Musiqi ekspertləri XXI əsrin ən yaxşı 100 mahnısının reytinqini tərtib ediblər.
Zamantv.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, siyahı "Rolling Stone" jurnalında dərc edilib.
Nəşrin redaksiyası musiqiçilərə, prödüserlərə və tənqidçilərə müraciət edərək 2000-ci ildən bəri olan ən yaxşı mahnılarını seçmələrini xahiş edib. Sonradan onların seçimlərinin əsasında reytinq tərtib edilib.
Siyahıda birinci yeri amerikalı müğənni Beyonsun "Crazy in Love" kompozisiyası tutub. Britaniyalı ifaçı M.I.A-nın "Paper Planes" mahnısı ikinci yerdə qərarlaşıb. İlk üçlüyü isə ABŞ-ın "The White Stripes" qrupunun "Seven Nation Army" xiti tamamlayıb.
Zamantv.az