Allahşükür Paşazadə: “Hacı Əbdül, mən də sənin haqqında çox şeylər bilirəm...”

19:30 31.03.2018 945
Allahşükür Paşazadə: “Hacı Əbdül, mən də sənin haqqında çox şeylər bilirəm...”
“Necə Prezidentin müqəddəsliyi qorunursa, eləcə də Şeyxülislam haqqında deyilən sözlərə senzura qoyulsun...”

...26 il öncə bu günlərdə Azərbaycan öz taleyinin ən təlatümlü məqamlarını yaşayırdı. Xocalı kimi dəhşətli soyqırımından sonra ölkənin siyasi və hərbi meydanında xaotik proseslər gedirdi. Ancaq “xaosdan düzənə” pinsipi ilə dünyanı idarə etməyə çalışanlar işğalçı Ermənistan, terrorçu erməni təşkilatlarının və daxildəki hakimiyyət aşiqlərinin əli ilə prosesləri özlərinə sərf edən məcraya yönəldirdilər. Həmin günlər ölkənin siyasi idarəçiliyi, demək olar ki, əsasən AXC və onun təsiri altında olan -1991-ci ilin payızında Ali Sovetdə yaradılmış Milli Şura, “demblok” vasitəsilə yönləndirilirdi. Bu qurumun iclaslarında elə maraqlı, həlledici məqamlar, çıxışlar var ki, onlar bu günkü proseslərdə də öz təsir gücünü qoruyub saxlayır... 1991-1992-ci illərdə Milli Şuranın parlamentdəki əksər iclaslarında iştirak etmiş deputat Maksim Musayevin “Milli Şura (10.1991- 05.1992) parlamenti” kitabındakı xronika əsasında 1992-ci il martın 3-dən mayın 18-dək, yəni Laçının işğal olunduğu və AXC-nin hakimiyyətə tam yiyələndiyi bir günədək Ali Sovetdə baş verənlərin ən maraqlı məqamlarını diqqətinizə çatdırır.

Allahşükür Paşazadə: “Hacı Əbdül, mən də sənin haqqında çox şeylər bilirəm...”


(Ali Sovetin 1992-ci il martın 24-də keçirilmiş fövqəladə sessiyası. Davamı. Xronikanın əvvəlki hissələri üçün bu linkə baxın: http://www.moderator.az/news/219216.html)

Allahşükür Paşazadə:“Qarabağda baş verənlərin bir səbəbini də orada imanın az olmasında görürəm...”
Deputat Allahşükür Paşazadə öz çıxışında dedi:”...Son dövrlərdə Qarabağda baş verən hadisələrin bir səbəbini də orada imanın az olmasında görürəm. Əgər Qarabağda yaxşı məscidlər açılsaydı, din xadimlərimiz olsaydı, xalqı milli ruhda tərbiyə edə bilsəydik, əlbəttə, biz bu müsibətləri görməzdik...
“Rəhim Qazıyev buradadırsa, bilir...”

Xocalı məsələsini bütün dünyaya yaymalıyıq. Erməni millətçi-ekstremistlərinin xalqımızın başına gətirdikləri ilə əlaqədar xüsusi qruplar yaratmalıyıq. Həmin qruplar vasitəsilə hadisələri bütün dünyaya çatdırmalıyıq. Bu dövrdə, Rəhim Qazıyev buradadırsa, bilir, Qarabağa Ruhani İdarəsi tərəfindən 2 milyondan yuxarı köməklik göstərilib.

“Məni heç bir şey, heç bir təzyiq fikrimdən, düz əqidəmdən döndərə bilməz...”

Demək istəyirəm ki, bir xalqın rəhbəri, qanuni dini rəhbəri yoxdursa, xalqın özü də yoxdur. Bu gün nə rəhbərimiz yoxdur, dini rəhbər də hədələrə məruz qalıb. Bu hədələr hardan gəlir, bilmirəm. Kimlər tərəfindən gəlir, bilmirəm. Son günlər daha çox şiddətlənib, bunu da bilirəm. Amma Şeyx həqiqətin tərəfdarı olmalıdır. Məni heç bir şey, heç bir təzyiq fikrimdən, düz əqidəmdən döndərə bilməz. Bəli, ola bilər ki, DTK-nı da tanıyıram. Burada oturanlar mənə desinlər: bundan qabaq hansı qrup xaricə hedəndə onun içərisində DTK-nın nümayəndəsi olmurdu? Bunlar, bəyəm, yenilikdir? Hansı bir xaricə gedən adamı DTK yoxlayıb sonra göndərmirdi? O da olsun Ruhani İdarəsi. Mən işə gələndə Ruhani İdarəsini cəmi 3 dövlət tanıyırdı. İndi isə 107 dövlət tanıyır.

“Burada sən belə işlərinlə bakılı-rayonlu məsələsi qoyursan...”

Xaricə gedənlərin biri də Hacı Əbdül idi, gördü ki, hörmətimi necə saxlayırlar. İsgəndər Həmidov deyir ki, Şeyx DTK-nın polkovnikidir. Əgər belə bir şey varsa, əlbəttə, bunu sübut etmək lazımdır. Mən Hacı Allahşükür üzümü sizə tutub deyirəm: necə Prezidentin müqəddəsliyi qorunursa, eləcə də Şeyxülislam haqda deyilən sözlərə senzura qoyulsun. Hacı Əbdül, mən də sənin haqqında çox şeyləri bilirəm və deyə də bilərəm, amma mən demirəm. Mən onları deyən deyiləm. Burda sən belə işlərinlə bakılı-rayonlu məsələsi qoyursan. Səni öyrətmişdilərsə də, bunu deməməliydin. Şeyxin haqqında deyilən sözlərə senzura qoyularsa, gələcəkdə mən özüm şeyxlik edəcəyəm, davam edəcəyəm, əgər olmazsa, mən istefamı tələb edəcəyəm...”
Allahşükür Paşazadə: “Hacı Əbdül, mən də sənin haqqında çox şeylər bilirəm...”

Faiq Baxşəliyev:”Musa Məmmədovun Ağdama göndərilməsi Prezident tərəfindən atılan səhv addım idi...”

Deputat Faiq Baxşəliyev qeyd etdi ki, Qarabağın məsələsi heç də sosial-məişət problemi deyil. “...Polyaniçkonun gördüyü işlər qənaətbəxş ola bilməz. Ağdamda bu saat kənd təsərrüfatı problemi həll olunmur, oraya kənd təsərrüfatı üzrə alim lazım deyil. Lakin Musa Məmmədovun Ağdama 14 rayonun icra hakimiyyəti başçısı kimi göndərilməsi Prezidentin tərəfindən atılan səhv addım idi. Parlament də bunu görməliydi ki, bu məsələni belə həll etmək olmaz. Beləliklə də biz Ağdamda gedən prosesin qarşısını ala bilmədik. Musa Salamoviç kimi bir alimi də bilmədiyi işə göndərib adını yarıtmaz qoyduq. Orada vəziyyət necə idi? İcra Hakimiyyətinin başçısı bir göstəriş verir, Musa Salamoviç ikinci göstəriş verir. Tamerlan Qarayev də orada idi, o da başqa bir göstəriş verir, Müdafiə Nazirliyinin nümayəndəsi də digər göstərişi verir. Axı bu cür ola bilməz...

“Bəziləri Qarabağdan siyasi vasitə kimi istifadə edirlər...”

Qarabağ problemi həll olunmayana qədər bizdə nə siyasi, nə iqtisadi, nə mənəvi reforma keçirmək mümkün olacaqdır. Çünki bəziləri Qarabağdan siyasi vasitə kimi istifadə edərək məqsədlərinə çatmaq istəyirlər. Bu sözlər harada deyilir? Parlamentdə. Biz də üstündən ötüb keçirik. Parlament burada tribunadan deyilən sözlərə fikir vermir. Ya İsgəndər Həmidov salınmalıdır dama, şantaj elədiyi üçün, ya da həmin adamlar...”

(Maksim Musayev, “Milli Şura parlamenti”, Bakı, 2001. səh.111-112)

(Davamı var)

Təqdim etdi: Sultan Laçın
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA