[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məcid Əliyev Şəki xəstəxanasının baş həkimliyindən niyə çıxarılmışdı və həmin vəzifəyə necə qayıtdı - İLGİNC FAKTLAR


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilməsi barədə avqustun 2-də dövrü mətbutda məlumat yayıldı. Məlumatda Xəstəxananın direktoru vəzifəsinə Tamara Nurəliyevanın təyin olunduğu qeyd edilir.

Bu məlumat dərhal bizə son bir ayda elektron kütləvi informasiya vasitələrində Zaqatala rayon Mərkəzi Xəstəxanasında baş verənlərlə bağlı yayılan silsilə yazıları xatırlatdı. TƏBİB sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun sözügedən xəstəxananın direktoru barədə yazılanlara belə tez reaksiya verməsinə deyil, əvvəlki direktor Məcid Əliyev tezliklə Bakıdakı xəstəxanaların birinə baş həkim gedəcəyi barədə iddialarına təəccübləndik. Yəni. Məcid Əliyev o qədərmi güclü, arxalı bir adamdır, deyə.

Xatırladaq ki, bir müddət əvvəl dövrü mətbuatda Zaqatala ziyalıları adından yayılmış müraciətlərin birində Zaqatala rayon Mərkəzi Xəstəxanasına Məcid Əliyevin baş həkim təyin olunduğu gündən sonra sözügedən səhiyyə ocağında əxlaqsızlığın baş alıb getdiyi, rüşvətxorluğun tüğyan etdiyini bildirirlər. Qeyd edirlər ki, bu gün elə bir tibb işçisi yoxdur ki, baş həkimə rüşvət vermək üçün Kapital Banka müraciət etməsin. Əgər doğrudan da dövlət qurumları və qanunları işləyirsə buyurun yoxlayın Məcid doktor rayona baş həkim gəldiyi gündən neçə nəfər tibb işçisi bankdan nə qədər kredit götürüb, miqdar isə onun tələb etdiyi qədərdir. Bu rəqəm 3000 – 5000 azn arasıdır.

Daha bir müraciətdə isə Zaqatala sakinləri xəstəxanada elektrik generatorunun işləmədiyini, bunun üçün direktor Məcid Əliyev cərrahlardan pul yığmağı tələb etdiyini yazmışdılar. Sanitar qovşaqda olan nasazlığı aradan qaldırmaq və tualet kağızı almaq üçün hazırda orta tibb işçiləri pul yığmaqdadır. Yazırlar ki, xəstəxanada bu gün həkimlər tibbi əlcəkləri bellə yaxınlıqdakı aptekdən pulla alırlar. Maraqlıdır, onda dövlətin xəstəxanaya ayırdığı yüz minlərlə vəsait haralara xərclənib? Xəstəxananın keçmiş direktoru Məcid Əliyevin narazı tibb işçilərinə dediyinə görə, ayrılan vəsaiti yuxarıdan silirlər.

Bütün bu yuxarıda göstərilənlər Məcid Əliyevin Zaqatala rayon Mərkəzi Xəstəxanasına rəhbərlik etdiyi dönəmdə dövrü mətbutda işıqlandırılanların cüzi bir hissəsidir. Amma bu talançı idarəetməyə baxmayaraq TƏBİB İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun başqa bir əmri ilə Məcid Əliyev Şəki rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. Maraqlıdır ki, avqustun 2-də Zaqatala rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilməsi barədə məlumat verilsə də, Şəki rayon Mərkəzi Xəstəxanasına yeni direktorun təyin edilməsi barədə heç bir məlumat verilməmişdir. Niyə?

Çünki, Məcid Əliyev hələ 2012-2018-ci iilərdə Şəki rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb və sözügedən rayonda da yaxşı iz qoymayıb. Onun hansı xidmətlərinə görə yenidən Şəki xəstəxanasına baş həkim təyin olunması Vüqar Qurbanovun soruşula bilər axı…
Qeyd edək ki, Məcid Əliyev Şəki rayon Mərkəzi Xəstəxanasında çalışdığı müddətdə yol verdiyi ciddi qanunsuzluqlara və külli miqdarda dövlət vəsitini mənimsədiyinə görə tutduğu vəzifədən kənarlaşdırılıb. Belə ki, verilən məlumata görə, Şəki RMX-nin baş həkimi olarkən Baş prokurorluq yanında Korupsiyaya qarş Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı külli miqdarda yeyintilər aşkarlanıb. Bundan sonra Məcid Əliyevin karyerasına davam edib, etməməsi sual altında qalıb. Lakin bunlara baxmayaraq Məcid Əliyev sabiq nazir Oqtay Şirəliyevə yaxın şəxslərin vasitəsi ilə nəinki, vəziyyətdən çıxa bilib, hətta Zaqatala kimi nisbətən kiçik bir xəstəxananın direktoru vəzifəsinə də təyinat alıb. Göründüyü kimi Məcid Əliyev Şəkidəki əməllərinə Zaqatalada da davam etdirib. Əvəzində isə nisbətən daha böyük bir rayonun, daha böyük bir xəstəxanasının baş həkimi vəzifəsinə yüksəldilib.

Aktualinfo.org hələ iyul ayında Zaqatala rayon Mərkəzi Xəstəxanasında TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanova arxalanıb bir çox işlər çevirənlər barədə məlumat vermişdi. Göründüyü kimi, deyilənlər əbəs yerə söylənmirmiş. Zaqatala rayon Mərkəzi Xəstəxanasında baş verənlərin arxasında Məcid Əliyev, onun arxasında isə TƏBİB sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun durduğu da yalan deyilmiş.

Aktualinfo.org

P.S. Məcid Əliyevin Şəki rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilməsi barədə məlumatlar redaksiyamıza dünəndən verilmişdi. Onun TƏBİB-in İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanov əmr ilə Şəki rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilməsi barədə rəsmi məlumat isə bir neçə saat öncə yayıldı.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vasif Talıbovun `ATALIQ QAYĞISI` - İLGİNC FAKT


"Vasif Talıbovun "atalıq qayğısı" təkcə alt paltarı hədiyyəsindən ibarət deyilmiş. Bakı əhalisi keyfiyyətli taksi xidmətindən yararlana bilmək şansı yaradıldığına görə də Vasif Talıbova minnətdar olmalıdır". DİA.AZ xəbər verir ki, bu barədə açıqlamasında tanınmış jurnalist, siyasi şərhçi Heydər Oğuz bildirir.

"Naxçıvanda Azərbaycan Polis Akademiyası məzunlarının ovu davam edir" deyə açıqlamasına davam edən Heydər Oğuz daha sonra qeyd edir:

"Əldə etdiyimiz məlumata görə, sonuncu belə qurban Culfa rayon polis idarəsinin sahə müvəkkili Şirzad adlı polis baş-leytenantı olub. Bildirilir ki, Şirzad müəllim bundan bir müddət əvvəl MR DİN-in Cinayət Axtarışı İdarəsində baş əməliyyat müvəkkili işləyib. Nazir dəyişildikdən sonra Şirzadın vəzifəsini kiçildib Culfa rayonuna sahə müvəkkili göndəriblər. Onun yerinə isə kapitan Zeynəlabdin Babayevi təyin ediblər.
Yol uzaq olduğundan və vəzifəsi kiçildiyildiyindən polis baş leytenantı işdən çıxmaq barədə ərizə yazıb. Onun ərizəsini qəbul etməyiblər. Ya işləyəcəyini, ya da polis orqanlarından qovulacağını Şirzad müəllimin nəzərinə çatdırıblar. Polis baş leytenantı isə işdən çıxması fikrində israrlı olub. Onun bu “özbaşınalığı” MR DİN rəhbərliyinin acığına gəlib və Şirzad müəllimin şəxsi işinə “xidmətə yararsız” maddəsi yazaraq polis orqanlarından uzaqlaşdırıblar. İndi o, həmin ləkənmiş əmək kitabçası ilə Azərbaycanın digər rayonlarında da polis işləyə bilməz.
Qeyd edək ki, Şirzad bəy Polis Akademiyasının məzunudur. Onun kimi polislərin yetişməsi üçün dövlət ildə 100 min manat xərcləyir. Bu hesabla Naxçıvan DİN-in polis orqanlarından xaric etdiyi Şirzad müəllimin yetişdirilməsi dövlətə 500 min manata başa gəlib (Polis Akademiyasında təhsil 5 illikdir). İndi o da yəqin ki, digər naxçıvanlı tələbə yoldaşları kimi Bakıya gəlib “Bolt” taksi şirkətində sürücü işləyəcək. Naxçıvan xanlığının uzaqgörən siyasəti nəticəsində Bakı taksilərinin intellektual səviyyəsi yüksəldilir. Bakı sakinləri taksidən istifadə edərkən həyatlarının və təhlükəsizliklərinin Polis Akademiyası kimi ciddi qurumların yetişdirdiyi asayış keşikçilərinə həvalə olunması ilə qürur duya bilərlər. Təbii ki, Vasif Talıbovun “atalıq qayğısı” sayəsində.
Minnətdarıq, Cənab “xan”".
Dia.az olaraq məsələ ilə əlaqədar bütün maraqlı tərəflərin mövqelərini işıqlaqndırmağa hazırıq...

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gömrük sisteminin SİRR BOXÇASI: İsmayıl Hüseynov... - NƏ QƏDƏR DURUŞ GƏTİRƏCƏK...


Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla yüksək vəzifəli şəxslərin həbsindən sonra bu quruma yaxşı bələd olan Şahin Bağırovun sədr səlahiyyətlərini icra edən şəxs kimi geri qaytarılması sabiq sədrin fəaliyyətinin ciddi araşdırılması ilə də müşayiət olunur. Mediada yayılan iddialara görə, Maliyyə Nazirliyi 2018-2022-ci illəri əhatə edən irimiqyaslı yoxlamalara başlayıb, eyni zamanda Səfər Mehdiyevin ölkədən çıxışına da qadağa qoyulub.

DİA.AZ axar.az-a istinadla xəbər verir ki, S.Mehdiyevin “qara kassası” hazırda sədrin birinci müavini vəzifələrini yerinə yetirən İsmayıl Hüseynovdur və indi bütün diqqət də onun üzərində cəmləşib. Bu iddianın yaranması isə qətiyyən təsadüfi deyil.

Belə ki, 1974-cü ildə anadan olan İ.Hüseynov hələ tələbə ikən (o, 1991-1996-ci illərdə Naxçıvan Dövlət Universitetinin istehsalın iqtisadiyyatı və idarəedilməsi fakültəsində təhsil alıb), 1995-ci ildə gömrük orqanlarında xidmətə başlayıb.

Onun yüksək vəzifəyə təyin edilməsi isə birbaşa Səfər Mehdiyevlə bağlıdır. Belə ki, 23 aprel 2018-ci ildə DGK-nin sədri təyin edilən Səfər Mehdiyev dərhal ən yaxın adamı sayılan İsmayıl Hüseynovun birinci müavin təyin edilməsi üçün təqdimat verir və iki aydan sonra, 25 iyunda İ.Hüseynovun DGK-də özündən sonra səlahiyyətli şəxs olmasına nail olur. İ.Hüseynovun birinci müavin təyinatına nail olandan dərhal sonra isə S.Mehdiyev indi sədr səlahiyyətlərini icra edən, o vaxt isə sədr müavini olan Şahin Bağırovu vəzifədən azad edilməsi ilə bağlı təqdimat yazır. Beləliklə, İ.Hüseynov birinci müavin təyin ediləndən bir neçə gün sonra, iyul ayında Şahin Bağırov nəinki sədr müavini vəzifəsindən azad edilir, ümumiyyətlə, gömrük orqanlarından xaric olunur.

4 il müddətində İ.Hüseynov S.Mehdiyevə sadiqliyini nümayiş etdirib və bunun sayəsində bir sıra ciddi problemlərdən xilas olmağı bacarıb.

Belə ki, İ.Hüseynovla bağlı ən ciddi qalmaqal 2020-ci ildə baş verib. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) casusluqda şübhəli bilərək saxladığı və məhkəmə qərarı ilə həbs edilən Azərbaycan vətəndaşları – Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının işi ilə bağlı İsmayıl Hüseynovun adı hallanmışdı. Həbs edilən Abbasquliyeva Lamiyə Elxan qızının Dövlət Gömrük Komitəsinin birinci müavini İsmayıl Hüseynovun yaxın qohumu olduğu üzə çıxmışdı.

Sfera.az o zaman yazmışdı ki, casusluqda ittiham edilən Abbasquliyeva Lamiyə Elxan qızının dost-doğma qardaşı Emin Hacıyev Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı olub. Maraqlıdır ki, onun burada işə düzəlməsində Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, general-leytenant İsmayıl Hüseynov həlledici rol oynayıb. İsmayıl Hüseynovun bibisioğlu olan Emin Hacıyev də axtarışa verilmişdi. Məlumata görə, Emin Hacıyev 25 gün ərzində 1 300 000 manat yeyintiyə yol vermişdi.

Bu boyda qalmaqala baxmayaraq, İ.Hüseynov vəzifəsini və mövqelərini qorumağı bacarmışdı. Buna isə S.Mehdiyevin sayəsində nail olduğu bildirilir.

Onu da xatırladaq ki, 2020-ci ildə baş verən hadisə İ.Hüseynov haqda ilk qalmaqal deyildi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident və xanımı AÇILIŞDA - FOTOLAR


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Grand-Agro İnvitro” Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsinin fəaliyyəti ilə tanış olublar və “Azbadam” Məhdud Məsuliyyətli Cəmiyyətinin badam emalı zavodunun açılışında iştirak ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Grand-Agro İnvitro” MMC-nin icraçı direktoru Taleh Zeynalov dövlətimizin başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verdilər.

İqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulan prioritetlər uğurla həllini tapır. Eyni zamanda, qeyri-neft sektorunda kənd təsərrüfatı məhsullarının payı artır. Bu isə ərzaq təhlükəsizliyinin təmin olunması və idxaldan asılılığın aradan qaldırılması deməkdir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fəaliyyəti ilə tanış olduqları “Grand-Agro İnvitro” Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsi və “Azbadam” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı olan badam emalı zavodu məhz qeyri-neft sektoru və kənd təsərrüfatının inkişaf konsepsiyasının uğurla reallaşdırılmasının nəticəsidir.

Prezident İlham Əliyev: Son vaxtlar fındıqçılıq Azərbaycanda çox inkişaf edir. Fındıq bağlarının sahəsini iki dəfədən çox artırmışıq. Fındıq ixracına görə biz indi dünyada üçüncü yerdəyik. Amma badam istehsalı, əfsuslar olsun ki, Azərbaycanda çox aşağı idi və daxili tələbatı ödəmirdi. Ona görə indi badamçılıqla da ciddi məşğul olmaq lazımdır. Bu meyvə sortları yerli sortlardır, yoxsa xarici sortlardır?

Taleh Zeynalov: Həm xarici sortlarımız, həm yerli sortlarımız var. Məqsədimiz də odur ki, yerli sortların içərisində məhsuldar və təbiətə uyğun çeşidləri seçib seleksiya yolu ilə onların artırılmasına nail olaq.

Prezident İlham Əliyev: Burada çox vacib məsələ odur ki, əlbəttə, intensiv bağçılıq daha çox məhsulun həcminə istiqamətləndirilir. Amma bizim xüsusiyyətimiz və üstünlüyümüz odur ki, - hər zaman belə olub, bu gün də belədir, - bizdə yetişdirilən meyvə-tərəvəz təbiidir. Yəni, orqanikdir və onun xüsusi dadı var. Burada yerli sortlara daha çox üstünlük verilməlidir. Yəni, kəmiyyət dalınca getsək, bizim xüsusi dad verən o meyvələri itirə bilərik. Buna xüsusilə diqqət yetirin. Çünki bizim istər narımız olsun, almamız olsun, pomidorumuz olsun, xurmamız olsun, doğrudan da xüsusi dada malikdir. Biz onu itirməməliyik.

x x x

Qeyd edək ki, 2017-ci ildə fəaliyyətə başlayan “Grand-Agro İnvitro” MMC məhsuldar meyvə və digər bitki tingləri yetişdirməklə məşğuldur. Müəssisənin tətbiq edilən müasir texnologiyalar sayəsində ənənəvi üsullarla çoxaldılması mümkün olmayan, həmçinin yerli və xarici bazarda rəqabətədavamlı yüksəkkeyfiyyətli məhsullar yetişdirmək imkanları mövcuddur. Növ seçimi bazarın tələbatı və müştərinin sifarişinə uyğun olaraq müəyyən edilir.

“İnvitro” layihəsinə yatırılan investisiyanın ümumi məbləği 21 milyon manatdır.

İstixanalar müasir damcı üsulu və sisləmə sistemi ilə suvarılır. Müəssisənin beynəlxalq standartlara tam cavab verən laboratoriyası isə ən müasir texnologiyalarla təchiz olunub. İnkubasiya otaqlarının geniştutumlu olması sayəsində laboratoriya il ərzində 4 milyon ədəd müxtəlif cins və sort yetişdirmək imkanına malikdir.

Müəssisədə 84 nəfər daimi işlə təmin olunub.

x x x

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın açılışında iştirak etdikləri badam emalı zavodu isə “Azbadam” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus istehsal müəssisəsidir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Azbadam” MMC-nin icraçı direktoru Anar Ağayev dövlətimizin başçısına və birinci xanıma zavod barədə məlumat verdilər.

Qeyd edildi ki, layihənin həyata keçirilməsi iki mərhələdə planlaşdırılıb. Birinci mərhələ üzrə 2017-2019-cu illərdə Abşeron rayonunun Qala və Bilgəh qəsəbələrində Aralıq dənizi badam sortlarından olan Quara (160 hektar), Belona (95 hektar), Avijor (138 hektar) və Soleta (34 hektar) növlü ağaclardan ibarət badam bağları salınıb. Bağlara yatırılan ümumi investisiya məbləği 17 milyon manatdır.

İkinci mərhələdə yaradılan zavod ölkədə ilk badam emalı müəssisəsidir. İnşası 2021-ci ilin sentyabrında tamamlanan zavodun ümumi investisiya dəyəri 13,5 milyon manatdır. Bunun 10 milyon manatı Sahibkarlığın İnkişafı Fondu hesabına ayrılan güzəştli kredit, 3,5 milyon manatı isə təsisçi kapitalıdır.

Mikayıl Cabbarov: 2015-2019-cu illərdə ölkədə istehlak olunan təmizlənmiş badamın 90-95 faizi idxal edilirdisə, 2021-ci ilin nəticələrinə görə artıq biz ürəkaçan dinamikanı görə bilirik.

