“Babamın Şuşada türməyə düşən yolda evi var, qəssab Abışın nəvəsiyəm...”

21:10 3.11.2020 445
“Babamın Şuşada türməyə düşən yolda evi var, qəssab Abışın nəvəsiyəm...”
“Bir çox hallarda isə narahat oluram. Allah bizim cənab prezidentə can sağlığı versin, dünyada jurnalist qalmayıb hamısı axışıb o, kişinin üstünə, hamısına da elə cavab verir ki, mat şəkildə geri qayıdırlar”
Zamantv.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Əməkdar artist Cavanşir Məmmədov deyib. Müğənni əslən Şuşalı olduğunu bildirib:

“O hissləri danışmaq çətindir, səhərə qədər xəbərlərə baxa-baxa məni nə vaxt yuxu aparır, bilmirəm. Mənim atam şuşalıdır, babamın Şuşada türməyə düşən yolda evi var və bir də Şuşa bazarında qəssab dükanı var, mən qəssab Abışın nəvəsiyəm. Flora xanımla biz bibiqızı dayıoğluyuq, onun anası şuşalıdır, atası Qəbələdəndir. Mənim isə anam naxçıvanlıdır. Qarabağlılar da bilir ki, hər dəfə televiziyada çıxışımda bunu həmişə qeyd etmişəm. Mənim Şuşada şəkillərim var. Yəni deməyim odur ki, mənə bu hisslər ikiqat təsir edir”.

Sənətçi bu uğurlu yolda Ali Baş Komandana uğurlar arzulayıb və hamımızın bir yumruq kimi onun ətrafında birləşdiyini deyib:

“Bir çox hallarda isə narahat oluram. Allah bizim cənab prezidentə can sağlığı versin, dünyada jurnalist qalmayıb hamısı axışıb o, kişinin üstünə, hamısına da elə cavab verir ki, mat şəkildə geri qayıdırlar. Bizim prezidentimiz həmişə sevilib, qədir-qiyməti olub və indi xalq onun ətrafında elə birləşib ki, bunları görəndə adam kövrəlir. Cənab preziden İlham Əliyevin qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla şəkillərini görəndə kövrəlirəm. Ölkə başçısı böyük siyasəti, akademiyanı birinci evin içində görüb. Moskvada akademiyanı yüksək qiymətlərlə bitirib, orda müəllim işləyib. Onun müəllimləri indi onunla fəxr edirlər. Ona görə bizim prezident dünya liderləri içində seçilən prezidentdir. İndi bu adam Amerika və digər böyük ölkələri idarə edə bilər. Görün nə qədər uzaqgörən adamdır ki, 17 ildə Bakını qurdu, yaratdı, bununla yanaşı, olimpiya oyunları keçirildi və həm də ordu quruculuğunu inkişaf etdirdi. Ordumuz indi sözünü deyir və bütün dünya mat qalıb. İndi dünyanın çox dövlətləri bizim döyüş taktikamızı öyrənmək istəyirlər. Ermənilər 30 il ərzində görün nə qədər istehkamlar tikmişdilər, möhkəmlənmişdilər, amma bir ayın içində bizim ordumuz onları vurub dağıdaraq 4-5 rayonumuzu azad etdi. Bu, dünya tarixində görünməyən bir işdir. Bunu mən birmənalı şəkildə öz məsuliyyətimlə deyirəm. Allah Ali Baş Komandanımızı, Şanlı Ordumuzu qorusun. Bu dəqiqə Azərbaycan yumruqdan da bərk birləşib. İndi dəmir kimiyik. Ona görə sizlərə minnətdaram, Allah qoysa, bir də məndən Şuşada açıqlama alarsınız”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU