Ən yaxşı məktəbin adı açıqlandı: “Orta məktəblərin reytinq cədvəli tərtib olunsun”

14:15 13.01.2020 571
Ən yaxşı məktəbin adı açıqlandı: “Orta məktəblərin reytinq cədvəli tərtib olunsun”
DİM qəbulun nəticələri üzrə yaxşı məktəblər dair məlumat yayır, amma biz pis məktəbləri tanımırıq. Elə məktəblər var ki, başqaları kimi dövlət büdcəsindən maliyyələşir və illərdir ki, 1 məzunu belə Universietə qəbul ala bilmir.
Bizimyol.info xəbər verir ki, bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu səsləndirib. Onun sözlərinə görə, dövlət orta məktəblərin reytinqini təşkil etməlidir.

“Onların məsuliyyətinin artırılması üçün də bunu etməyə dəyər. Həqiqətən də son illər ali məktəblər arasında sürətlə müasirləşənlər və uğurlara imza atanlar vardır. Belə reytinqlə onları da fərqləndirə bilər.

Hansı orta, ali məktəblər daha yaxşıdır?

Hansı orta, ali məktəb daha yaxşıdır, hansı ixtisasi seçməli, hansı peşəni öyrənməli sualları ilə tez-tez qaşılaşırıq. Mənə də çoxlu sayda bu və digər suallar ünvanlananda, çalışıram ki, cavabsız buraxmayım. Amma istinadlarım yalnız müşahidələrə və təcrübəyə əsaslanır. Belə sualları cavablandırmağın ən asan yolu məktəblər və universitetlər arasında fərqi nümayiş etdirən reytinq cədvəllərinin tərtibi ola bilər. Azərbaycanda belə reytinqlər tərtib olunmadığından valideynlər və abituriyentlər seçim qarşısında qalanda qərarlarını öz müşahidələri və başqalarının subyektiv rəyləri əsasında verirlər. Odur ki, Təhsil Nazirliyinə təklif edərdim ki, ölkədə fəaliyyət göstərən bütün (səhv etmirəmsə onların sayı 4500 ətrafındadır) dövlət məktəblərinin respublika və rayonlar üzrə reytinqinin qurulması layihəsini reallaşdırsın.

İbtidati, orta və tam orta məktəblərin reytinq sıralaması digər ölkələrdə çoxdan tərtib edilir. Azərbaycanda bu işi görmək çox da böyük resurs tələb etmir. Ən başlıcası reytinq metodologiyası əsaslı olmalı və gerçək informasiyalara istinad edilməlidir. Bu zaman müəllim/şagird nisbəti, 1 sinif otağına düşən şagirdlərin sayı, buraxılış imtahanlarından əla, yaxşı, kafi, qeyri-kafi qiymət alanların cəmi imtahanda iştirak edənlərdə xüsusi çəkisi, məzun olanların sayında 1-ci ildə və sonrakı illərdə universitetlərə qəbul olanların payı, universitetə 200-300 balla, 300-400 balla, 400-500 balla, 500-600 balla, 600-650, 650-700 balla qəbul olanların cəmi qəbul olanlarda xüsusi çəkisi, xaricdə təhsil üçün müraciət edən abituriyentlərin İELTS/TOEFL/SAT imtahanlarında əldə etdiyi nəticələr də qiymətləndirmə indikatorları kimi istifadə oluna bilər.

Hesab edirəm ki, belə bir metodologiya əsasında reytinq cədvəlini qarışıq və ya ayrıca olaraq dövlət və özəl məktəblər arasında ibtidai, natamam orta və tam orta səviyyələrdə, rayonlar və respublika, eləcə də azərbaycan və rus bölmələri üzrə tətrtib etmək məktəblər arasında sağlam rəqabətə və təcrübə mübadiləsinə xidmət edə, eləcə də valideynlərə və şagirdlərə də istiqamət verə bilər. Bu təklifi Təhsil Nazirliyi ilə yanaşı, ekspertlərin də müzakirəsinə təqdim edirəm.

Yeri gəlmişkən, sizcə Azərbaycanda ən yaxşı məktəblər hansıdır? Bizim ailənin təcrübəsində Türkiyə Dəyanət Vəqfi (TDV) Bakı Türk Liseyi ölkə üzrə 1 nömrədir”.

Təhsil eksperti Etibar Əliyev də iqtisadçının fikirləri ilə razılaşdığını qeyd edib.

“Qubad bəyin qaldırdığı məsələ aktualdır. Orta və ali məktəblərin indiyə qədər normal akkreditasiyası keçirilməyib. Bu proses baş tutsa reytinqləri müəyyənləşdirmək asanlaşar. Dövlət İmtahan Mərkəzi Orta məktəb məzunlarının 600-dən yuxarı nəticə göstərən məktəblərin cədvəlini tərtib edir. Lakin bu reytinqləri formalaşdırmaq üçün azdır. Bir misal çəkim: Şərur rayon Yayıcı kənd Orta məktəbinin 600 bal toplayan məzunlarının sayı Bakının 160 saylı məşhur məktəbinin məzunlarından çoxdur. Ali məktəblərin reytinqini isə prezident təqaüdçülərinin sayına görə müəyyənləşdiririk. Beynəlxalq təcrübədə isə tutarlı indikatorlar əsasında reytinqlər müəyyənləşir. Qısa zaman kəsiyində inkişaf etmiş universitetlərimiz var. Lakin çox vaxt onların adını çəkəndə başqaları qısqanclıqla yanaşır”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar