Futbol üzrə dünya çempionatı ərəfəsində zədə alan türk əsilli alman futbolçu Məsud Özil bu böyük yarışdan kənarda qala bilər.
Zamantv.az Türkiyə mediasına istinadən xəbər verir ki, bel və dizində ağrılar olan Özilin zədəsinin ciddi olduğu deyilir. Son 4 gündür məşqlərə çıxmayan Özil Səudiyyə Ərəbistanı ilə oynanılacaq hazırlıq matçında da meydana çıxmayacaq.
Türk əsilli futbolçunun komandada olmaması ehtimalı baş məşqçi Yoahim Lövü narahat edib. O, futbolçunun səhhəti ilə yaxından maraqlanır.
Zamantv.az