FHN-nin bu şöbəsində ÖZBAŞINALIQ VAR - İTTİHAM

11:00 18.09.2018 471
FHN-nin bu şöbəsində ÖZBAŞINALIQ VAR - İTTİHAM

Ölkəmizin təhlükəsizliyinin qorunmasında, vətəndaşlarımızın, təbiətimizin, sənayemizin və digər strateji obyektlərimizin təhlükəsizliyinin qarantı olan FHN vətənimizin qürur mənbəyidir.

İstər ölkə daxili, istərsə də beynəlxalq aləmdə baş verən meşə yanğınlarında, zəlzələ nəticəsində xilasetmə işlərində, neft hasilatı və digər irimiqyaslı qəzalar zamanı bu qrumun fövqəl fəaliyyəti və müstəsna xidmətləri xalqımıza və dövlətimizə həmişə baş ucalığı gətirmişdir.

FHN-də xidmət edən şəxsi heyət, sözün əsl mənasında dərin hörmət və sayğıya layiqdirlər. Həqiqətən də bu, belədir. Cənab Prezidentimiz bu nazirliyin əməkdaşlarını göstərdikləri igidliyə görə hər zaman diqqət mərkəzində saxlayır və layiq olduqları rütbə və mükafatlarını da verir. Bu da bizi ölkə vətəndaşı olaraq sevindirməyə bilməz.

Əfsuslar olsun ki, bəzən bu fövqəl nazirlikdə rəhbər vəzifə tutan bəzi məmurların qanuna zidd hərəkətləri haqda redaksiyamıza məlumatlar daxil olur. Sözsüz ki, bu məlumatlara mətbuat olaraq biganə qala bilmərik. Cünki söhbət korrupsiyadan gedirsə, çalışırıq ki, bu xoşagəlməz və dövlətimizin adına ləkə gətirən bəlanın qarşısını almaqda hər zaman prezidentimizin yanında olaq. Bir neçə gün öncə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul şöbəsində baş verən və bu nazirliyin adına yaraşmayan xoşagəlməz məlumatlar aldıq. Məlumatlarda deyilirdi ki, idarənin əməkdaşları yeni doğulan uşaqlar ücün valideynlərə verilən birdəfəlik müavinəti illərdir ki, ala bilmirlər. Bu da işcilərin haqlı narazılıqlarına səbəb olur. Eyni zamanda, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul şöbəsinin rəisi İlqar Namazovun göstərişi ilə hər ay şəxsi heyətin bütün rütbələrindən olan əməkdaşlarının əmək haqlarını qanunsuz olaraq azaltmasından narazılıqlar var. Yəni müntəzəm olaraq bir işcinin əmək haqqını azaldaraq digər işcinin əmək haqqına əlavə edir. Hansı ki, bu, yolverilməzdir və qanuna ziddir. Cünki hər bir əməkdaşın maaşı nazirlik tərəfindən dəqiq müəyən edilir və hər kəs aylıq məvacibinin nə qədər olacağını dəqiq bilir.

Deyilənlərə aydınlıq gətirmək ücün FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul şöbəsinin baş mühasibi ilə görüşdüm. Xahiş etdim ki, idarədə məvaciblə bağlı deyilənlərə aydınlıq gətirsin. Baş mühasib gənc xanım olduğu ücün rica etdi ki, adını mətbuatda cəkməyək. Biz də söz verdik ki, belə də olacaq və sözümüzə əməl etdik. Baş mühasib bildirdi ki, haqqında danışdığımız xoşagəlməz hallar var. Biz calışarıq ki, tezliklə bu məsələləri həll edək.

Biz də istəyirik ki, həll olunsun. Ancaq böyük nazirliyin kiçik bir idarəsində işçilərin hüquqlarının pozulmasına göz yumulmasına ancaq təəccüb etmək olar. İdarənin rəisi İlqar Namazovla görüşmək istəsək də, bu mümkün olmadı. Çünki rəis bilirdi ki, əlimizdə digər faktlar da var. Bəs bu və digər faktlar nədən ibarətdir?

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul şöbəsinin Nəvahi kəndində daha bir yanğından mühafizə tağımı yerləşir. Adı cəkilən tağıma zabit Abbasov Asif Xaləddin oğlu rəhbərlik edir. Əldə etdiyimiz məlumata görə, Asif Abbasov tabeliyində olan işçiləri günu 20 manata işə gəlməməsinə icazə verir. Nəticədə, fövqəladə hadisə vaxtı məhz şəxsi heyətin azlığına görə işin öhdəsindən gələ bilmirlər.
Verilən məlumat cox ciddi xarakter daşıdığı ücün bu sahədə də araşdırma aparmağı qərara aldıq. Apardığımız araşdırma özünü doğrultdu. Belə ki, Nəvahi tağımının komandiri Asif Abbasov tağımın əməkdaşı Kazımov Səfər Hüseyn oğlunu bir ayliq əmək haqqı müqabilində qanunsuz Rusiyaya istirahət etmək ücün getməsinə icazə verib. Nəticədə, həqiqətən Səfər Kazımov 12.08.2018-ci il tarixindən 28.08.2018-ci il tarixinədək hec bir məzuniyyəti və rəsmi icazəsi olmadan Rusiya Federasiyasına getmişdir. Sözsüz ki tağım komandiri Asif Abbasov belə qanunsuz addımı FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul şöbəsinin rəisi İlqar Namazovun xəbəri olmadan edə bilməzdi.

Asif Abbasovun qanuna zidd hərəkətləri bununla bitmir. Tağıma nəqliyyat ücün ayrılan aylıq dizel və benzin yanacağı da müxtəlif üsullarla hesabdan silinərək şəxsi əmlak kimi mənimsənilmişdir. Aydın məsələdir ki, yanacaq məsələsi də idarənin rəisi İ.Namazovun xeyir-duası ilə həyata kecrilmişdir. Başqa cür mümkün deyil.

Hesab edirik ki, aidiyyəti qurumlar bu məsələyə bizdən daha yaxşı aydınlıq gətirəcəklər. \\tezadlar.az\
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar