Bayram günləri hava necə olacaq?

15:14 10.08.2019 517
Bayram günləri hava necə olacaq?

Bayram günlərində Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 11-13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Lakin 11-də səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. 

Avqustun 11-də güclü şimal-qərb küləyinin axşam bir qədər mülayimləşəcəyi gözlənilir. 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcək.

Sonrakı günlərdə şimal-şərq küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq, 3-8 m/s, arabir 10-12 m/s. Havanın temperaturu avqustun 11-də bir qədər sərin, gecə 20-23° isti, gündüz 24-27° isti, sonrakı günlərdə 28-31° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Avqustun 11-də arabir güclənən şimal-qərb küləyi sonrakı günlərdə zəif şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 30-35° isti təşkil edəcək. 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 11-də gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək, sonrakı iki gündə mülayim şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 10-15° isti, gündüz 16-21° isti, bayram günlərində 25°-dək isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi 11-də arabir 20-25 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək, sonrakı günlərdə mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında avqustun 11-də hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. 12-13-də gündüz saatlarında əksər rayonlarda əsasən yağmursuz.

Qərb küləyi 11-də ayrı-ayrı yerlərdə 18-23 m/s-dək güclənəcək, sonrakı günlərdə mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-18° isti, 11-də gündüz 22-27° isti, sonrakı günlərdə 30°-dək isti, dağlarda gecə 8-13° isti, gündüz 14-19° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin 11-də səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi 11-də arabir 20-25 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək, sonrakı günlərdə mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında avqsutun 11-i və 13-də səhər və gündüz saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var.

Avqustun 11-də arabir güclənən şərq küləyi sonrakı günlərdə zəifləyəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-30° isti, sonrakı günlərdə 33°-dək isti, dağlarda gecə 13-18° isti, gündüz 19-24° isti təşkil edəcək.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir