Əmi qardaşoğlunu necə aldatdı? - 1 milyonluq dələduzluq

15:00 7.09.2018 636
Əmi qardaşoğlunu necə aldatdı? - 1 milyonluq dələduzluq

Bakı Ağır Cinayətlər Məhkəməsində 1 milyon manata yaxın məbləğdə dələduzluq etməkdə təqsirləndirilən İlham Xıdırovun məhkəməsi keçirilib.

Zamantv.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun icraatında olan prosesdə baxış iclası baş tutub.

Prokuror çıxış edərək ittiham aktını elan edib, təqsirləndirilən İ. Xıdırov isə özünü təqsirli bilmədiyini deyib. Digər təqsirləndirilən Nazim Mustafayev barəsində həbs qərarı verilməyib, o hazırda azadlıqdadır.

İttihama görə, İ.Xıdırov dələduzluq əməllərini N. Mustafayev vasitəsilə törədib. Onlar İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul alaraq onlara qazanc verəcəyini vəd edib, lakin həmin şəxsləri aldadıb. İttiham olunan şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər.

Zərərçəkmişlərdən biri Elxan Muradlı biznes qurmaq üçün 610 min manat pulu İ.Xıdırova verib və ala bilməyib. İ.Xıdırov qardaşı oğlu Elxan Xıdırovdan 50 min dollar' onun xalasından da eyni məbləğdə pul alıb.

Elxan Xıdırov məhkəmədə ifadə verərək deyib ki' 2004-cü ildən fərdi sahibkarlıqla məşğuldur: "Bir neçə obyektim var' arendaya vermişəm. Həm də xaricdən telefon gətirib dükanımda satıram. 2015-ci ildə bir obyekt də alıb arendaya vermək istəyirdim. Ora baxmağa gedəndə əmimi də ağsaqqal kimi özümlə apardım. Obyektə baxıb qayıdandan sonra əmim dedi ki' burdan aylıq nə qədər pul götürəcəksən' təxminən alıq 1200 manat alacağımı dedim.

Əmim dedi ki' obyektə verəcəyin pulu mənə ver' sənə ayda təxminən 10 min manat qazanc verim. Mən əmim olduğuna görə etibar edirdim' həm də şirnikləndim. Əmim dedi ki' xaricdən kompressor gətirib satacaq' birindən 12-14 min manat qazanc qalacaq. İlk olaraq məndən 20 min dollar istədi' verdim.

Təxminən bir ay sonra gəlib dedi avadanlıqlar gömrükdədi' ora ödəyib malları götürmək üçün 30 min dollar da lazımdı. Onu da verdim, sonra eşitdim ki, əmim Qazaxıstana qaçıb. Oğlu Samirlə neçə dəfə danışdım, özüylə də votsapda yazışdım. Gah deyirdi orda dəmir yolu relsi satır, gah deyirdi soğan işinə girişib. Hər dəfə də məni aldadırdı.

Əmim burda bir neçə nəfərdən pul alıb Qazaxıstana 400 min manatla getmişdi. Mən ondan pulumu qaytarmağını tələb edəndə onların ailəsi mənə şər atmağa başladılar. Nənəmi öyrətmişdilər' o da polisə zəng edib mənim onu söyüb döydüyümü demişdi. Abşeron polisində iş araşdırıldı' mən də ifadə verdim' işə xitam verildi.

İlham Xıdırov mənim xalamdan da iş qurmaq adı ilə pul alıb. Bu məsələdə onun oğlu Samir də prosesin içindədir. Samir dəfələrlə gedib xalamgilin evindən pulu götürərək atasına verib. Əmim burda olanda Rusiyadan bir neçə kompressor gətirtmişdi. O qaçandan sonra ziyanın bir hissəsi ödənsin deyə onları satmaq istədim. Məlum oldu ki' bu avadanlıq istismar müddətini başa vurduğu üçün indi onları işlətmək xeyir yox' ziyan verir. Bu kompressorlar neft sənayesində istifadə olunur' təzyiqlə nefti quyudan çölə vurur. Onlar yararsız halda olduğu üçün sata da bilmədik.

Mən pulumun ödənməsi üçün mülki iddiaçı kimi tanınmağa görə istintaqa müraciət etdim. Buna görə də onun Saray qəsəbəsində yerləşən evinə həbs qoyuldu. İndi həmin evdə ailəsi yaşayır. Əmim mənlə görüşəndə "Mercedes GL" ' "Honda Pilot" və "Nissan Juke" sürürdü. Amma istintaqda onun adına maşın olmadığı bəlli oldu".

Proses sentyabrın 11-də davam etdiriləcək.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar