Dekabrın 19-da Moskvada Böyük Lubyanka küçəsində atışma törədən şəxsin kimliyi məlum olub.
REN TV-nin məlumatına görə, cinayətkar Moskva vilayətinin 39 yaşlı sakini Yevgeni Manürovdur.
Y.Manürov əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Onun şirkəti kommersiya fəaliyyəti sahəsində məsləhət xidmətləri göstərib, lakin 2015-ci ildə bağlanıb.
Federal Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, hücum edən şəxs tək olub və o, hüquq-mühafizə orqanının əməkdaşının geyimindən istifadə edib. Bundan başqa, atışma zamanı 1 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı bildirilib.(virtualaz.org)
Zamantv.az