İsrail Prezidenti Reuven Rivlin martın 16-da “Kahol-Lavan” mərkəzçi blokunun lideri Beni Ganzı 2 mart seçkilərinin nəticələri əsasında Nazirlər Kabinetinin formalaşdırılmasını tapşıracaq.
Bu barədə yəhudi dövlət başçısının dəftərxanası açıqlama verib.
“Sabah (16 mart) günorta saatlarında prezident Beni Ganza hökumətin qurulmasını tapşıracaq”, - məlumatda belə deyilir.(apa)
Zamantv.az