Vüsal Novrusov- “Broker Əbülfəz” tandeminin başının üstündə qara buludlar - Biri ustintaqa, o biri həbsə ....

11:10 27.06.2018 655
Vüsal Novrusov- “Broker Əbülfəz” tandeminin başının üstündə qara buludlar - Biri ustintaqa, o biri həbsə ....

Gömrükdəki məlum “yarpaq tökümü”ndən sonra istintaq aparılır
Bakı Gömrük İdarəsinin keçmiş rəisi, general-mayor Vüsal Novruzov təşvişdədir.

Bu barədə criminal.az-ın yaydığı məlumata görə, Vüsal Novruzov istintaqa cəlb edilib, barəsində cinayət işi başlanıb.

Belə ki, “dərman mafiyası” ilə bağlı cinayət işi çərçivəsində V.Novruzov da istintaqa cəlb olunub. Onun işi sonradan ayrıca icraata götürülüb.

V.Novruzov uzun illər Azərbaycanda inhisarın başında dayanan yüksək vəzifəli məmurlardan olub. Sahibkarların onurğa sütünunun sındırılmasında birbaşa iştirak edib.

Ümumiyyətlə, V.Novruzovun general rütbəsi və milyonlar sahibi olmasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əməyini danmaq olmaz.

Qısa zamanda var-dövlət sahibinə çevrilən generalın monopoliyanın yaranmasında xidmətləri az deyil. Onun nəzarətində olan gömrükdə qanunsuzluq iqtisadiyyata təsir edib.

FİA.Az-ın yayılan məlumatlara əsasən xəbərinə görə, V.Novruzovdan sonra “Broker” MMC rəhbəri Əbülfəz Məlikov da çətin durumdadır. Hətta onun da sorğu-sual edildiyi deyilir.

Ə.Məlikov Azərbaycanın sərhəd qapılarının baş inhisarçısıdır. V.Novruzovun və sabiq gömrük rəisi Aydın Əliyevin gözünün işığı olan “Broker Əbülfəz” sahibkarların “qanını içir”di.

Yerli, hətta xarici iş adamlarının Azərbaycanın gömrük-keçid məntəqələrində soyğunçuluqla üzləşməsi yeni fakt deyil.

Bu dövlət reketçiliyinin 20 ilə yaxınlaşan tarixi var. Ancaq son 5-6 ildə bu sahədə də məyyən «islahatlar» aparılıb.

Daha dəqiqi, gömrükdə yığılan rüşvətin mərkəzləşdirilməsi və rəsmiləşdirilməsi, eləcə də sahibkarlara «vahid rüşvət tariflərinin» tətbiq eilməsi istiqamətində ciddi «nəaliyyətlər»əldə edilib.

Elə «Broker» MMC kimi tanınan, rəsmi sənədlərdə isə “Trans Broker” MMC kimi qeydiyyatdan keçən qurumun yaradılması da bununla bağlıdır.

Artıq neçə illərdir iş adamlarının kabusuna çevrilən bu qurum bir tərəfdən sahibkarları soymaqla, digər tərəfdən isə büdcəyə çatası pulları müxtəlif fırıldaqlarla talamaqla hər il milyardlarla manatın şəxsi hesablara axmasını təmin edir. Kimlərin hesablarına, bunu müəyyən etmək çətin deyil.

FİA.Az yazır ki, “Trans Broker” MMC-nin iş prinsipi – rüşvət yığma metodu da sadədir.

Gömrükdən keçən bütün yükdaşımalara, yəni, karqo biznesinə nəzarət bu quruma verilib ki, o da bundan istifadə edib büdcəyə çatan vəsaiti şəxsi hesablara yönəldir.

Təsəvvür edin ki, brokerlər gömrüyə daxil olmayana qədər, heç kəs yük maşınlarını aça bilməz. Əgər gömrüyün 2700 nəfər əməkdaşı varsa, “Trans Broker” MMC-nin 5 min əməkdaşı var.

Azərbaycana mal keçirmək istəyən istənilən şəxs, şirkət “Trans Broker” MMC-nin işçilərinə «haqq» ödəməlidir.

Bu şəbəkəyə Əbülfəz Məlikov başçılıq etsə də, onun işçiləri hərəsi bir sahəni inhisarda saxlayan oliqarxların təmsilçiləridir.

Bir çox hallarda sahibkarların gətirdiyi mal da elə onların adına rəsmiləşdirilir və rüşvəti də onlar alıb mərkəzə ötürür.

Onlar oliqarxların maraqlarına uyğun olaraq idxal olunan məhsullara rüşvət tarifləri tətbiq edirlər ki, ölkədə həmin malları ucuz sata bilməsinlər. Yığılan rüşvət isə “Trans Broker” MMC vasitəsilə bir mərkəzə toplanır.

Buna görə, brokerlərin hər birinə Əbülfəz Məlkov 1000-4000 dollar arası «paket» sistemi ilə maaş verir. Oliqarxların təmsilçiləri əlavə olaraq öz sahiblərindən də aylıq «paket» alırlar.

Bazardakı qiymət kimi, onun iştirakçılarını da bu brokerlər müəyyənləşdirir. Yəni, istədikləri iş adamı ilə əməkdaşlığı dayandırmaqla onu asanlıqla bazardan vurub çıxara bilirlər. Sahibkarların narazılıqları isə gömrük-keçid məntəqəsindən o yana keçmir.

“Trans Broker” MMC-nin müxtəlif ərazilərdə xüsusi terminalları da yaradılıb. Məsələn, Bakının girəcəyində yerləşən «Meyvəli Bazar»ın yaxınlığında belə bir terminal yaradıblar və ora daxil olan hər bir yük maşını 680 manat pul ödəməlidir.

Pulu alandan sonra nə qəbz verirlər, nə də kassa mədaxil orderi. Yəni, açıq şəkildə dövlət büdcəsinə keçməli olan vəsait mənimsənilir.

Yada salaq ki, bu il aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu "dərman mafiyası” ifşa olunub. Daha sonra isə V.Novruzov vəsifəsindən azad olunub.
Teref.info olaraq adalrı çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.info
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar