Xəbər verdiyimiz kimi, üzü tankda yanaraq "Heç kim məni bu şəkildə sevməz. Mən kiminlə evlənəcəm?" deyən əsgərimiz Hüseynov Heydər əməliyyat olunub.
Zamantv.az xəbər verir ki, ötən gün əməliyyat olunan Heydər eksklüziv olaraq Sonxeber.az-a danışıb. O, hazırda xəstəxanada, səhhətinin normal olduğunu açıqlayıb:
"Həkimlə aramızdakı yaddaqalan dialoq təsadüf nəticəsində oldu. İndi özümü yaxşı hiss edirəm. Əlimdə və ayağımda problemlər var idi, indi hər şey yaxşıdır. Üzüm təmamilə sağalıb.
Həkimim Vüqar Ələkbərova təşəkkür edirəm".
Qeyd edək kI, Heydər 10 günə yaxın xəstəxana şəraitində qalacaq. Sağalandan sonra evinə göndəriləcək.
Zamantv.az