Fedek tikinti şirkəti tarixi binanı SÖKÜR: Nəsimi Rayon İH-i isə buna GÖZ YUMUR

13:13 13.08.2022 187
Fedek tikinti şirkəti tarixi binanı SÖKÜR: Nəsimi Rayon İH-i isə buna GÖZ YUMUR


2017-ci ildə Fedek tikinti şirkəti Nəsimi rayon İcra Hakimiyyətindən icazə alaraq, Bakıda Azadlıq küçəsi, 80 ünvanında yerləşən memarlıq abidəsi olan yaşayış binasını söküb. Bina 1935-ci ildə məşhur Sovet memarı Konstantin Sençixinin layihəsi əsasında tikilmişdi, hələ uzun müddət Bakının bəzəyi ola bilərdi, el arasında “Mütəxəssislər Evi” adlandırılırdı. Bu binanın yanında “Aktyorlar Evi” var idi.

“Mütəxəssislər Evi”ndə müxtəlif elm sahələrinin ən yaxşı gənc mütəxəssisləri – uzun illər Politexnik İnstitutun prorektoru vəzifəsində işləmiş İlsam Yusifov, memar Ənvər Kazımzadə, professorlar Aydın İmaməliyev, Nurəddin Rzayev, Gülzar İmaməliyeva, Şamil Quliyev, Əhməd Hacıyev, həkim Emin Əfəndiyev və başqaları yaşayırdı.

Bu binanı qoruyub saxlamaq yerinə, şəhər hakimiyyəti tarixi tikilini Bakının yenilənməsi layihəsi əsasında söküləcək binalar siyahısına daxil edib. Bu layihənin mahiyyəti sağlam və keyfiyyətli yaşayış evlərini sökərək, yerində özəl şirkətlərin gəlirli çoxmərtəbəli simasız binalar tikib, böyük miqdarda pul qazanmasından ibarətdir. Sakinlərə yeni evlərdə mənzil vəd ediblər, vətəndaşlarla çox sayda müqavilələr bağlanıb. Həmin vaxtdan etibarən onlarla Bakılı ailəsi mənzilsiz qalıb və onlara yeni bina tikilənə qədər vəd edilmiş müvəqqəti kirayə haqqı ödənilməyib.

Azadlıq küçəsi, 80 ünvanındakı binada yaşayan tarixçi Nigar Maksvell Turan-a bildirib ki, itaət göstərməyən sakinlər razılıqları belə alınmadan mənzillərindən qovulublar. Onlara yığışmaq üçün bir neçə həftə vaxt verilib.

Fedek tikinti şirkəti Naxçıvanın Kəngərli kəndində 10 manat nizamnamə balansı ilə qeydiyyatdan keçib.

“Biz tam altı ildir mənzillərimizə yerləşmək deyil – çünki onlar heç yoxdur, – amma ən azından, evimizin aqibətini öyrənmək üçün çırpınırıq”, deyə N.Maksvell yazır.
Fedek tikinti şirkəti tarixi binanı SÖKÜR: Nəsimi Rayon İH-i isə buna GÖZ YUMUR
Fedek tikinti şirkəti tarixi binanı SÖKÜR: Nəsimi Rayon İH-i isə buna GÖZ YUMUR

llər boyu Azadlıq 80 ünvanında tikilən ev

İyulun 24-də KİV rejissor, Azərbaycanın xalq artisti, Ankaradakı Qazi Universitetinin professoru Əflatun Nemətzadənin prezident İlham Əliyevə evin taleyini həll etmək xahişi yer alan müraciətini dərc edib. Bu nəşrdən sonra prezident Nemətzadənin işinə baxılması haqqında göstəriş verib, amma ümumilikdə binanın aqibəti hələ də sual altında qalıb. “Doğrudur, bir qədər qorxmuş İcra Hakimiyyəti başçısı Asif Əsgərov ev sakinləri ilə görüşüb. Sakinlərə bütün tələblərini təmin etməyi, habelə kirayə haqqı borclarını ödəməyi, mülkiyyət hüququmuzu göstərən yeganə sənəd olan köhnə qəbalə kağızlarını saxlamağı vəd ediblər. Bu gün təqvimdə 2022-ci ilin avqustudur. Evdən köçürüldüyümüz tarixdən, demək olar ki, altı il keçir. Bu müddət ərzində bəzi sakinlər yeni mənzillərə köçməyi gözləmədən, bu dünyanı tərk edib”, deyə N.Maksvell bildirib.

Turan Bakının Nəsimi rayon İcra Hakimiyyətinə zəng edib, buradan tikinti şirkətinə müraciət etməyi məsləhət görüblər, sakinlərlə müqavilələri tikinti şirkətinin bağladığını, suallara da onların cavab verməli olduğunu bildiriblər.

Fedek şirkətinin meneceri Ramil Qasımov N.Maksvellin iddialarını qəti inkar edib, Turan-a evin tikintisinin uğurla davam etdiyini və bir il sonra başa çatacağını bildirib. R.Qasımovun sözlərinə görə, sökülmüş binanın bütün sakinləri vaxtlı-vaxtında müqavilə üzrə ödənişləri alırlar, mətbuata isə «2-3 müti” şikayət edir.

Amma sakinlərə inanmaq üçün əsas var. 2021-ci ilin yanvarında Turan Fedek şirkətinin Azadlıq küçəsi, 80 ünvanındakı binanın sakini Həmid Əfəndiyevin ev əşyalarını məhv edən işçilərinin zorakılığı haqqında yazmışdı. 2018-ci il mayın 16-da ev sahiblərinin evdə olmamasından istifadə edən işçilər qarajı və Əfəndiyevin qarajda olan əmlakını məhv ediblər. O, dörd otaqlı, zirzəmisi olan mənzilini çoxmərtəbəli bina tikmək üçün bütün binanı sökmək niyyətində olan bu şirkətə verməkdən imtina edirdi.

Sonradan qonşu mənzillər və binanın çardağı və Əfəndiyevin birinci mərtəbədə yerləşən mənzilinin üzərindəki bütün mərtəbələr söküldü. İnşaatçılar Əfəndiyevə məxsus 14 rəsm əsərini oğurlamışdılar. O, rəsmlərdən birini Fedek-in ofisində görüb və polis vasitəsilə qaytarıb.

16.03.2020-ci il tarixində Bakının Apellyasiya Məhkəməsi iddiaçı Həmid Əfəndiyevin tikinti şirkətinə qarşı şikayətinə baxıb və birinci instansiya məhkəməsinin Fedek şirkətinin üzərinə 37,5 min manat ölçüsündə maddi ziyanı ödəmək öhdəliyi qoyan qərarını qüvvədə saxlayıb (iddiaçı 80 min manat tələb edirdi).

Məhkəmənin qərarı icra edilməyib, Əfəndiyevin Nəsimi Rayon Məhkəməsinə çoxsaylı müraciətlərinə cavab olaraq ona deyiblər ki, Apellyasiya Məhkəməsinin qərarı itirilib, qərarın icrasına görə kimin məsul olduğu məlum deyil.

25 dekabr 2020-ci il tarixində isə tikinti şirkətinin sahibi Nicat sakinlərə açıq şəkildə mənzillərini Fedek-in mülkiyyətinə verənə qədər oraya daxil ola bilməyəcəklərini bildirib.

Fedek şirkəti Bakıda istədiyini edir, məhkəmədən isə qorxmur. Bununla belə, vətəndaşların məhkəməyə müraciəti hüquqlarını müdafiə etmələrinin yeganə konstitusion yoludur. Turan agentliyinin redaksiyası bina sakinlərinə bu hüquqlarından faydalanmağı məsləhət görür.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?