Allahşükür Paşazadə BƏYANAT verdi

15:58 6.12.2018 538
Allahşükür Paşazadə BƏYANAT verdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə BMT İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbulunun 70 illiyi ilə bağlı bəyanat verib.

Moderator.az-ın məlumatına görə, KAİCİİD Beynəlxalq Dinlər və mədəniyyətlərarası dialoq Mərkəzinin Direktorlar Şurasının üzvü olaraq bəyanat verən Şeyxülislam A. Paşazadə qurumda İslam dünyasını təmsil edən dini lider olaraq dünya üçün önəm kəsb edən məqamlara dair fikirlərini ifadə edib. Direktorlar Şurasında təmsil olunan xristian, yəhudi, induist və s. dinlərin liderləri də müvafiq olaraq bəyanatlar veriblər.

Müraciətdə Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüququn və fundamental insan haqlarının keşiyində ardıcıl duran beynəlmiləl qurum olduğunu xüsusi vurğulayan QMİ sədri A. Paşazadə İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbulunu BMT tarixində dəyərli hadisə kimi dəyərləndirib.

Bununla belə, insan hüquqlarının tam mənada təmin olunmamasını bildirən A. Paşazadə BMT sistemində əsaslı dəyişikliklərə ehtiyacı önə çəkərək, qloballaşan dünyada siyasi iddialar, iqtisadi maraqlar səbəbindən mənəvi-əxlaqi dəyərlərin nəzərə alınmadığına və bunun da insan hüquqlarının təmin olunması sahəsində ikili standartlara yol açdığına diqqət çəkib. QMİ sədri Yaxın Şərqdə baş verən faciəvi hadisələr fonunda miqrant axınını yaradan səbəbləri aradan qaldırmaq əvəzinə, insanlıq dramı yaşayan məcburi miqrantlara qarşı anti-humanist münasibət, irqçi və aqressiv davranış nümayiş etdirilməsini, problemdən siyasi məqsədlər üçün istifadə meyllərini xüsusi vurğulayıb.


QMİ sədru insan hüquqları sahəsində ikili standartların mövcudluğunun, beynəlxalq hüququn çox zaman işləməməsinin, qəbul edilən qərarların yerinə yetirilməməsinin dövrümüzün reallığı olduğunu bildirərək, bunun ağır nəticələri kontekstində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 4 BMT qətnaməsinin indiyədək yerinə yetirilməməsinə diqqəti yönəldib.


XXI əsrdə qloballaşma proseslərinin sürətləndiyi dövrdə sülh və ədalətin təmininə xidmət edən dəyərlərin sırasında dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, humanist dəyərlərin önəmli yer tutduğunu bildirən Şeyxülislam A. Paşazadə bu gün sülhün qorunması probleminin həllində, habelə terrorizm, ksenofobiya, antisemitizm, islamofobiya, ekstremizm və radikalizmin qarşısının alınmasında, dünyada sabitlik və əmniyyətin bərqərarı üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığının vacibliyini önə çəkib.

“Dünya çapında taleyüklü qərarlar verilərkən dünya dini liderlərinin mənəvi, dini-əxlaqi dəyərləndirmələri, müdrik tövsiyə və məşvərətlərinə ehtiyac vardır”.


Hazırda milli, irqi, dini ekstremizmi önləyə biləcək multikultural həyat tərzinin qloballaşan dünyaya təqdim edilməsinə böyük ehtiyac olduğuna diqqəti çəkən Şeyxülislam bu baxımdan Azərbaycanın uğurlu birgəyaşayış modelini bütün dünya üçün örnək göstərib. Azərbaycanın müxtəlif din ardıcıllarının dinc birgəyaşayışının gündəlik həyati reallıq, multikulturalizmin həyat tərzi olduğu nadir ölkələrdən olduğunu vurğulayan QMİ sədri dinlərarası dostluq, qardaşlıq və əməkdaşlıq amallarına həm dövlətimizin ali qarant olduğuna, həm də milli mentalitetimizin rəvac verdiyinə diqqəti çəkib. O bildirib ki, Azərbaycanın dövlət rəhbərinin elan etdiyi istər Multikulturalizm, istər İslam Həmrəyliyi illəri, müəllifi olduğu 10 illik tarixə malik Bakı prosesi məhz bu məramlara xidmət edir. Bu ideyaları irəli sürməklə, onları təqdimat etməklə kifayətlənmədiyimizi, dünyada sülh və qarşılıqlı anlaşmaya nail olananadək davamlı şəkildə insanlara çatdırılmasına səy göstərdiyimizi bildirən Şeyxülislam A. Paşazadə dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsinin də dinlərarası dialoq istiqamətində səylərini diqqətə çatdırıb.


Müasir dövrdə milli və dini zəmində baş verən münaqişələrə qarşı ənənəvi dinlərin sülh, ədalət, mənəvi-əxlaqi prinsiplərindən, habelə sülhyaratma potensialından geniş istifadə etməyin vacibliyinə diqqəti çəkən QMİ sədri bu dəyərlərin BMT tribunasından təbliğinin məntiqi və məqsədə müvafiq olduğunu bildirmişdir. O xüsusi vurğulayıb ki, BMT üzvləri qəbul etməlidirlər ki, təhlükə dindən deyil, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından irəli gəlir. Odur ki, dünyada dini və milli zəmində ekstremizmin qarşısının alınnması üçün dünya dini liderlərinin beynəlxalq platformada - BMT çərçivəsində məşvərət hüququnun təmin edilməsi zamanın tələbidir. Şeyxülislam A. Paşazadə diqqətə çatdırıb ki, BMT qlobal problemlərin həllində dünya dini liderlərinin rəy və tövsiyələrinin beynəlxalq müstəvidə nəzərə alınmasını təmin edərsə, bu, heç şübhəsiz ki, mədəniyyətlər və dinlərarası dialoqun yeni, daha üstün keyfiyyət mərhələsi olar və BMT-nin mötəbər beynəlxalq struktur olaraq daha da təkmilləşməsinə, onun nüfuz və dəyərinin daha da artmasına xidmət edər.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar