İnsan həmişə gözəl və nümunəvi görünmək istəyir. Xarici görünüşə diqqət yetirmək bütün dövrlərdə insanlar üçün önəmli olduğundan həmişə yenilik axtarışında olublar. Bərbərlik qədim və hörmətli peşələrdən biri sayılır. Bərbərlik peşəsinə hörmət tək xarici görünüşə qulluqla bağlı olmamışdır. Beləki Yaponiyada qədim dövrlərdə hakimiyyət bu peşəni (dəlləklərin) bərbərlərin boynuna bir “vəzifə” kimi qoymuşdular. Beləliklə hər gün bütün eşitdiklərini, gördüklərini, bildiklərini haqqında bərbərlər hakimiyyətə məlumat verməli idilər...
Bərbərlər həmişə sayılıb seçilən peşə sahiblərindən olmuşdur. Bu bərbərlərdən biri də gözəlliyinə biganə olmayan baxımlı, şarmlı və tələbkar qadınların istəklərini qarşılayan yüksək ixtisaslı, daima gülərüz Abbasova Günel Azər qızıdır. Günel xanım öz müştərilərinin hər zaman özlərini rahat hiss etməsini və məmnun qalmasını təmin edir. Günel xanım stilist, vizajist, qaş ustası, rəssam olmaqla bərabər həmçinin öz peşəsini tələbələrinə öyrədən bir ustadır.
Sabirabad rayonunun mərkəzində yerləşən “Leyla” gözəllik salonunda nəinki rayondan hətta başqa rayonlardanda Günel xanımın əl qabiliyyəti və peşəkarlığına görə gələn yetərincədir.
Günel xanım barəsində geniş müsahibəmizi, reportajımızı yaxın günlərdə sizin ixtiyarınıza verəcəyik, oxucular.
Abuşova Nuranə
Zamantv.az