Rahim Namazovun jurnalist olmadığı barədə Fransa mediasına məktublar göndərmişik - Səfirlik

13:15 2.04.2018 571
Rahim Namazovun jurnalist olmadığı barədə Fransa mediasına məktublar göndərmişik - Səfirlik
Azərbaycanın Fransadakı səfirliyi Tuluza şəhərində yaşayan azərbaycanlı Rahim Namazovun (Şəkinski) güllələnməsi ilə bağlı istintaqın gedişi ilə daim maraqlanır və məsələni diqqətdə saxlayır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycanın Fransadakı səfirliyindən bildirilib.

Açıqlamada deyilir ki, səfirlik Fransa Xarici İşlər Nazirliyi, istintaq orqanları və Tuluza şəhərinin hüquq-mühafizə orqanları ilə sıx təmasdadır: “Məsələnin araşdırılması və daha dəqiq məlumat əldə edilməsi vaxt apardığı üçün səfirliyin baş verənlərlə bağlı münasibəti bir az gecikdi”.

Məlumatda qeyd edilir ki, səfirlik də bu məsələ ilə bağlı istintaqın obyektiv araşdırılması və həqiqətin tezliklə ortaya çıxmasında maraqlıdır: “Çünki məsələni artıq fərqli məcraya yönəldiblər. Fransa mediası Rahim Namazovu jurnalist kimi təqdim edib, çünki o, Fransada oturum almaq üçün özünü jurnalist kimi qələmə verib, sosial şəbəkələr vasitəsilə çıxış edərək Azərbaycanda guya siyasi təqibə məruz qaldığını, həyatı üçün təhlükə olduğunu, buna görə ölkədən qaçdığını deyib.

Biz media orqanlarına onun jurnalist olmadığı barədə məktublar ünvanlamışıq. Səfirliyin müdaxiləsindən sonra 15-ə yaxın media orqanı səfirliyin mövqeyini işıqlandırıb. Sosial şəbəkələr vasitəsilə də bu cür açıqlamalar yayırıq.

Tuluza Jurnalistləri Assosiasiyası da açıqlamasında belə bir jurnalist haqqında məlumatlı olmadığını bildirib”.

Qeyd edək ki, martın 30-da R. Namazov həyat yoldaşı ilə avtomobildə gedərkən naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahdan atəşə tutulub.

Hadisə nəticəsində R. Namazovun həyat yoldaşı yerində ölüb, özü isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Fransa mətbuatı və saytları R. Namazovu jurnalist kimi təqdim etsə də, o, uzun müddətdir, sosial şəbəkələrdə Rahim Şəkinski adı ilə tanınıb və kriminal aləmin məşhur simalarını, xüsusilə Nadir Səlifovu (Lotu Quli) ağır təhqir edən video və səs yazıları yayıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar