək, əlavə canlı qüvvə yerləşdirmək və hərbi avantüra xarakterli digər addımları ilə vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Onun vəziyyətin daha da qızışdırılması məqsədi daşıyan ritorikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və Ermənistan xarici işlər nazirinin bu kimi ritorikadan çəkilmək barədə çağırışları ilə ziddiyyət təşkil edir.

Ermənistan baş naziri demokratiyadan danışmaqla özünün dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlişini legitimləşdirmək məqsədi güdür. Ermənistan baş naziri demokratiya və insan hüquqlarına sadiq olduğunu sübut etmək istəyirsə, onda Ermənistanın beynəlxalq öhdəliklərinə əməl etməli, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarını çıxarmalı və etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq hüququnun həyata keçirilməsinə mane olmamalıdır.

Azərbaycan beynəlxalq ictimaiyyətlə birlikdə Ermənistanın işğal və hərbi təcavüzünə son qoyulması, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli şəkildə həll edilməsi və regionda davamlı sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəkdir", deyə XİN rəsmsi vurğulayıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO