Şamaxıda icra başçısı karantin günü obyekt sökdürə bilər, ancaq vətəndaşı qəbul edə bilməz?!

10:26 14.09.2020 368
Şamaxıda icra başçısı karantin günü obyekt sökdürə bilər, ancaq vətəndaşı qəbul edə bilməz?!
Şamaxı sakini: “Mənim ölkəmdə karantini fürsət bilib vətəndaşı çörəyindən məhrum edirlər”

“Obyektimi söküblər, əsəb xəstəliyinə tutulmuşam, hər yerə şikayət edirəm, ancaq heç yerdən cavab ala bilmirəm. O boyda obyekti karantin günlərində gəlib sökdülər, dedilər, icra başçısının göstərişidir, get, onunla danış. Ancaq başçının qəbuluna buraxmadılar ki, karantindir, olmaz”.

Bu ilin mayında Şamaxı sakini Fərhad Allahquliyevin Şamaxı-Ağsu magistral yolunun kənarında yerləşən obyekti sökülüb. Dediyinə görə, Şamaxı Rayon İcra Hakimiyyətindən ona bildirilib ki, maşın təmiri ilə məşğul olan obyekti yaxınlıqdakı zavoda görə soküblər.

“Heç kimə maneçiliyi yox idi”

“Obyektin sahəsi 96 kvadratmetr idi. Heç kimə maneçiliyi yox idi. Magistral yoldan da 50 metr aralıda yerləşirdi. Dedilər ki, yaxınlıqda çaxır zavodu var, bu obyekt o zavoda maneçilik törədir. Halbuki, mənim obyektimin zavoda heç bir maneçiliyi yox idi. Hələ karantindən əvvəl mənə obyektin söküləcəyi ilə bağlı bir neçə dəfə xəbər göndərmişdilər.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Sərdar Ömərovun, rayonun baş memarının yanında olmuşdum, onlar da hər şeyin yaxşı olacağını demişdi. Hətta biz obyektdə abadlıq işləri aparanda başçının müavini gəlib bildirmişdi ki, nahaq əziyyət çəkirsiz, onsuz da bura söküləcək. Mən də demişdim ki, əvvəl əvəzini ödəyin, sonra sökün”, - şikayətçi deyir.

“İçərisindəki əşyalarla birlikdə dağıdıblar”

Fərhad Allahquliyevin sözlərinə görə, mayın əvvəlində ona obyektdə söküntü işləri aparıldığı bildirilib. O da özünü əraziyə çatdırıb:

“Əvvəl deyirdilər, arxayın ol, təzminat ödəniləcək, ancaq mayın əvvəli qəfil buldozerləri gətirib obyekti içərisindəki əşyalarla birlikdə darmadağın ediblər. Mən əraziyə çatanda obyekt tamamilə sökülmüşdü. Dedilər ki, get, başçıyla danış, onun göstərişidir. İcra hakimiyyətinə gedəndə isə bildirdilər ki, karantin şəraiti olduğuna görə başçı vətəndaşları qəbul etmir. Deməli, başçı karantin günü obyekt sökdürə bilər, ancaq vətəndaş qəbul edə bilməz. Başqa ölkələrdə karantin vaxtı vətəndaşlara yardım edirlər, mənim ölkəmdə isə karantini fürsət bilib vətəndaşı çörəyindən məhrum edirlər”.

“Məni görəndə hərəsi bir tərəfdə gizlənir”

Fərhad Allahquliyev deyir, 4 il imiş ki, yol çəkilişinə görə obyekt əvvəlki gücüylə işləyə bilmirmiş:

“O yeri 1998-ci ildə indiki pulla hesablasaq, 58 min manata almışdım. Uzun illər o obyektdən neçə-neçə ailəyə dolanışıq, çörək gedib. 4 il əvvəl Şamaxı-Ağsu yolunu tikəndə obyektə gediş-gəliş çətinləşdi. Əvvəlki gücündə çalışmasa da, çörəyimizi qazana bilirdik. May ayından bu tərəfə stresdən, gərginlikdən əsəb xəstəliyi tapmışam, bütün sağlamlığımı itirmişəm. Söküblər, gətirsinlər haqqını ödəsinlər. İcra hakimiyyətinə gedirəm, hərəsi bir tərəfdə qaçıb gizlənir. Sökəndə hamısı bir yerdə söküb, ancaq indi hərəsi bir tərəfə qaçır. Baş memar deyir, mənlik deyil, gəlib abadlıq işləri vaxtı “onsuz da bura söküləcək” deyən müavin indi deyir, mənlik deyil... Hamı başçını göstərir, onun da yanına buraxmırlar”.

İcra hakimiyyəti nə deyir...

Şamaxı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Şamaxı-Ağsu magistral yolunun kənarındakı obyekt əvvəllər maşın təmini sexi kimi fəaliyyət göstərsə də, bir neçə ildir ki, işləmirdi.

Obyekt magistral yolun ətrafında aparılan abadlıq işləri çərçivəsində sökülüb. Bildirilib ki, vətəndaşa obyektin əvəzi olaraq başqa yerdə sahə təklif olunsa da, razılaşmayıb. İcra hakimiyyətindən vətəndaşın dedikləri təkzib olunub.

Fərhad Allahquliyevsə qurumdan deyilənlərin həqiqətəuyğun olmadığını deyir. Bildirir ki, ona obyektin əvəzi olaraq nə pul, nə də başqa yerdə torpaq sahəsi təklif olunub.

Fərhad Allahquliyev Prezidentə, Birinci vitse-prezidentə, Baş prokurora bir neçə dəfə məktub və teleqram göndərib, ancaq heç birinə cavab almayıb.

Hüquqşünas Namizəd Səfərov deyir, vətəndaşın əlində sökülmüş əmlakın ona məxsus olduğunu təsdiqləyən sənəd varsa, məhkəməyə müraciət edə bilər.
Milletinsesi.info

Şamaxıda icra başçısı karantin günü obyekt sökdürə bilər, ancaq vətəndaşı qəbul edə bilməz?!
Şamaxıda icra başçısı karantin günü obyekt sökdürə bilər, ancaq vətəndaşı qəbul edə bilməz?!
Şamaxıda icra başçısı karantin günü obyekt sökdürə bilər, ancaq vətəndaşı qəbul edə bilməz?!
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir