Ağdamda nə baş verir? - Rayonun ləğvi realdırmı?

10:00 31.08.2018 659
Ağdamda nə baş verir? - Rayonun ləğvi realdırmı?

Ağdam rayonunda böyük qurumların hamısı bölünərək qonşu rayonların tabeliyinə verilib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Ağdam rayonundakı böyük qurumlar regionlaşma adı altında digər rayonlar arasında bölünüb. Bölünmə nəticəsində hazırda Ağdam rayonunda Mərkəzi xəstəxana və İcra Hakimiyyətindən başqa digər böyük qurumlar artıq yoxdur.

Belə ki, ekologiya idarəsi Tərtərə, mədəniyyət idarəsi Ağcabədiyə, təhsil idarəsi Tərtərə, su kanal idarəsi Mingəçevirə verilib.

8 iyun 2018-ci il tarixində Raqub Məmmədov Ağdam rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edildikdən sonra rayonun mərkəzi xəstəxanasının baş həkimi də işdən çıxarılıb. Artıq 3 aydır ki, Ağdam Mərkəzi rayon Xəstəxanasının baş həkim postu boşdur. Əldə etdiyimiz məlumata görə, Ağdamın səhiyyə idarəsinin də Bərdə rayonuna veriləcəyi deyilir.

Böyük idarələrin digər rayonlara verilməsi nəticəsində onlarla şəxs işsiz qalıb. Belə ki, qurumların qonşu rayonlara verilməsi ilə orada işləyənlərin böyük əksəriyyəti işdən azad edilib. Hər idarədən yalnız bir neçə nəfər işdə saxlanılıb.

Baş verənlər rayon camaatı tərəfindən də narazılıqla qarşılanır. İnsanlar artıq aidiyyatı qurumlara getmək üçün digər rayonlara üz tutmalı olurlar. Bu isə vaxt itkisi və əlavə xərc deməkdir.

Qurumların digər rayonlar arasında bölünməsi rayonun özünün də digər rayonlar arasında bölünə biləcəyi iddiasını ortaya gətirib.

Maraqlıdır ki, ərazisinin böyük hissəsi işğal altında olsa da, Ağdam rayonu əhalisinin sayına görə digər rayonlardan üstünlük təşkil edir. Rayon sakinləri regionlaşma adı altında atılan bu addımda əhalinin sayının nəzərə olmasının önəmini xüsusi ilə vurğulayıblar.

Ağdam rayon İcra Hakimiyyətinin İnformasiya sektorunun müdiri Vüsal Mirzəyev saytımıza açıqlamasında böyük qurumların digər rayonlara verilməsini təsdiqləyib. O qeyd edib ki, baş verənlər idarəetmədə olan dəyişikliklərə bağlıdır:
“Bu, rayona aidiyyatı olmayan məsələdir. Mərkəzi icra orqanlarının qərarıdır. Digər rayonlarda da belə hallar müşahidə edilir. Məsələn, Ağdamın mədəniyyət idarəsi ilə yanaşı Laçın rayın mədəniyyət idarəsi də Ağcabədiyə verilib”.

Ötən gün Ağdam rayon icra hakimiyyətinə 3 aydan sonra yeni icra başçısı təyin edildi. Yeni icra başçısının isə qarşısında çoxlu sayda problemlər durur. Rayonda işsizliyin pik həddə olması və əkilən məhsulların batması yeni başçı Vaqif Həsənovun həll etməli olduğu əsas məsələlərdən sayılır
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar