Pirallahı rayon icra başçısının başı böyük dərddə… - İTTİHAM

20:20 31.08.2018 547
Pirallahı rayon icra başçısının başı böyük dərddə… - İTTİHAM

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif Həsən oğlu İmanov sözügedən vəzifəyə təyin olunduqdan qısa müddət sonra onun adı bir sıra xoşagəlməz məqamlarda hallanmağa başladı. Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir.

Belə ki, icra başçısının əlində olan imkanlardan yararlanaraq, o cümlədən əlaqələrini işə salaraq gəlirlərini nəzərəçarpacaq dərəcədə artırmağa müvəffəq olduğunu vurğulayan məlumatlı şəxsin paylaşdığı informasiyaya görə, əslən Zəngəzur mahalının Ərəfsə kəndindən olan Vasif İmanovun adı bir çox xoş olmayan olaylarda çəkilib. Beləliklə, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirdiyini, 1983-1991-ci illərdə "Avtoyoltikinti” Nazirliyinin 27 saylı Yol İstismar Sahəsində mühəndis-mexanik və baş mexanik, 1991-1999-cu illərdə "Şelflayihətikinti” İstehsalat Birliyinin Tikintinin Mexanikləşdirilməsi və Nəqliyyat İdarəsində istismar şöbəsinin rəisi, baş mühəndis və həmin idarənin rəisi, 2003-2006-cı illərdə Bakı Dərin Özüllər Zavodunda direktor müavini, 2006-2013-cü ilin mart ayına qədər Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsində rəis müavini vəzifəsində çalışdığını qeyd edən mənbənin sözlərinə görə, Vasif İmanov artıq 3 ildir ki, Pirallahı rayonuna rəhbərlik edir:

«Deyilənlərə görə, Pirallahı rayonunun icra başçısı postu Vasif İmanova verildikdən sonra o, yol verdiyi nöqsanlarla əhalinin qınağına, ciddi etirazına səbəb olub. Belə ki, deyilənlərə görə, icra başçısının oğlu Zöhrab İmanov rayonda əməlli-başlı at oynadır. Bildirilir ki, atasına arxalanan Zöhrab İmanovun özbaşına hərəkətləri artıq rayon əhalisini boğaza yığıb. Bu şəxs rayon ərazisində sahibkarlara əməlli başlı qan uddurur. Deyilənlərə görə, Vasif İmanovun oğlu rayondakı sahibkarlardan qanunsuz pul yığımı ilə məşğuldur. İstədiyi vaxt sahibkarlardan istədiyi qədər pul alır. Narazılıq edən sahibkarların isə obyektlərini sökdürür».

DİA.AZ-a daxil olan bilgilərdə o da qeyd olunur ki, rayon ərazisində sahibkarlıqla məşğul olan bir nəfər bir müddət əvvəl icra başçısı Vasif İmanovun oğlunun qəzəbinə tuş gəlib: «Deyilənlərə görə, nəticədə Zöhrab İmanov «Əjdakan LTD» MMC-nin mülkini darmadağın edib. Şirkətin yerləşdiyi 33 hektar ərazi yerlə yeksan edilib, şirkətin inzibati binaları və həyətindəki bahalı ağaclar oğurlanıb. İddialara görə, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının oğlu həmin şirkətin binasının daşları və digər materialları ilə rayon ərazisində özü üçün bir neçə avtoyuma məntəqəsi və digər ticarət obyektləri inşa etdirib.

Hələ bu, harasıdır. Deyilənlərə görə, bir müddət öncə Zöhrab İmanovun göstərişi ilə rayon ərazisində sahibkarlardan birinin obyekti sökülüb. Söküntü zamanı 20 yaşlı oğlan söküntülər altında qalaraq ölüb. Lakin həmin ölüm faktı icra başçısı Vasif İmanovun müdaxiləsilə ört-basdır edilib». Bu arada, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun oğlu Zöhrab İmanovun hazırda rayon ərazisində onlarla ticarət və xidmət obyektlərinin, beton və asfalt zavodunun olduğunu iddia edən məlumatlı şəxs bildirir ki, həmin obyektlərin əksəriyyəti əsl sahiblərinin əlindən zorla, müxtəlif formalı təsir və təzyiq göstərməklə alınaraq əldə olunub:

«Deyilənlərə görə, məhz bu kimi səbəblər üzündən Pirallahı sakinləri Vasif İmanovun icra başçısı kimi vəzifəsinin öhdəsindən layiqincə gəlmədiyini düşünür və onun tutduğu postdan uzaqlaşdırılmasını arzu edirlər. Lakin o, himayəsində olduğu şəxslərin yardımlarına baş vuraraq özünün və oğlunun törətdiyi əməlləri ört-basdır etməyə nail olur. Deyilənlər görə, bu gün icra başçısının başı yaman dərddədir.

Görünən odur ki, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı bu dəfə himayədarlarının yardımlarına baş vursa belə, onu və oğlu Zöhrab İmanovu məsuliyyətdən kənarda saxlayan olmayacaq. Çünki uzaq ölkələrdən gələn məktublarda deyilir ki, təcavüzə məruz qalan insanları müdafiə etməliyik». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. DİA.AZ
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar