Bəzi media vasitələrində Belçikada azərbaycanlı iddia olunduğu ailənin miqrantların müvəqqəti saxlama düşərgəsində saxlandığı barədə yazılanların həqiqi detalları məlum olub.
Belçikada ailəyə dəstək olan mənbədən Open.az-a verilən məlumata görə, ailənin başçısı azərbaycanlı yox, çeçen millətinə mənsub, Rusiya Federasiyası vətəndaşı, 1979-cu il təvəllüdlü Baqayev Timur Salikoviçdir. Digər sənədlərdə isə Batçıyev Maqomed Salikoviç kimi qeyd olunur. Onun həyat yoldaşı milliyyətcə azərbaycanlı olsa da, ailənin bütün üzvləri Rusiya vətəndaşıdır. Eyni zamanda yayılan “körpə uşaqları olan ailəyə heç kimi kömək etmir” xəbərinin əksinə olaraq, əslində, Belçikadakı Azərbaycan diasporu, hətta yerli millətə mənsub dərnəklər ailəyə bütün vasitlərlə dəstək olurlar. Ailə Belçikada qeyri - qanuni məskunlaşıb, azərbaycanlılar ilə bağlı heç bir tədbirlərə qatılmayıb. Ailənin xanımı azərbaycanlı, uşaqları isə körpə olduğu üçün onların Azərbaycana deport edilmə məsələsi gündəmə gəlsə də, ölkədəki azərbaycanlılara məxsus diaspor təşkilatları onların normal həyata qayıtması üçün bütün mümkün əlaqələrdən istifadə edirlər. Belçikadakı diaspor təşkilatları bu məsələ ilə bağlı bəzi narahatlıqlarını da bildirirlər: “Bəzi halalrda məsələ ilə bağlı guya diasporun laqeydliyi barədə dezinformasiya yayıb bizi məyus edirlər. Bu, ədalətli deyil. Diaspor əvvəldən bu məsələni nəzarətdə saxlayır”.
Zamantv.az