Əməkdar artist Kəmalə Rəhimli: “Sənətdən də, həyatdan da küsmüşəm” - ÖZƏL

17:24 20.05.2020 605
Əməkdar artist Kəmalə Rəhimli: “Sənətdən də, həyatdan da küsmüşəm” - ÖZƏL
“Biganəliyə dözə bilmirəm. Bu səbəbdən efirə çıxmaq istəmirəm. Həvəsdən də düşmüşəm. Nə zaman layiq olduğum qiyməti alaram, o zaman da efirə çıxaram. İncimişəm... Sənətdən də, həyatdan da küsmüşəm”.

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində Əməkdar artist Kəmalə Rəhimli deyib.

Ömrünün 40 ilini incəsənətə həsr edən K.Rəhimli küskünlüyünü bu sözlərlə ifadə etdi:

“Həyatımı, gəncliyimi, evimi, balalarımı qoyub, aylarla qastrol səfərlərinə getmişəm. Deyiblər ki, get, pul qazan, gətir, Mədəniyyət Nazirliyinin fonduna keçir. Get, planı doldur ki, Rəşid Behbudov ansamblı ilə xarici səfərə getsin. Mən belə işləmişəm. Hamıdan küsmüşəm.

Sənətə gələn yeni ifaçılar üçün hər cür şərait yaradılır. Amma mən çox zülm çəkmişəm. Çəkdiyim zülmlərin haqqını hələ də almamışam. 40 ildən çoxdur bu sənətə xidmət etmişəm. Xidmətlərim əvəzsizdir. Dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etmişəm. İndiyə qədər heç bir cavab almamışam. Dövlət konsertlərində ilk sıralarda mənim adım çəkilirdi. Dəfələrlə ümümmilli liderimiz mərhum Heydər Əliyevin qarşısında çıxış etmişəm. Kəmalə ən sevimli, populyar müğənni olub. İndi Kəmalə qalıb kənarda.

Yalnız Əməkdar artistimiz Firuzə İbadova zəng vurub, mənimlə maraqlanır. Heç kimlə danışmaq, ünsiyyət qurmaq istəmirəm. Hər şeydən iyrənmişəm. Musiqiçiləri çiynimdə daşımışam, çörək vermişəm onlara. Amma heç kim mənimlə maraqlanmır”.

22 ildən çoxdur şəkər xəstəliyindən əziyyət çəkən sənətkar səhhətində yaranan ciddi problemlərdən də söz açıb:

“Uzun illərdir müalicə qəbul edirəm ki, yaşayım. 1998-ci ildən şəkər xəstəsiyəm. O vəziyyətdə də mən konsertlərdə, qastrollarda çıxış etmişəm. Bu xəstəlik ömrümün sonuna kimi mənimlə olacaq. Qan təzyiqim də yüksəkdir. İldə üç-dörd dəfə müalicə alıram. Koronavirus səbəbindən tibb bacısı evimə gələ bilmirdi, qalmışdım əlacsız vəziyyətdə. Kifayət qədər bahalı dərmanlarım var. Onları da özüm alıram”.

“Sənətə ömrümü həsr etmişəm, dövlət mənə də diqqət ayırsa, məmnun olardım. Mənim üçün çox çətindir”, - Kəmalə Rəhimli sözlərini belə yekunlaşdırıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT