“Ağgöl” Milli Parkı məmurların ov poliqonuna çevrilib

11:40 29.06.2018 705
“Ağgöl” Milli Parkı məmurların ov poliqonuna çevrilib

Qanunsuz ov nəticəsində ceyranlar, quşlar, balıqlar direktorun gəlir mənbəyinə çevrilir
2003-cü il 5 iyul tarixində ölkə başçısının sərəncamı ilə sahəsi 17,924 hektara qədər genişləndirilən, Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılan Ağgöl Milli Parkında ümumilikdə 500 mindən çox quş qışlayır. Qeyd edək ki, burada rast gəlinən quşların 30 növünün adı «Azərbaycanın Qırmızı Kitabı»na salınıb. Bundan başqa, milli park ərazisində 20-dən çox balıq növünə – çəki, külmə, durna balığı, xəşəm, lil balığı, naxa, qambuziya və s. rast gəlinir. Lakin buna baxmayaraq, hazırda Ağ göl Milli Parkında qanunsuz ov aparılır və bu səbəbdən də qoruq ərazisi istismara məruz qalıb.
Xəbərə görə, qoruq rəhbərliyinin razılığı ilə yaxınlıqda yaşayan insanlar mal-qaranın otlaması üçün milli parkın ərazisindən istifadə edirlər. Sözügedən qoruqda ovlanması qadağan olunan ceyran, çöl quşlarının ovlandığını vurğulayan məlumatlı şəxs iddia edir ki, Ağgöl Milli Parkının direktoru Loğman Mehdiyev gölün kənarında torpaqdan 2 hektara yaxın hovuz düzəltdirib: «Həmin hovuzda isə Ağgöldən tutulan müxtəlif növ balıqlarlar saxlanılır və sonradan bazara çıxarılır. Loğman Mehdiyev «brokonyer»lərlə razılaşaraq göldə tor qurulmasına şərait yaradıb. Tututlan balıqların 50 faizi direktora verilir. Deyilənlərə görə, qoruq rəhbərliyi ay ərzində «dambası»na 3 tondan çox balıq atır. Hazırda Loğman Mehdiyevin gölündə 10 tondan çox balıq var və payız aylarında direktor həmin məhsulu satışa çıxardır».
Mənbənin sözlərinə görə, direktor Ağgöl Milli Parkında özünə şahin quşu biznesi də yaradıb: «Belə ki, direktor Ağgöl Milli Parkında yaşayan şahin quşlarını tutduraraq satır. Bu işlə ölkə miqyasında böyük bir şəbəkə məşğul olur. Şahin quşlarının alıcısı isə ərəb şeyxləridir. Mahir ovçu kimi yetişdirilən şahin quşları çox baha qiymətə ərəb şeyxlərinə satılır. Ağgöl Milli Parkından tutulan hər bir şahinə görə xeyli miqdarda gəlir əldə olunur. Bütün bunlar onu deməyə əsas verir ki, Ağgöl Milli Parkında durumun ağır və dözülməzdir. Bu parkda qoruğun təyinatında kənar fəaliyyətlər o qədər genişlənib ki, artıq bura milli park deməyə adamın dili gəlmir. Belə ki, dövlət tərəfindən qorunan flora və fauna demək olar ki, məhv olmaq üzrədir. Hər il payız, qış və yaz aylarında milli parkın ərazisində qanunsuz ov nəticəsində onlarla ceyranlar məhv edilir, quşlar qırılır, hədsiz sayda balıqlar «brokonyer»lərin gəlir mənbəyinə çevrilir…»
Mövzu ilə əlaqədar qarşı tərəfin də fikirlərini işaqlandırmağa hazırıq.
Azerbaycaninfo.az


“Ağgöl” Milli Parkı məmurların ov poliqonuna çevrilib
“Ağgöl” Milli Parkı məmurların ov poliqonuna çevrilib
“Ağgöl” Milli Parkı məmurların ov poliqonuna çevrilib
“Ağgöl” Milli Parkı məmurların ov poliqonuna çevrilib
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar