Jurnalistlərin NƏZƏRİNƏ: "Rəqəmsal Jurnalistikaya doğru" proqramı və MÜSABİQƏ - FOTO

16:34 29.06.2021 59
Jurnalistlərin NƏZƏRİNƏ: "Rəqəmsal Jurnalistikaya doğru" proqramı və MÜSABİQƏ - FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və "PAŞA Holdinq"in sponsorluğu ilə "Rəqəmsal Jurnalistikaya doğru" proqramının 3-cü dalğasına start verilib. 22 iyul - Milli Mətbuat Gününə həsr olunan proqramda İKT, elektron xidmətlər və rəqəmsal həllər sahəsində öz biliklərini artırmaq istəyən jurnalistlər, blogerlər və cəmiyyətin maarifləndirilməsinə töhfə vermək istəyən şəxslər iştirak edə bilərlər.

ZamanTV.az xəbər verir ki, "Rəqəmsal Jurnalistikaya doğru" proqramlarının keçirilməsində əsas məqsəd kütləvi informasiya vasitələri nümayəndələri və blogerlərin rəqəmsal xidmətlər haqqında məlumatlılığını daha da artırmaq, eləcə də elektron xidmətlər sahəsində əhalinin bilgilərini daha da genişləndirməkdir. Proqramın ilk iki dalğası 2020-ci ildə reallaşdırılıb.

"Rəqəmsal Jurnalistikaya doğru" proqramı iki mərhələdən ibarət olacaq:
- Birinci mərhələdə müvafiq kriteriyalar üzrə seçilmiş iştirakçılar üçün xüsusi proqram üzrə təlimlər keçiriləcək. Təlimlərdə İKT sektorunda son trendlər, elektron dövlət layihələri, elektron xidmətlər haqqında ətraflı məlumat veriləcək. Birinci və ikinci dalğadan fərqli olaraq, üçüncü dalğa çərçivəsində keçirilən təlimlər vebinar deyil, seminar formatında təşkil olunacaq.

- Proqramın ikinci mərhələsində təlimləri uğurla bitirmiş iştirakçılar arasında yazı müsabiqəsi keçiriləcək. Bu hissədə iştirakçılar seçilmiş mövzular üzrə real məsələlərin araşdırılması və həmin istiqamət üzrə rəqəmsal xidmətlərin vətəndaşlara çatdırılması üzrə (video və ya məqalə formatında) yarışacaqlar.

Müsabiqə üçün 2200 AZN məbləğində mükafat fondu təyin olunub. I yerin qalibi – 1000 AZN, II yerin qalibi – 700 AZN, III yerin qalibi isə 500 AZN məbləğində pul mükafatı əldə edəcək.

Proqramı müvəffəqiyyətlə başa vuran iştirakçılar Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən xüsusi sertifikatla təltif olunacaqlar.

29 iyundan etibarən proqramda iştirak üçün qeydiyyat başlayıb. Son müraciət tarixi 6 iyuldur.
Aşağıdakı linkdən ətraflı məlumat almaq və proqrama müraciət etmək mümkündür:

https://www.digital.gov.az/digitalazerbaijan/webinars/4/reqemsal-jurnalistikaya-dogru-proqrami-3

Qeydiyyatdan uğurla keçmiş və münsiflər heyəti tərəfindən seçilmiş namizədlərə proqrama seçildikləri və digər məlumatlar barədə e-mail və telefon üzərindən məlumat veriləcək. Əlavə suallar üçün [email protected] elektron poçt ünvanına müraciət edilə bilər.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:38

Nazirlik Vətən müharibəsi qazisinə xəstə heyvanlar verib? - AÇIQLAMA +VİDEO

18:32

Həbsdə olan deputatdan xəbər var

18:30

İctimai nəqliyyatın fəaliyyətində və toyların keçirilməsində dəyişikliklər olacaq?

18:28

Prezidentdən Naxçıvanda yaşayan şəhid ailələri və qazilərlə bağlı SƏRƏNCAM

18:20

Universitetlərdə dərs saatları azala bilər - RƏSMİ

18:18

Nazirlər Kabineti yeni qərarı təsdiqlədi

18:15

Sənədsiz evlərin sahiblərinə YENİ XƏBƏR - VİDEO

22:20

110 gün sonra nəşi tapılan şəhid - MAXE Murad İbrahimov - VİDEO

19:46

Ərdoğan: "Türkiyə heç kimin qapısının qulu deyil"

19:39

Lənkəran rayonunda aztəminatlı ailələr soisal yardım almaqdan məhrum olublar

19:32

Vaksinasiya payızda yoluxmaların qarşısını ala biləcək? - Həkim danışdı

19:30

Azərbaycan Yazıçılar Birliyinin üzvü vəfat edib

19:29

Koronavirusla bağlı son STATİSTİKA

19:27

Vilayət Eyvazov polkovnik-leytenantı rəis müavini təyin etdi - ƏMR

19:25

Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub

19:23

Anar Eyvazov: "Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur" - VİDEO

01:20

Prezident SƏRƏNCAM İMZALADI

01:17

Polis II qrup əlili saxlayarkən döyüb? - Açıqlama

01:15

Ramin Bayramlını bu şəxs əvəz edəcək - RƏSMİ

01:13

COVID-19 pasportunun yoxlanılması ilə bağlı YENİ AÇIQLAMA

01:11

Ramin Bayramlının və müşavirinin istefa ərizəsi TƏSDİQLƏNDİ

01:03

Rəşid Mahmudovun oğlunun infarkt keçirməsi ilə bağlı xəbər YALAN İMİŞ

01:01

Vilayət Eyvazov şəhid oğluna vəzifə verdi

21:51

“Taliban” yeni hökumətin tərkibini açıqladı

21:44

Ağdərədə tutulan hərbi qulluqçumuz Azərbaycanda saxlanan iki erməni ilə dəyişdirilib

21:37

Azərbaycanda vaksinasiya olunanların statistikası açıqlandı

21:35

Nazirlə rektor arasında 190 minlik müqavilə

21:33

Yeni gənclər və idman naziri kimdir? - DOSYE

21:31

Universitetlərin də açılacağı tarix məlum oldu

21:30

Məktəblər bu tarixdə açılacaq - RƏSMİ

21:28

Yeni gənclər və idman naziri o oldu

21:26

Prezidentdən yeni təyinat

21:25

Vaksinasiya yaşı niyə 16-ya endirildi? - AÇIQLAMA

21:23

Vilayət Eyvazov yüksək vəzifəli polisi təqaüdə göndərdi