Anar Ağayev: İdxalı 50 faizə qədər azaltmışıq. 2024-cü ildə isə yalnız bizim bağ bütün Azərbaycanın istehlak həcmini qarşılaya biləcək. Digər bağlardan alacağımız badamları da emal edib ixrac edəcəyik.

Prezident İlham Əliyev: Çox yaxşı, öz bağlarınızın da sahəsini genişləndirin. Çünki badam yetişdirmək üçün Abşeron torpağı çox münbitdir. Burada boş sahələr çoxdur. Biz gələndə gördük ki, bütün yol boyunca sağ-sol zeytun bağlarıdır. Əvvəllər bu ərazi boş sahə idi, son vaxtlar əkilmişdir. Bu, böyük imkanlardır. Abşeron torpaqları zeytun, badam yetişdirmək üçün ən münbit torpaqlardır. Burada hələ boş torpaqlar var, onlardan mütləq istifadə etmək lazımdır. Çünki biz gələcəkdə badamı da fındıq kimi ixrac edəcəyik.

Dövlətimizin başçısı İlham Əliyev zavodu işə saldı.

Bildirildi ki, zavodda məhsulun ilkin emalı, sındırılması, qurudulması və çeşidlənməsi nəzərdə tutulur. Müəssisə İspaniyanın “Jose Borrell S.A.” brendinə məxsus avadanlıqla təchiz edilib. Zavodun illik emal gücü 2 min ton badam ləpəsidir.

Onu da deyək ki, “Azbadam” MMC investisiya təşviqi hesabına edilən güzəştlərdən yararlanaraq, indiyədək xərclərinə 1 milyon manat məbləğində qənaət edib. Badam ləpəsinin ölkədaxili illik istehlak həcmi 750-800 ton təşkil edir. 2015-2019-cu illərdə ölkədə istehlak edilən badam ləpəsinin 90-95 faizi idxal olunurdu. Bu məqsədlə ölkədən hər il 6 milyon ABŞ dolları məbləğində valyuta xaricə çıxırdı. Müəssisənin fəaliyyəti nəticəsində 2024-cü ildən etibarən daxili bazarın tələbatı “Azbadam” MMC-nin emal müəssisəsi hesabına nəinki tam şəkildə təmin olunacaq, məhsullar Avropa İttifaqı ölkələrinə, Türkiyəyə, MDB və Mərkəzi Asiya respublikalarına, Hindistana, Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə “Made in Azerbaijan” brendi ilə ixrac ediləcək.

Müəssisə əhalinin məşğulluq məsələsinin həllinə də töhfə verir. Burada 130 nəfər daimi işlə təmin olunub.

Prezident və xanımı AÇILIŞDA - FOTOLARPrezident və xanımı AÇILIŞDA - FOTOLARPrezident və xanımı AÇILIŞDA - FOTOLARPrezident və xanımı AÇILIŞDA - FOTOLARPrezident və xanımı AÇILIŞDA - FOTOLARPrezident və xanımı AÇILIŞDA - FOTOLARPrezident və xanımı AÇILIŞDA - FOTOLARPrezident və xanımı AÇILIŞDA - FOTOLARPrezident və xanımı AÇILIŞDA - FOTOLARPrezident və xanımı AÇILIŞDA - FOTOLARPrezident və xanımı AÇILIŞDA - FOTOLARPrezident və xanımı AÇILIŞDA - FOTOLARPrezident və xanımı AÇILIŞDA - FOTOLARPrezident və xanımı AÇILIŞDA - FOTOLARPrezident və xanımı AÇILIŞDA - FOTOLAR

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən 19 min nəfəri sevindirəcək SƏRƏNCAM


Prezident İlham Əliyev Biləsuvar rayonunun Əliabad–Xırmandalı–Bəydili avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, on doqquz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Əliabad–Xırmandalı–Bəydili avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 5,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xalqdan üzr istəmək əvəzinə, bəraət tələbi: həbsdən müqavimət... - NƏ BAŞ VERİR?


Sabiq icra başçılarının məhkəmə prosesi başa çatdı. Aylarla istintaq altında olan, rüşvət aldıqları, külli miqdarda sərvət topladıqları məhkəmədə sübuta yetirilən bu şəxslərin müqaviməti diqqət çəkir. Barələrindəki məhkəmə hökmü və qərarları ilə razılaşmadıqları, üstəlik, daha yüngül cəzaya deyil, bəraətverici əsaslarla hökmə nail olmaq istəkləri göz deşir.

Məsələn, bir neçə ay əvvəl məhkəməsi başa çatan Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev ittiham üzrə özünü təqsirli bilməyib və məhkəmənin müəyyən mərhələsində ifadə verməkdən imtina edib. İsmayıl Vəliyevin barəsindəki qərardan şikayəti Ali Məhkəməyə qədər gedib çıxsa da, 10 illik cəzadan yalnız 6 ay çıxdaş edə bilib. Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Qoca Səmədov 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Yada salaq ki, Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyev 11 il azadlıqdan məhrum olunub. Məhkəmə Mahir Quliyevin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 450 min manatlıq evinin, Nərimanov rayonundakı 504 min manatlıq mənzilinin və 62 min manatlıq “Audi” markalı avtomobilinin müsadirə edilməsi barədə hökm çıxarıb. Bundan başqa, Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddia təmin olunub. İyulun 26-da İmişli Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Vilyam Hacıyevə hökm oxunub və o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Prokuror Vilyam Hacıyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Bundan başqa, məhkəmədə İmişli Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Vilyam Hacıyevin üzərinə həbs qoyulan əmlaklarının müsadirə edilməsi barədə hökm çıxarılıb.

Hökmdə qeyd edilib ki, Vilyam Hacıyevin 6 milyon 300 min manatlıq əmlak və pulu dövlət nəfinə müsadirə olunsun.

Cəlilabad Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısına hökm oxunub və o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq başçı Namiq Zeynalov barəsindəki hökmdən apelyasiya şikayəti verib. O, Şirvan Apelyasiya Məhkəməsinə təqdim edilən şikayət ərizəsində bəraət tələb edir.

Yada salaq ki, Prezident İlham Əliyev yeni təyin edilən icra başçılarını qəbul edərkən həbsdəki məmurlar haqda da danışmışdı. “Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilib, bəzilərinin hökmü verilib, bəzilərinin işləri məhkəmədədir. Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”.

Göründüyü kimi, son olaraq Cəlilabadın sabiq başçısı da özünü nəinki təqsirli bilir, üstəlik, digərləri kimi o da bəraət istəyir. Bu isə o deməkdir ki, sabiq məmurlar təkcə onu həbsə alan hakimiyyətə deyil, həm də bu adamların cəzalandırılmasını tələb edən cəmiyyətə müqavimət göstərirlər. Bəs barələrində ağır ittihamlara baxmayaraq, xalqdan üzr istəmək əvəzinə, bəraət tələb etmələrinin səbəbi nədir? Sabiq məmurlar müqavimət göstərməklə nəyə nail olmaq istəyirlər, hansı mesajı verirlər? “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, icra başçılarının müqaviməti əbəs deyil: “Uzun illərdir ki, həbs olunan məmurlar onlara verilən cəzaların çox az hissəsini çəkib azadlığa buraxılırlar. Onların azadlığa çıxmasında Azərbaycan məhkəmələrinin, hakimlərin müstəsna rolu var. Bu gün büdcə pullarına əli çatan hər kəsin oğurlamaq üçün geniş imkanları var. Məmurlar, icra başçıları bilirlər ki, həbsə alınsalar, uzağı 3-4 ilə Azərbaycan məhkəməsi onları azadlığa buraxacaq. Çünki ölkədə korrupsioner məmur, vəzifəli şəxs, icra başçılarının məhkəmələrdəki çirkaba bulaşmış hakimlərin əli ilə azadlığa çıxarılması praktikası çox geniş şəkildə yayılıb və belə işlərə baxan bütün məhkəmələrdə arestant vəzifə sahiblərinin xeyrinə qərarlar çıxarılıb! Bunu bu gün həbsdə olan icra başçıları da çox gözəl bilirlər. Ona görə də müqavimət göstərirlər, mübarizə aparırlar”.

Hüquqşünas deyir ki, icra başçılarının maaşlarını nəzərə alsaq və onlardan müsadirə olunan əmlakların siyahısına baxsaq, talançı korrupsiyanın, rüşvətxorluğun var olduğunu görərik: “Bu adamlarda həm də belə fikir hakimdir ki, onlar toxunulmazdır. Otururlar vəzifədə, dövlətin xalqın rifahına ayırdığı pulları oğurlayırlar. Araşdırmalar göstərir ki, tutulan icra başçıları Cinayət Məcəlləsinin təxminən eyni maddələri ilə - rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunublar. Vurduqları ziyan və aldıqları rüşvət isə üst-üstə gəlsək, milyardlarla manat edir. Xalqın, dövlətin pulu hesabına yağ-bal içərisində yaşayan bu cür məmurların bir yeri var, o da həbsdir. Korrupsiyaya bulaşan, rüşvət alan başçıların real cəzaya məhkum olunması azdır, həmin cəzanı tam şəkildə çəkmələri gərəkdir. Onların tez bir zamanda azadlığa çıxmasını təmin edən bütün ”cığırlar" bağlanmalıdır".

Hüquqşünas bildirib ki, həbs olunan məmurlara xoşluqla başqalarının adına rəsmiləşdirdikləri bütün əmlakların qaytarılması təklif olunmalıdır: “Bu təklif kimlərəsə qəribə gələ bilər, amma həbsdəki məmura, icra başçısına şərait yaradılmalıdır ki, oğurladıqlarının 90 faizini geri qaytarsın. Əlbəttə ki, kimsə bunu öz xoşu ilə etməyəcək. Sərt və qanuni cəzalarla buna nail olmaq mümkündür. Komforta öyrəşmiş başçılara ”içəri"də qara dustaqdan fərqli olmayan bir yaşam təmin edilməlidir. İstər-istəməz komfortlu həyata öyrəşən biri kimi həbsdə də özünə həmin şəraitə yaxın yaşamı təmin etməyə çalışacaq. Bu halda adamlara konkret şərt irəli sürülməlidir: oğurladığını ver, komfortunu təmin elə. Yoxsa ki, icra başçıları, nazirlər həbsə düşəndə özlərinə orada yaxşı şərait yaradırlar. Adi insanın həbsxanadakı həyatı ilə məmurun, oliqarxın həyatı eyni olmur. Onlar orada heç cür pis yaşamırlar, xalqdan oğurladıqları pulların cüzi bir hissəsini xərcləməyin qarşılığında özləri üçün çox gözəl şərait qururlar. Əlbəttə, azadlıqdan gözəl nemət yoxdur. Ancaq həbsdə bütün hüquqları məhdudlaşdırılsa da, öz həyatlarını sürürlər. İstənilən şəxs yanlarına gedə bilir, telefonları da olur, danışa bilirlər. Bu baxımdan Azərbaycanda son illərin təyinatları, gənc kadrlar istisna olmaqla, əvvəlki məmurların, xüsusən də icra hakimiyyəti başçılarının əksəriyyəti bunu gözə alıb. Korrupsiyaya görə sərt cəza verilməli və korrupsionerlərin həbsdə özlərinə şərait qurmalarının qarşısı alınmalıdır".

Hüquqşünas deyib ki, korrupsiyaya görə həbsə alınan heç bir icra başçısı, məmur əfv və amnistiyaya düşməməlidir: “Azərbaycanda sərt qanunlar qəbul olunmalıdır. Amma belə bir şərt də qoyula bilər ki, öz adına və başqalarının adına olan bütün əmlakı gətir qaytar və ondan sonra daha yüngül cəzaya ümid elə”.

Hüquqşünas gənclərin icra başçısı postuna təyinatının müsbət tendensiya olduğunu, lakin gənc kadrların yerlərdə köhnədən qalma komanda üzvləri ilə çox da uzağa gedə bilməyəcəklərini də vurğulayıb: “İcra başçılarına yüksək məbləğlərdə məvacib verilməlidir. Rayonun əhali sayından, iş həcmindən asılı olaraq icra başçılarına 20-25 min manat məvacib verilməlidir. Bu məvacibin qarşılığında icra başçılarından effektiv iş tələb etmək olar. Başqa cür rayonlarda vəziyyəti dəyişmək, effektiv idarəçiliyə nail olmaq qeyri-mümkündür. 2-3 min maaş alan icra başçısının rüşvətə, korrupsiyaya bulaşmaması inandırıcı görünmür. Dövlət məmurlarının əmək haqqı elə olmalıdır ki, onun gözü rayondakı müəllimlərin, həkimlərin əlində olmasın. İş adamlarına münasibətdə qanunsuzluqlara yol verməsin”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gömrüyün yeni rəhbərliyi Sədərək gömrüyü ilə BACARACAQMI? - "300 litrdən artıq olmaz, 420 dollar ödə..."


"Sədərək Gömrük Məntəqəsindən TIR yük maşınlarında 300 litrdən artıq dizel yanacağı keçirməyə qadağa qoyulub. Yanacaq çənində bu miqdardan artıq yanacaq olan yük avtomobilləri ya sərhəddən buraxılmır, ya da onlardan əlavə hər yüz litr üçün 60 dollar rüşvət tələb olunur".

DİA.AZ xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” məlumat yayıb.

Bakı şəhər sakini Cabbar Seyidov bildirib ki, uzun müddətdir Türkiyə ərazisindən keçərək Gürcüstandan Naxçıvana mal daşıyır:
“İndiyə kimi heç bir problem olmayıb. Mənim yük maşınım qanuni 1500 litr salyarka (dizel - red.) tutur. Sonuncu dəfə Naxçıvandan qayıdanda 1000 litr vurmuşdum ki, Bakıya gəlib çata bilim. Çünki Türkiyədə yanacaq çox bahadır. Gömrükdə dedilər ki, 300 litrdən artıq olmaz, ya çəni boşalt, ya da 700 litrə görə 420 dollar ödə. Elə qiymət qoyublar ki, Türkiyədən almaq daha sərfəlidir. Ancaq, çəni boşaltmağa yer tapmadığımdan məcbur qalıb 420 dolları ödədim. Ödədiyim pul öçün qəbz tələb edəndə, mənə güldülər. Necə olur ki, Azərbaycandan Gürcüstana keçəndə çəni yoxlamırlar, ancaq Naxçıvan yoxlayır? Qanuni qadağadırsa, qoy hər yerdə olsun”.
Adının çəkilməsini istəməyən Türkiyə vətəndaşı iddia edib ki, gömrük işçiləri ondan da rüşvət tələb ediblər:
“İstanbula mal aparmalı idim. Yük maşınının çəni 1100 litr tutur. Tam doldurmuşdum ki, yolda baha almayım. Gömrük işçiləri dedi ki, 300 litrdən artıq olmaz. Məndən 480 dollar rüşvət istədilər. Məcbur qalıb geri qayıdıb çəni tanışlardan birinin həyətinə boşaltdım. Avtomobilin standart çənidir. Buna qarışmaq ixtiyarları yoxdur. Naxçıvanda özbaşınalıqdır deyə, istədiklərini edirlər”.
Sədərək Gömrük İdarəsindən sürücülərin iddialarına cavab almaq mümkün olmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ressan” MTK vətəndaşlara necə PROBLEM YARADIR... - İŞİ MƏHKƏMƏDƏDİR...


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məhkəməyə verilib.

DİA.AZ qaynarinfo-ya istinadla xəbər verir ki, iddiaçı "Ressan” Mənzil Tikinti Kooperatividir (MTK). MTK-nın iddiası Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun icraatındadır. İşin mahiyyəti torpaq münasibətləri üzrə mübahisələrlə bağlıdır.

"Ressan” MTK 25 may 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi İsmayılov Rauf Ağa-Musa oğludur.

Bir neçə ay əvvəl "Ressan” MTK Xətai rayonu Məhəmməd Hadi 41 ünvanında inşa etdiyi 17 mərtəbəli bina ilə gündəmə gəlmişdi. Bu barədə mediada yayımlanan məlumatlarda qeyd edilirdi ki, sözgedən binanın sakinləri şirkəti verilən vədləri yerinə yetirməməkdə ittiham edib.
Sakinlərin bildirib ki, bina 2018-ci ildən istifadəyə verilsə də, hələ də mənzillərinə çıxarış ala bilmirlər. MTK rəhbərliyi müxtəlif bəhanələrlə onları aldadıb.

Bundan başqa, mənzillərə görə müqavilə ilə sakinlərdən 3 min manat əlavə ödəniş alınıb. Sakinlər deyib ki, bu ödəniş çıxarışın verilməsi və sayğacların qoyulması üçün nəzərdə tutulub.

O da məlum olub ki, MTK-nin rəhbəri Rauf İsmayılov etirazçı sakinlərə təzyiq edir. Onun göstərişi ilə bina sakini Orxan Əzizovun heç bir kommunal borcu olmadığı halda mənzilinin elektrik enerjisini kəsib.

Orxan Əzizov həmçinin bildirib ki, Rauf İsmayılov bina sakinlərini şərləməyə cəhd edib. "Bina sakinlərinin gözü qarşısında MTK rəhbəri bizi susdurmağa çalışdı, təxribata əl atdı. Təbii ki, mən və digər bina sakinləri daha səbirli və təmkinli davranaraq haqqımızı tələb etdik. Bu zaman MTK rəhbərliyi 102 xidmətinə zəng edərək əraziyə polis nəfərləri çağırdı. MTK rəhbəri əraziyə gələn polis əməkdaşlarına bildirdi ki, guya mən və Elçin adlı sakin onu döyməyə cəhd etmişik və bizdən şikayətçidir. Hansı ki, baş verənlər bina sakinlərinin gözü qarşısında olub və ümumiyyətlə, biz "Ressan” MMC-nin rəhbəri Rauf İsmayılovun 1 metrliyinə belə yaxınlaşmamışıq. Bina sakinləri bunu müraciət ərizəsində öz imzaları ilə təsdiqləyirlər.

Bizi Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə apardılar və bildirdilər ki, "Ressan” MMC-nin rəhbəri Rauf Ağamusa oğlu İsmayılov bizdən şikayətçidir. İzahatımızı aldılar. Bildirdik ki, "Ressan" MMC-nin rəhbəri haqqımızı tələb etdiyimiz üçün bizi susdurmağa və şərləməyə çalışır. İzahatımız alınandan sonra bizi sərbəst buraxdılar”, - deyə o bildirib.

XƏBƏR LENTİ

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir