Ölkə turizminin xilas yolu: Hansı dəyişiklik olacaq? - GƏLİŞMƏ

10:14 19.08.2019 453
Ölkə turizminin xilas yolu: Hansı dəyişiklik olacaq? - GƏLİŞMƏ

Azərbaycanın turizm potensialı böyük olsa da, ölkəmiz bu sahədə region ölkələrindən geri qalır.

Hətta qonşu ölkələrdə, xüsusilə Gürcüstan və Türkiyədə istirahət etməyə üstünlük verən vətəndaşlarımızın da sayı kifayət qədər çoxdur. Builki yay mövsümü üçün turizmin inkişaf tempinin də iki il əvvəllə müqayisədə aşağı olacağı gözlənilir. Qeyd edək ki, 2016-cı ildən turizmin inkişaf tempi üzrə göstəricilər geriləməyə başlayıb.

Dövlət Turizm Agentliyinin məlumatına görə, iyul ayında ölkəmizə 365 min əcnəbi qonaq gəlib ki, bu 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 10.6 faiz artım deməkdir. Cari ilin yanvar-iyul ayları ilə bağlı göstəricilərə görə, bu müddət ərzində ölkəmizi 1.8 milyon turist ziyarət edib ki, bu isə ötən ilin ilk yeddi ayı ilə müqayisədə 122 min nəfər və ya 7.4 faiz çoxdur.

Qeyd edək ki, ölkəmizdə hava yolları nəqliyyatının qiymətlərinin baha olması da, turizmin inkişafını ləngidən amillərdən biri kimi qeyd olunur. Gürcüstanla müqayisədə Azərbaycanda təyyarə biletləri ən azı 2-3 dəfə yüksəkdir. Çox güman ki, məhz bu səbəbdən də ölkəmizə gələnlər daha çox quru yollarına üstünlük verir. Məlumatlara görə, ölkəmizə gələnlərin 60,4 faizi dəmir yolu və avtomobil, 38,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Onu da qeyd edək ki, 2023-cü ilə qədər ölkəyə gələn turist sayının 2 dəfə artırılması nəzərdə tutulur.

Hazırda turizmin inkişafının istənilən səviyyədə olmaması, bu sahədə ölkəmizin bölgə dövlətlərindən geri qalmasının səbəbi nədir? Hansı konseptual dəyişikliklər olmalıdır ki, Azərbaycanda turist sayına görə daha böyük göstəricilər əldə etsin?

İqtisadçı ekspert Elman Sadıqov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, 2016 və 2017-ci illərdəki turizmin inkişaf tempi ötən il və bu il müşahidə olunmayıb:

“Doğrudur, müəyyən artım var, amma bu ciddi artım deyil. Bu il ölkəmizdə daxili turizmin artımı müşahidə olunur. Bunun da əsas səbəblərindən biri odur ki, xaricə üz tutanlar olsa da, vətəndaşların daha böyük qismi ölkədə istirahət etməyə üstünlük verir. Xarici turizmin inkişaf tempinin aşağı düşməsinin isə həm obyektiv, yəni daxili məsələlərdən asılı olmayan, həm də subyektiv səbəbləri var. Obyektiv səbəblərdən biri qonşu Türkiyədə lirənin dəyər itirməsi, eləcə də turizm və xidmət sektorunun inkişafı ilə bağlıdır.

Türkiyədə turizmlə bağlı bir sıra proqramlar qəbul edildi və bunun nəticəsində artıq bu ildən rekord nəticələr əldə edilməkdədir. Hələ statistik məlumatlar açıqlanmasa da, ölkədə turist sayının 50 milyona çatdırılması hədəflənib. Bu əlbəttə ki, ölkəmizin turizm sektoruna təsirsiz ötüşmür. Çünki Türkiyə həm ərəb ölkələrindən, həm də Avropadan turistlərin cəlbi üçün Azərbaycana ciddi şəkildə rəqib ölkədir. Digər tərəfdən Gürcüstan Azərbaycana rəqib ölkədir ki, burada milli valyutanın dollar qarşısında geriləməsi də bu məsələdə önəmli yer tutur”.

İrandan gələn turistlərin sayının azalmasına diqqəti çəkən ekspert bildirib ki, bu ölkədə dolların möhkəmlənməsi orada olan böyük bir kəsimin ölkə xaricində istirahəti üçün ciddi problemlər yaradıb:

“Türkiyədə qiymətlərin və xidmətin daha cazibədar olması həm də rusiyalı turistlərin ora üz tutmasına şərait yaradıb. Bütün bunlar bizdən asılı olmayan məsələlərdir. Biz daha çox bizdən asılı olan məsələlərin üzərində fokuslanmalıyıq. Bizdən asılı olan ən başlıca məsələ xidmət və keyfiyyətin artırılmasıdır. Ərəb mətbuatını izləyən bir şəxs kimi deyə bilərəm ki, çox təəssüf ki, burada bəzən ölkəmizlə bağlı mənfi rəylərə rast gəlirik. Həmin rəylərin çoxunda da, xüsusilə qiymətlərlə bağlı həqiqətlər olur, digər tərəfdən isə Azərbaycanda menyu mədəniyyətinin formalaşmaması kimi məsələlərə rast gəlinir. Təəssüf ki, bəzi yerlərdə ikili menyular tətbiq olunur ki, burada turistlər və yerli vətəndaşlar üçün fərqli qiymətlər öz əksini tapır”.

Elman Sadıqovun sözlərinə görə, digər bir məsələ isə turizm sahəsində qeyri-peşəkarların fəaliyyət göstərməsidir:

“Əksər hallarda bu sahədə xidmət göstərənlər peşəkar olmurlar. Həmin şəxslərin turizm fakültələrini bitirməsi, dilləri daha yaxşı bilməsi önəmlidir. Təəssüf ki, bu məqamlar turizmin inkişafına mənfi təsir edir. Təklif etmişəm ki, turistlər arasında sorğular keçirilsin. “ASAN-xidmət”-də olduğu kimi, hava limanlarında turistlər arasında sorğunun keçirilməsinə ehtiyac var. Onların hansı bölgələrdə hansı neqativ hallarla rastlaşdıqları bilinər və aradan qaldırılması üçün tədbirlər görülərdi. Bizdə ancaq şikayətlərin olub-olmamasına baxılır. Amma 5-10 günlük istirahətə gələn turistlər şikayət üçün vaxt ayırmağa lüzum görmürlər. Bu cür araşdırılmaların aparılmaması nəticə etibarı ilə azalmalara gətirib çıxarır”.

Milli valyutanın məzənnəsinə gəlincə, iqtisadçı hesab edir ki, hazırda dolların 1.70 AZN səviyyəsində olması turizm sahəsi üçün uyğundur:

“Subyektiv amillər və sui-istifadələr olmasa, ölkəmizdə qiymətlər də baha deyil. Amma xüsusilə hotellərdə xidmətin təşkili ciddi problemdir. Digər tərəfdən, hotellərin az olması turistləri istirahət mərkəzlərinə yönləndirir. İstirahət mərkəzlərində isə kottec sistemidir. Müştərilərin hamısı heç də bu sistemdən razı qalmırlar. Turistlər daha çox hotel sisteminə üstünlük verirlər. Kənd turizmində, ekoturizmdə evlərin təklifinin bir qədər də inkişafına ehtiyac var”.

Elman Sadıqov deyib ki, Azərbaycanda təyyarə biletlərinin qiymətinin baha olması və bu sahədə rəqabətin zəifliyinin də turizmə təsiri danılmazdır.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar