[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cavanşir Məmmədovun qızı ilə bağlı ŞOK İDDİA: “Facebook”da tanış olduğu kişini aldadıb? - MƏHKƏMƏ


Bakı Ağır Cinayətlər Məhkəməsində əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovaya qarşı dələduzluqda təqsirləndirilən Kemal Mustafa İbilinin işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra Cavanşir Məmmədovun vəkili vəsatət qaldıraraq bildirib ki, təqsirləndirilən şəxs mediaya məlumat verməklə Cavanşir Məmmədova təzyiq edir. Vəkil, həmçinin Mustafa İbilinin polis nəzarətində olması qəti imkan tədbirinin həbslə əvəz olunmasını istəyib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Daha sonra təqsirləndirilən şəxs Mustafa İbili ifadə verib.

O, ifadəsində bildirib ki, Xatirə Məmmədova ilə 2018-ci ildə “Facebook” vasitəsilə tanış olub və evlənmək üçün Bakıya gəlib:

“Bakıya gəldikdən sonra özümlə gətirdiyim 60 min dolları Xatirə ilə xərclədim. Lakin onunla evlənmədik. 200 min dollara qədər pulumu xərclədi. Qardaşıma aid 135 min dollar da həmin pula daxil idi. 3 il yarım dolandıraraq pulu xərclədilər. 3 il yarım ərzində mən Cavanşir Məmmədovun evində gizli yaşamışam. Evin qarşısında ayda 500 manat verib kirayə qalsam da, axşamlar Cavanşir Məmmədovun evində yaşamışam. Heç kimdən pul istəməmişəm. Xatirə Məmmədova atasından aldığı pulu mənim adıma olan bank hesabına yatırdı. İddia edirlər ki, mənə 140 min dollardan çox pul veriblər. Yalandır. Mənə pul verilməyib. Sadəcə, hesabıma yatırılıb. Bu da heç 100 min dolar etmirdi. Bank çıxarışı ilə razı deyiləm. Təkrar yoxlanılmasını istəyirəm. İddia etdiklərindən az pul yatırıblar. Hesabdakı pulun bir qisminə birjadan səhm aldım. Digər qismini də Xatirə Məmmədovanın israrı ilə çıxarılıb və özünə verilib”.

Məhkəmənin növbəti iclası oktyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib.

Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar alıb və geri qaytarmayıb. M.İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Yəqin ki, onlar ağalarının xoşuna gəlmək üçün bu cür ifadələr işlədirlər" - Meyxanaçı FAKT QARŞISINDA


Meyxanaçıların din haqqında qəzəllər, meyxanalar deməsi aktiv müzakirə predmetinə çevrilib. Müşahidələrə əsasən deyə bilərik ki, ən çox dini meyxanalar səsləndirən meyxanaçılardan bir də məhz Elşən Xəzərdir. Onun dediyi son dini qəzəl isə birmənalı qarşılanmayıb. Belə ki, meyxanaçının dini məclisdə söylədiyi qəzəldən

“Sinə vuranlar idi səngərdə duranlar,
Azad etdi torpağı qüdrətli hüseynçilər”

beyti bir neçə gündür ki, aktualdır. Bəzi sosial və siyasi fəallar Elşən Xəzərin bu ifadələri orduda parçalanma yaratmaq niyyəti ilə işlətdiyini iddia edir. Onun bu sözləri cəmiyyətdə tənqid olunmaqla yanaşı, parlamentari səviyyəsində də qınanılıb. Millət vəkili Fazil Mustafa qeyd edib ki, bu, səviyəsizcəsinə başqa ölkənin təbliğatını aparmaq üçün irəli atılan addımdır.

Deputatın sözlərinə görə, Qarabağı Azərbaycan xalqı – xristianı, müsəlmanı, yəhudisi ilə din ayrı-seçkiliyi etmədən, türkü, talışı, tatı ilə isə xalq ayrı-seçkiliyi etmədən azad etdi:

“Əgər hansısa məzhəb duyğusu ilə bu döyüşə girsəydik, gərək gedib ermənilərə dəstək verərdik. Çünki ermənilərə kimin dəstək verdiyi bəllidir. Qarabağda hər bir kəs Azərbaycanı qorumaq duyğusu ilə savaşdı.
Onların etdiyi bu hərəkət hayassızcasına hər bir Azərbaycan vətəndaşının öz vətənini azad etmə savaşına kölgə düşürməkdir. Heç bir şəkildə Azərbaycan vətəndaşı hansısa məzhəbə görə, hansısa dini düşüncəyə görə Qarabağı azad etməyib. Azərbaycan vətəndaşı olmağı ilə qürur və şərəf hiss duyduğuna görə bu döyüşdə iştirak edib”. Meyxanaçıların dini qəzəllər deməsinə və deputatın cavabına münasibət bildirən ilahiyyatçı Elşad Miri “Sherg.az”a açıqlamasında qeyd edib ki, bu cür məsələlərdə hansısa meyxanaçı nəsə deyə bilər, lakin onun fikir və iddiaları gündəmi müəyyənləşdirməməlidir:

“Amma cəmiyyətimizdə gündəm baş qarışdırmaq üçün bu kimi ifadələrlə formalaşırsa, biz də bunlara cavab vermək məcburiyyətində qalırıq. Fazil bəyin cavabının arxasındayam. Onun fikirləri ilə razıyam. Bəs digərlərinin səsi niyə çıxmır? Kaş Fazil bəyin apardığı bu təbliğat və maarifləndirməyə digər 124 deputat da qoşula. Bu həqiqətən alqışlanmalı məsələdir”.

İlahiyyatçı müharibədə iştirak edənləri hüseynçi hesab edənlərə öz suallarını ünvanlayıb:

“Biz hər zaman Azərbaycanın multikultural cəmiyyəti olduğunu, burada insanların bərabər yaşadığını deyirik. Bu şəxslər konkret olaraq bu döyüşçüləri hüseynçilərlə əlaqələndirirlər. O zaman belə bir sual verim: Bəs bu döyüşçülərin arasında əliçilər, həsənçilər, muhammadilər və yaxud Quran tərəfdarları yoxdurmu? Bəs Vətən müharibəsində iştirak edən yəhudi əsilli vətəndaşlarımız, şəhid olan xristian əqidədə olan döyüşçülərimiz, dinləri qəbul etməyən, özünün deist kimi təqdim edən şəhidlərimiz barədə nə deməliyik ? Bu, tipik dar düşüncənin məhsuludur. Yəqin ki, onlar ağalarının xoşuna gəlmək üçün bu cür ifadələr işlədirlər. Təəssüflər”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Düşmən çox hiyləgərdir, ona fürsət verməyək” - Əməkdar artist


Son günlər sosial şəbəkələrdə, bəzi xəbər portallarında ordu ilə bağlı dezinformasiyaların yayılmasına sənət adamları da öz münasibətlərini bildiriblər.

Publik.az-a açıqlama verən əməkdar artist İlkin Əhmədov insanları bu məlumatlara uymamağa çağırıb.

“Ölkəmizin çox layiqli, vətənini, xalqını sevən Prezidenti, Ali Baş Komandanı var. 44 gün ərzində onun rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatı ilə qailərimizin, şəhidlərimizin sayəsində torpaqlarımız azad olundu. Bir daha müharibə olmasın, olsa, mən könüllü olaraq ön cəbhədə xidmət etməyə hazıram. Əminəm ki, bütün xalq bu niyyətdədir. Lakin kiminsə saxta, yalan məlumatlarına aldanmayaq. Ölkə başçımızın ətrafında olaq. Düşmən çox hiyləgərdir. Hər vasitə ilə təxribat xarakterli addımlar atmağa çalışır. Onlara fürsət verməyək. Özümüz özümüzü müdafiə edək”, - xanəndə deyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Efirdəki davalarla bağlı TV-lərə XƏBƏRDARLIQ
Audiovizual Şura televiziya yayımçılarına xəbərdarlıq edib.

Zamantv.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurası məlumat yayıb.

Bildirilib ki, aprel ayının əvvəlindən televiziya yayımçılarının proqramlarının Audiovizual Şura tərəfindən həyata keçirilən monitorinqləri zamanı canlı yayımlanan bəzi proqramlarda qonaqlar, iştirakçılar, ekspert qismində iştirak edən şəxslər arasında baş verən fiziki toqquşma və davaların, o cümlədən, qarşılıqlı təhqirlərin efirə getməsi halları qeydə alınıb:

“Həmin proqramlarda belə situasiyalar əvvəllər nadir hallarda baş verirdi və Şuranın yayımçılara etdiyi xəbərdarlıqların nəticəsində bu hallar sistematik xarakter almırdı.

Lakin son günlər ümumölkə televiziya kanallarının efirlərində canlı yayımlanan proqramlar göstərir ki, belə pozuntuların intensivləşməsi və sistematik hala çevrilməsi baş verir.

Audiovizual Şura yayımçıların diqqətinə çatdırır ki, proqramlarda şəxslər arasında fiziki toqquşma və davaların, o cümlədən, qarşılıqlı təhqirlərin efirə getməsi halları bir daha təkrarlanarsa onlara qarşı xəbərdarlıq olunmadan inzibati sanksiyalar tətbiq olunacaq”.

XƏBƏR LENTİ

10:11

Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

10:03

Hərbi xidmətə növbəti çağırış BAŞLADI

09:54

Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR

09:46

Bu şəxslər imtahan verəcək

09:32

Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib

17:00

1920-ci ilin xəritələri masada: Azərbaycanın əsas tələbi... - İNCƏLƏMƏ...

16:30

Azərbaycana qarşı sanksiyalar... YENİDƏN GÜNDƏMDƏ! - NƏ ETMƏLİ?

16:00

Gələn həftə tıxacda qalmamaq üçün alternativ yollar tapın - DYP-dən müraciət

15:19

Naxçıvan üçün İrana minnətçi düşməyə son - GƏLİŞMƏ

15:00

Taksidən istifadə edənlər üçün vacib məlumat - Sabahdan...

14:22

“Turan Tovuz” “Neftçi”yə, “Səbail” “Sabah”a qarşı

13:16

Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

12:30

Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir

12:00

Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının VİDEOGÖRÜNTÜLƏRİ

11:30

Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb

11:00

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

10:25

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

10:19

Gəncədə ikimərtəbəli obyekt və avtomobillər YANDI

10:15

Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı

10:06

Neftimiz UCUZLAŞDI

10:00

Erməni yalanları da tükənir: İrəvan gerçəyi hələ də anlamır - NƏ BAŞ VERİR?

09:48

"TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ

09:44

Sərhədi keçən ermənilərin Ermənistanda dedikləri - SENZURASIZ VİDEO

09:13

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir

09:08

Ukrayna Aİ-yə bu tarixdə üzv ola bilər

08:57

Azercell şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində...

17:30

İranda polis polkoviniki ÖLDÜRÜLDÜ

17:00

„Gəmiqaya Taxıl Məhsulları“ MMC fermerlərin PULUNU VERMİR - NARAZILIQ VAR!

16:00

Yasamalda KÖRPƏLƏR EVİNDƏ BÖYÜKLƏRİN TAMAHI... - İTTİHAM VAR!

15:40

113 gənc bir ildir Şahin Bağırovu gözləyir... - İmtahandan keçiblər, amma...

15:20

İcra başçısından iş istədi, 1500 manat zərərə düşdü – ŞAHBUZ SAKİNİ RAFAEL BABAYEVDƏN ŞİKAYƏTÇİDİR

14:00

“Qarabağdan çıxan ermənilərin bəzisi qorxusundan deyir ki, biz özümüz gedirik” – Rasim Balayev

13:40

Əmrahovların ipoteka maxinasiyası

13:20

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ... - İLGİNC İDDİALAR...