“Müharibə bitən kimi səfərbər olunan insanlar da, o cümlədən texnika da geri qaytarılır” - İZAHAT

12:59 24.09.2020 355
“Müharibə bitən kimi səfərbər olunan insanlar da, o cümlədən texnika da geri qaytarılır” - İZAHAT
Vətəndaşların istifadəsində və mülkiyyətində olan “pikap” tipli avtomobillərin qeydiyyatı aparılır. Bu, həmin avtomobillərin müharibə zamanı lazım olacağı ilə bağlı izah olunur.

Baş Dövlət Yol Polisi İdarəsi “pikap” tipli avtomobillərin Yol Patrul Xidmətləri (YPX) postlarında saxlanılması ilə bağlı iddialara münasibət bildirib. Baş Dövlət Yol Polisi İdarəsi öz münasibətində əvvəlcə Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi nəqliyyat vasitələrinin uçot qaydaları”na istinad edib: “Silahlı birləşmələrə vaxtında, keyfiyyətli və tam həcmdə təqdim edilməsi məqsədilə hərbi nəqliyyat vasitələrinin texniki vəziyyətinin plan üzrə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan digər təşkilatlar ilə birlikdə yoxlanılması nəzərdə tutulur”.

Açıqlamada sonra bildirilir ki, “pikap” tipli və texniki imkanları onlara uyğun olan digər xüsusi təyinatlı nəqliyyat vasitələri də Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıdakı yüksək keçidli avtomobillərin kateqoriyasına aid edilir: “...Həmin nəqliyyat vasitələrində yolsuzluq şəraitində istismar sistemlərinin texniki müayinəsi, nəqliyyat vasitələrinin uçot-qeydiyyat göstəricilərinin dəqiqləşdirilməsi və istifadə olunduqları ərazinin (şəhər, qəsəbə, kənd) müəyyən edilməsi məqsədilə stasionar postlarda saxlanılır, bu haqda sahiblərinə məlumat verilir”.

Deputat Erkin Qədirli vətəndaşlara məxsus “pikap”ların səfərbərlik və müharibə üçün yığılması barədə gedən müzakirələrə münasibət bildirib. Deputat qeyd edib ki, “pikap”ların müharibə məqsədləri üçün mülkiyyətçilərdən alınması qanunda nəzərdə tutulub:

“Bu başqa ölkələrdə də var. Amma polisin gördüyü iş düzgün deyil. Bunu belə etməzlər. Öncə gərək Prezident səfərbərlik elan etsin (səfərbərlik yalnız şəxslərə deyil, onların mülkiyyətinə də aid oluna bilir). Prezident bunu etməyib”.

Deputat qeyd edib ki, polis bunu həmin maşınları qeydiyyata almaq üçün edirsə, onun daha asan və rahat yolu var: “”Pikap" və bu sayaq avtomobillərin qeydiyyatı alqı-satqı və ya bağışlanma mərhələsində olmalıdır. Bu mərhələdə avtomobil polis qeydiyyatına alındığı kimi, eyni zamanda (vahid elektron sistemdə) hərbi qeydiyyata da alınmalıdır. Bu, dövlət üçün də, mülkiyyətçilər üçün də rahat olar".

Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Hərbi ekspert Azad İsazadə “Yeni Müsavat”a açıqlamasında deyib ki, səfərbərlik planına uyğun mülki şəxslərdən nəqliyyat vasitələri və digər zəruri əmlaklar alına bilər: “Məsələn, 50 minlik orduya 5 min yük maşını, 3 min ”pikap", min tibb maşını gərəkdir. Söhbət o cümlədən radiotexniki qurğulardan, silahlardan gedir. Amma səfərbərlik planına görə, 50 minlik orduya 50 min əlavə qüvvə toplanır. Deməli, əlavə yük maşınları, “pikap”lar və digər vasitələr də lazımdır. Səfəbərlik müvəqqəti bir addımdır. Müharibə bitən kimi səfərbər olunan insanlar da, o cümlədən texnika da geri qaytarılır. Sovet dövründə kolxozların, idarələrin texnikası hərbi kommissaklıqlar vasitəsilə hərbi hissələrə təhkim olunmuşdu. 1-ci Qarabağ müharibəsi dövründə cəbhə zonasındakı “UAZ” markalı maşınları, yük maşınlarını idarə və təşkilatlardan, kolxozlardan səfərbər edib orduya vermişdilər. Bu gün Azərbaycanda bazar iqtisadiyyatıdır. Dövlət idarələri ilə yanaşı şəxsi maşınlar da var. Məntiqlə “pikap”ların səfərbər olunması doğrudur. Amma 1 məsələ var - belə nəqliyyat vasitələri alınanda sahiblərinə gömrük rüsumlarında, ölkəyə gətirilərkən daşınma xərclərində güzəştlər olunmalı idi və həmin nəqliyyat vasitələri sahiblərinin yaşadığı rayonlar üzrə qeydiyyata alınmalı idi. Belə tip nəqliyyat vasitəsini alan şəxs bilməli idi ki, səfərbərlik elan olunacağı təqdirdə maşını hansı hərbi kommissarlığa təhvil verməlidir. Söhbət bu halların vaxtında əhaliyə izah olunmamasından gedir".

Hərbi ekspert deyir ki, Azərbaycan dövlətinin bu tip nəqliyyat vasitələrinin alınması üçün kifayət qədər imkanı var: “Yarı hərbi, yarı mülki təyinatlı əşyalar var ki, hansıları ki, hərbi ehtiyaclar üçün səfərbərliyə ala bilərlər. Amma söhbət ondan gedir ki, bu halda ilk olaraq dövlət idarələrində, dövlətə məxsus yarıkommersiya müəssələrinin sərəncamında olan belə tip nəqliyyat vasitələri səfərbər olunmalı idi. Bu, daha məqsədəuyğun addım olardı. Vətəndaşlara məxsus bu tip nəqliyyat vasitələrinin səfərbərlik üçün alınması son zərurət olaraq nəzərdən keçirilməlidir”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...