“Biz divanə deyilik ki, Rusiyanı təktərəfli sevək” - deputat

16:13 27.10.2020 353
“Biz divanə deyilik ki, Rusiyanı təktərəfli sevək” - deputat
"Rusiya 200 ildir ki, bölgədəddir. Bu müddət ərzində Cənubi Qafqazda Rusiya ən etibarlı tərəfdaşlığı Azərbaycandan görüb. Azərbaycan daim, qarşılıqlı öhdəliklərinə vicdanla sadiq qalıb. Eyni şeyi ermənistan barədə emək olarmı? Baxmayaraq ki, ermənistan mövcudluğunu Rusiyaya borcludur, lakin bütün mümkün imkanlarda ermənilər Rusiyanı arxadan vurub".

Cebhe.info xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

"Bu gün Azərbaycandan fərqli olaraq Ermənistanda bir dənə də olsun rus dilində məktəb yoxdur, faktiki olaraq rus etnosu yaşamır. Hətta Tovuz hadisələrinə qədər Ermənistanda Rusiya əleyhinə mitinqlər səngimir, Rusiya rəhbərliyi təhqir edilir, “Rusiya Ermənistandan rədd olsun” deyilirdi.

Yaxşı bütün bunların fonunda Rusiya nə edir?

Rusiya qonşuluq, tarixi dosluq ənənələri bir yana, beynəlxalq hüquqla onlara etibar edilmiş Minsk qrupunun həmsədrlik institunun imperativ tələbi olan neytrallığı belə qorumur. Rus mediası barədə danışmayacam. Deyə bilərik ki, muzdlu jurnalist və ləyaqətsiz şəxs olan Solovyov yaxud digər hansısa media mənsubu dövlətin mövqeyini ifadə etmir. Dövlətin mövqeyini V.Putin son 2 müsahibəsində bəyan edib, bu yanaşma bizim üçün kifayət qədər qənaətbəxş olub. Təəssüf ki, Rusiyanın əməli və sözü üst-üstə düşmür. Bir tərəfdən sülhə çağırış edən, neytral qaldığını ifadə edən rəsmi Moskva, digər tərəfdən ermənistanı pulsuz silahla təmin edir, bununla bölgədə sülhün təmin olunmasına maneə yaradır, sözdə olmasa da əməldə ərazi bütövlüyü prinsipi şübhə altına alınır.

Cənab Prezident özü örtülü formada dedi, onların bircə kəlmələri bəsdir ki, bölgədə erməni yerində otursun. Düzdür, bu gün bizə kiminsə "ianəsi" lazım deyil, biz erməni itini özümüz böyük uğurla qovuruq. Lakin, əziz qonşumuz anlamalıdır ki, təcavüz və işğal faktının dəstəkləyən, ərazi bütövlüyünə hörmətsizlik ifadə edən hərəkətlərə yol verən dövlət özü bu amillərin gec tez qurbanına çevrilir. Bizdə bir Qarabağ bölgəsidir, orada da məsələni həll etmək üzrəyik, amma unutmasınlaar ki, özlərində dini, dili, mentaliteti fərqli olan 10-la subyekt var və Rusiyanın sözdə yox əməldə nümayiş etdirdiyi ərazi bütövlüyünə hörmətsizlik və təcavüzə dəstək sabah onun özünün onsuzda oyanmaqda olan subyektləri üçün bir presedent olacaq.

Mənim bu çıxışım rus düşmənçiliyi kimi qəbul edilməsin, bizim Rusiya ilə silinə bilməz əlaqələrimiz var, ortaq tarixi bağlarımız var, elm mədəniyyət sahəsində Rusiyanın Azərbaycana unudulmaz dəstəyi olub, eləcə də ən çətin dönəmlərdə biz təbii sərvətlərimizlə, insan potensialımızla Rusiyanın yanında olmuşuq, bu gün də şimal qonşumuzla əlaqələrin davamlılığında və daha da dərinləşməsində maraqlıyıq, lakin yaxşı olardı ki, eyni niyyət və eyni səmimiyyəti biz əziz şimal qonşumuzdan da görək. Biz divanə deyilik ki, Rusiyanı təktərəfli sevək, dövlətlər arasında xoş münasibətlər qarşılıqlı olmalıdır".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar