Impera
XƏBƏR LENTİ
14:49BNA-nın manatlıq taksi kabusu... - "Bakının ictimai nəqliyyat sistemində problemlər var"14:43Güney Azərbaycanda “kəfənli aksiya”: “Qoyma, vətənim satıldı getdi” - VİDEO14:40Xızıda sürücü polisləri silahla hədələyib14:38Şəki sakinini incidən kimdir? - "Sahil Babayevdən xahiş edirəm ki..."14:35“Şərurlu İsfəndiyar”la bağlı qərarın icrasna başlandı - GƏLİŞMƏ12:03Ağdamda 1700 manata satılan MÖHLƏT HÜQUQU... - ŞOK SƏS YAZISI11:46Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı - FOTO11:29“İnterpol”un axtardığı “Akula Akif” Bakıda 7 milyon dollar qazandı - İLGİNC11:13BP-nin regional prezidenti: “Əsrin müqaviləsi”nin Azərbaycanı müasir enerji mərkəzinə çevirməsi göz qabağındadır10:57Azərbaycanın strateji obyektləri necə qorunur - Səudiyyə insidentindən çıxarılan nəticə17:52ABŞ Konqrsinin üç üzvü Qarabağa soxulmağa hazırlaşır - İŞĞALÇILARA 4 MİLYON DOLLARLIQ XÜSUSİ AVADANLIQ?17:40Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib17:29Nazirliyin Baş Müfəttişi işdən qovuldu - Rüşvət aldığına görə...17:17Sumqayıtda 22 saylı orta məktəbdə nə baş verir?-ŞOK VİDEO16:55Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU16:42İnam Kərimovun yeni aqro-innovativ kəşfi – Kombaynlar hava ilə işləyəcəkmiş16:22"XİN rəhbərlərinin görüşü yalnız bu halda baş tuta bilər" - Masa arxasında TƏLƏB OLUNMALIDIR Kİ...15:48“Nant” firmasından Daxili İşlər Nazirliyinə şikayət olundu - QALMAQAL15:27Səhər saatlarında duman olacaq - Gün ərzində güclü şimal-qərb küləyi əsəcək15:11Deputat Rafael Cəbrayılov borc QALMAQALINDAN danışdı: - “O adamla dostam”14:48Mahir Quliyev başçı olanda problem boğaza çıxar... - GİLEY14:35Bakının bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub13:58Azərbaycanda çörəyin qiyməti bahalana bilər: - 23 faiz artım var13:17"Qarabağ"ın qapıçısı çox ucaboydur, qol olacağını bilmirdim"12:59ABŞ və Rusiya Ermənistana “dirsək” göstərdi - Paşinyana sərt şillələr12:26“Rüşvətxor məmurlar düz 4 ildir ki, məni yollarda qoyublar” - GİLEY11:16Badamdarda Fərhad Nağıyev kabusu - çox sayda məhkəmə iddiaları, ləğv olunan çıxarışlar...11:01Lənkəranda 100 minlik tenderin qalıbləri kimlərdir? - ARAŞDIRMA10:43Bakıda “Qədim Avropaya səyahət” adlı konsert proqramı təqdim olunub10:28Azərbaycan və Çin ölkədə müştərək Aqrar-sənaye parkı yaradır10:16Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub18:02Camaat Vüsal Kərimliyə belə ÜSYAN EDİR... - "Büdcəni doldur eee, amma xalqın pulu ilə yox..."17:45Paşinyan Azərbaycanın əsirləri “ikinin ikiyə” prinsipi ilə dəyişdirmək təklifinə baxır - “XƏBƏRDARIQ, MÜZAKİRƏ EDİRİK...”17:27Bakı Nəqliyyat Agentliyindən sürücülərə qarşı ayrı-seçkilik — Beynəlxalq yol nişanı təhrif edildi (FOTO)17:06Bakının “addım-addım” taktikası genişmiqyaslı əməliyyatlara da gətirə bilər - TƏHLİL16:55ABŞ və Çin ticarət danışıqlarını BƏRPA ETDİ16:44"Sevilya" daha güclüdür, amma bu, heç nə demək deyil" - Monçi16:33Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq16:09"Nə altımda milyardlar var, nə üstümdə..." - Misir Mərdanov15:30“Maşın” şouda onlar yarışacaq – Siyahı15:02"“Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi dəyərini artırdı" - Əli Həsənov14:17Sakinlər "AAAF Park"dan aldıqları mənzilə köçə bilmirlər - KÜTLƏVİ NARAZILIQ (SƏNƏDLƏR)14:00Nazirlik qaziyə problemli maşın verdi - O İSƏ İMTİNA ETDİ (SƏS YAZISI)13:45SOCAR əməkdaşı İrəvan məhkəməsi önünə üçrəngli bayrağımızın emblemi ilə çıxıb - İLGİNC FAKT13:34Bacanaqların talan etdiyi rayon... - İTTİHAM12:48Asataranın icra başçısı belə şəraitdə yaşayarmı? - GİLEY11:51DÇ-də Hacı Əliyevlə hakimlər arasında qalmaqal: uduzduruldu və kənarlaşdırıldı11:35Dərs saatları namaz vaxtına görə müəyyən ediləcək – Şok qərar11:12Azərbaycanda "BMW X5" aşdı - Xanım müğənni öldü10:49Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər BUNLARDIR10:34Prezident İlham Əliyev SƏRƏNCAM İMZALADI17:52Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb17:47Bakı Avropa Liseyində "Asiya ənənələri"... - İDDİA17:35Dərman bazarında rüsvayçı “Vitamin D müəmması” — 5 manatlıq həblər niyə 25 manata satılır?17:22"Cəmi bir qızıl medalım qaldı" - Mariya Stadnik17:09«9 min manat zərər var, 2500 manat ödəyirlər» - QALMAQAL16:52"Evimə sayğac qoyulması üçün pul tələb edilir..." - GİLEY16:31Əli Kərimli Müsavatı ələ keçirir? - TƏHLİL16:14Azərbaycanlı həkim Türkiyədə TUTULDU - Rüşvətə görə16:02"İindi də Vüsal "müəllim"in qoçuları..." - GİLEY15:37Binəqədidə uşaq bağçasının müdiri öz qanunlar ilə işləyir... - GİLEY15:21“Sipark İnşaat” ATV-yə 14 min atdı – Reklam qalmaqalı15:06Şimşək çaxacaq, yağış yağacaq14:51Ermənistanda həbsxana rəisi rüşvətə görə HƏBS OLUNUB14:36“Mən indi "Real"ı yox, yalnız “Qarabağ”ı düşünürəm" - "Sevilya"nın prezidenti14:24"Əvəzində mənə saxta mədaxil qəbzi verdilər..." - Bakda ESTETİK DƏLƏDUZLUQ...14:10Zaqatalada səhiyyə sistemi çöküb... - Səbəbi baş həkimdə axtarmaq lazımdır...12:37Təhsil nazirliyində “narahat oyunlar” - Ceyhun müəllim, bəlkə bir maraqlanasınız...11:43Kompensasiya ödənilən vətəndaşdan BANK YENƏ PUL İSTƏYİR - GİLEY11:16DİN-in BDYPİ-i niyə susur? -VİDEO10:53ATU-nun Tədris Terapevtik klinikasında nə baş verir? - İTTİHAM10:39Vidadi Zeynalovun obyekti nədən boş qalıb? - "Biləndə ki, filankəsin yeridir, qorxub gəlmirlər"10:28Neft bazarında təlatüm: "Büdcədə qırmızı xətt yoxdur" - TƏHLİL09:53İrəvana ismarış: bu, Bakının maksimalist mövqeyi deyil, müharibədən qaçmağın tək yoludur... - TƏHLİL18:00Kamil Musəvi əməliyyat olunacaq - Birinci vitse-prezident xərcləri üzərinə götürdü17:40Bu fars-molla HƏYASIZLIĞI ilə nə edək?.. - Adamlar rəsmən düşmən olduqların nümayiş etdirirlər...17:20Azərbaycann məhşur saytları Qazaxıstan tərəfindən alındı... - ADLAR17:00“Leş mafiyası”nın əlaqəli olduğu restoranların adı niyə açıqlanmır? - İLGİNC16:40Bakıda inanılmaz fırıldaq: - İpoteka kağızı ilə hər kəsi aldadırlar16:2032 yaşlı ata azyaşlı qızına təcavüz etdi - Bakıda İYRƏNCLİK16:00Bir vaxtlar burda qayda vardı, düzən vardı... - GİLEY15:38“Mütəşəkkil dəstəni 13 nəfər hakim müdafiə edir” - GİLEY15:03Nazir Elinanın məktəbinə ONU DİREKTOR TƏYİN ETDİ14:44“Nəyə görə pensiyaları ancaq “Kapital bank” verməlidir?" - deputat14:33Neft bahalaşır, xeyrimizədir, amma narahatıq - TƏHLİL14:18İsmayıl Hüseynov DGK sədri olacaq? - Bu qədər yeyinti edəsən, toxunulmaz qalasan...12:37"5 ilini başa vurdu, bəsidir..." - GİLEY12:23LDU-da nazirliyin qərarları keçərli deyil... - ETİRAZ12:10Ceyhun Bayramova qarşı CƏSARƏTli müqavimət... - İDDİA11:14Təmas xəttində növbəti monitorinq keçiriləcək10:58Azərbaycan nefti 7,4 dollar BAHALAŞDI10:41Deputatın Balakəndə bazarı var imiş... - O da natəmiz...10:11Cəlilabadda süqut edən təhsil sistemi... - İTTİHAM09:57Özbəkistanin tnews.uz portalı Qarabağ mətbəxi haqqında geniş məqalə hazırlayıb09:43Türkiyə Rusiyadan qırıcı təyyarə ala bilər09:27Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşüb17:58Erməni kilsəsi parçalanmaq təhlükəsi yaşayır - GƏLİŞMƏ17:382 təhsil naziri dəyişib, qanunun tələbi isə hələ yerinə yetirilmir: - Milyonlar beləcə ölkədən axır17:22Prorektor vəzifəsindən gedən sabiq deputatdan AÇIQLAMA - "Bu sahə mənə çox doğmadır"17:10İncəsənət Universitetində ŞOK – 30-dan çox müəllim qovuldu - ADLAR
BÜTÜN XƏBƏRLƏR

Astarada hakimdən BİABIRÇI QƏRAR - Köhnə “06”-nın “krılosu” 2663 manat dəyərləndirilib...

18 Ağu 2019, 11:26   
Astarada hakimdən BİABIRÇI QƏRAR - Köhnə “06”-nın “krılosu” 2663 manat dəyərləndirilib...

Ölkə məhkəmələrindən narazılıq getdikcə artır. Bunu “Hürriyyət”in redaksiyasına gələn məktubların, şikayətçilərin çoxluğu göstərir. Redaksiyamıza gələn Astara rayonu Kijabə qəsəbə sakini Qənbərov Möysüm Manaf oğlu da Astara Rayon Məhkəməsinin qərarından narazılıq edir.

Belə ki, o, 2018-ci dekabrın 29-da VAZ-2121 markalı 90MS228 nömrəli maşını ilə VAZ-21063 markalı 99KL086 nömrəli avtomobillə Təngərud kəndində toqquşub: “Maşınım sığortalıdır. Hadisə baş verəndə sığorta və “QAİ” işçiləri gəldilər, hər şeyi araşdırdılar, getdilər. Mən sığortanı qarşı tərəfə - Qasımov Sərxana vermişəm, pulu da o alıb. Sığorta idarəsi onun maşınına dəyən ziyanı qiymətləndirib, ona 775 manat ödədi. Amma adam sığota idarəsinin icazəsi olmadan özü aparıb maşınını “Lənkəran” avtoservisdə düzəltdirib. O, sığorta idarəsi arayış vermədən maşınını düzəldə bilməz. Ona görə ki, sığorta idarəsinin özünün profloktoriyası var. Maşını sığorta idarəsi düzəldir. Bu isə əksinə edib, özbaşına maşının aparıb təmir elətdirib. Sığorta idarəsindən 775 manatı götürsə də, ancaq razılaşmayıb, məni sonradan məhkəməyə verib. Ona 2663 manat ödəməyimi istəyir. O pulun 775-ni sığorta idarəsi ödədiyi üçün indi məndən 1888 manat əlavə pul tələb edir. İndi məhkəmənin qərarına görə mən ona 1888 manat ödəməliyəm”.

“Hakim Mübariz Məmmədova sual vedim ki, bəs sığorta nə üçündür”

M.Qənbərov qeyd etdi ki, bu qərarı Astara rayon Məhkəməsinin hakimi Mübariz Məmmədov verib: “Bu qərarı verən zaman mən hakim Mübariz Məmmədova sual vedim ki, bəs sığorta nə üçündür. O, mənə belə cavab verdi ki, sığorta ödəmirsə, sən ödəməlisən. Mənim vətəndaşdan narazılığım yoxdur, mən məhkəmənin qərarından narazıyam. Mənim vətəndaşla nə işim var. Heç bir şəxsi qərəzliyim yoxdur. Bu qərar qanuni olsaydı, mən o pulu ödəməyə hazıram. Qanun qarşısında cavab vermək hər kəsin borcudur. Amma bu, qanunsuzdur. Maşın köhnə bir maşındır. Heç köhnə “06”-nın qiyməti 2663 manat deyil, amma məhkəmə maşının bir qabaq “krılosu”nun vurulmasına görə bu qədər pulun ödənilməsi üçün qərar verib. İkincisi də mənim maşınımın sığortası var. Sığorta idarəsi də qarşı tərəfə dəyən ziyanı ödəyib”.

“Qərar ədalətsiz , əsassız ola bilər, lakin məhkəmənin qərar çıxartmağa hüququ var”

Məsələ ilə bağlı hüquqşünas Namizəd Səfərov “Hürriyyət”ə dedi ki, baş vermiş hadisədə sığortanın ödənilməsi ilə bağlı tərəflərdən hər hansı biri narazıdırsa və bunun üçün əsasları mövcuddursa, o, məhkəməyə müraciət edə bilər: “Görünür, zərərçəkmiş şəxs ona ödənilmiş məbləğlə razılaşmır, az hesab edir və ödənmiş məbləğin az olduğunu təsdiq edən əlində sübutlar var. O da məhkəməyə müraciət edib. Məhkəmə də yəqin ki, o tərəfi, bu tərəfi araşdırıb. Mən məhkəmə qərarının nə qədər qanuni olduğunu deyə bilmərəm. Qərar ədalətsiz , əsassız ola bilər, lakin məhkəmənin həmən qərar çıxartmağa hüququ var”.

“Bu məsələ məhkəmədə araşdırılır”

Səfərov qeyd etdi ki, həmin vətəndaşın, sığorta idarəsinin məhkəməyə müraciət etmək hüququ var: “Tutaq, o sübut edir ki, maşının təmirinə 700 manat bəs etmir. Bunu nə sən, nə də mən görürəm. O sənədlər və mütəxəssislərin verdiyi rəy nəticəsində hesablanır. Təkcə şəkil hər şeyi həll etmir. Ona görə də normal məhkəmə olmalıdır ki, bu məsələni aydınlaşdırsın, tərəflərə qərəzli münasibət bəsləməsin, imkan yaratsın ki, hərə özünün haqlı olduğunu sübut eləsin. Bir vətəndaş sübut eləsin ki, 700 manat bəs etmir, o biri də sübut eləsin ki, 2600 manat çoxdur. Bu məsələ məhkəmədə araşdırılır. İkinci şəxs əgər bu qərardan narazıdırsa, apellyasiya şikayəti verə bilir və əsaslandırır ki, nəyə görə 2600 manatla razı deyil, 700 manatı əsaslı hesab edir”.

“Bu münasibətlər məhkəmə yolu ilə vurulan tərəflə sığorta şikəti arasında tənzimlənməlidir”

Nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverdiyev isə dedi ki, vuran tərəfin avtomobilinin icbari sığortası varsa və sığorta şirkəti qarşı tərəfi vəsait ödəyibsə, bunun vuran tərəfə aidiyyatı yoxdur: “İstənilən halda icbari sığorta 5 min manat məbləğə qədər qəza hadisəsənin aradan qaldırılması üçün vəsait xərcləyə bilər. İcbari sığortanın cəmi məbləği 5 min manatdır. Əgər qarşı tərəf vuran tərəfi məhkəməyə veribsə, bunun ona aidyyatı yoxdur. Çünki vuran tərəfin icbari sığortası olmadığı təqdirdə qarşı tərəfin məhkəməyə vermək hüququ var idi. Bu münasibətlər məhkəmə yolu ilə vurulan tərəflə sığorta şikəti arasında tənzimlənməlidir. Bunun vurana heç bir aidiyyatı yoxdur. Uzaqbaşı vuran tərəfi məhkəmə zamanı dəvət edə bilərlər, onun ifadəsini ala bilərlər, amma onu birbaşa məhkəməyə verməyin heç bir mənası yoxdur. Nəyə əsasən vuran tərəf məhkəməyə verilir, bunu araşdırmaq lazımdır. Əgər qarşı tərəfə dəyən zərər 5 mindən yuxarı olardısa, belə olduğu təqdirdə məhkəməyə müraciət edə bilərdi ki, geridə qalan məbləği vuran tərəf ödəsin. Bu, mübahisə predmeti ola bilərdi. Amma 5 min manata qədər olan xərcdən söhbət gedirsə, istənilən halda icbari sığorta hesabına aradan qaldırılan bir məsələdir. Ona görə də vuran tərəfin vəkili bu prosesə qoşulmalıdır, vəkilə müraciət olunmalıdır. Vəkil bu prosesə müdaxilə edib, məhkəmə qərarının səbəbi üzə çıxarılmalıdır. Ola bilər ki, təhqiqat qrupu həmin məsələni araşdıran zaman başqa bir səbəb ortaya çıxsın. Onlar bununla bağlı daha məlumatlı olarlar, nəinki mən. Mən düşünürəm ki, bu, vuran tərəflə deyil, sığorta şirkəti ilə narazı qalan tərəf arasında həll olunmalıdır”.
//hurriyyet.org//
OXŞAR MÖVZULAR