“Onun meyitini kabinetin qarşısında tapdım...” - ADNA hadisələrindən 11 il ötür

17:07 30.04.2020 491
“Onun meyitini kabinetin qarşısında tapdım...” - ADNA hadisələrindən 11 il ötür
Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) baş verən terrordan 11 il ötür. 30 aprel 2009-cu ildə akademiyanın binasına daxil olan Gürcüstan vətəndaşı Fərda Qədirovun işçilərə və tələbələrə açdığı atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər yaralanıb.

Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən mühasirəyə alınan cinayətkar intihar edib. İstintaqın gedişində müəyyən edilib ki, hücumun sifarişçisi Gürcüstan vətəndaşı Mardun Qumaşyan olub. Daha sonra o, İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

Hücum qurbanları tələbələr, müəllimlər, təhsil ocağının mühafizəçisi, həmçinin yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın olub.

Terror hücumu qurbanlarının anım günündə Media.Az “İnterfaks Azərbaycan” xəbər agentliyinin baş direktoru və baş redaktoru, faciə qurbanlarından biri - Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) laboratoriyasının müdiri Tamilla Əzizovanın oğlu Anar Əzizovla söhbət edib.

“Anam kafedranın qapısında öldürüldü. Səs-küyə çölə çıxmasaydı, güllə yan keçərdi. Təəssüf...", - deyə A.Əzizov bildirib.

Onun sözlərinə görə, hər şey səhər tezdən başlayıb:

“Mən işdə idim, birdən eşitdik ki, ADNA-da atışma var və xarici tələbələr yaralanıb. Bütün bunların hansı korpusda baş verdiyi hələ məlum deyildi və nə olduğunu soruşmaq üçün anama zəng elədim. Amma telefonu həmkarı götürdü və qısa danışdı. Sadəcə, anamın yaralandığını dedi.

Əlbəttə ki, dərhal hadisə yerinə getdim. Bina polislər tərəfindən bağlanmışdı, çoxlu sayda təcili yardım maşınları var idi. Məni qohum kimi binaya buraxdılar. Anamın kafedrasının harada olduğunu bildiyim üçün beşinci mərtəbəyə qalxdım. Ancaq təəssüf ki, mən onu sağ görmədim”.

O qeyd edib ki, beşinci mərtəbədə daha iki nəfəri güllələnmiş görüb:

“O zaman hiss etdiklərimi sözlə ifadə etmək çox çətindir. Sonradan bildim ki, ilk güllə anam üçün ölümcül olub. Ölümündən bir müddət əvvəl 58 yaşı tamam olmuşdu. Çox aktiv insan idi, buna görə dəhlizdə eşidilən səs-küyə görə otaqdan çıxması təəccüblü deyil. Morqda olanda ADNA hadisəsindəki qurbanların sayını öyrəndim. O günü xatırlayanda həmin dəhşətli mənzərə gözümün önündə canlanır”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:03

İctimai Səhiyyə və İslahatlar Mərkəzində büdcəni kimlər xımır-xımır “sökür”? - TƏFƏRRÜAT

13:34

Adı `ASAN xidmət`dir, amma... - NARAZILIQ VAR...

13:03

Tanınmış iş adamı ilə bağlı İLGİNC İDDİALAR... - BU NƏDİ BELƏ?!

12:33

Prezident və Birinci vitse-prezident Xoşbəxt Yusifzadənin vida mərasiminə əklil göndəriblər

12:13

Yeni fırıldaq növü: Bu dəfə “m10” adından - TƏFƏRRÜAT

11:32

Qarabağda külləri sovrulan separatçı-terrorçu rejimin pul vəsaitləri haradadır?.. - HƏQİQƏTƏN DƏ...

11:04

Neft Kəmərlərinin Mühafizə Ərazisini KİMLƏR HƏRRACA QOYUB? - BU NƏDİ BELƏ?!

10:33

Yasamal MKTB Rəfail Mehralıyevin yeznəsinə 387 min manatlıq tender verdi - İLGİNC FAKT

10:08

Yevlaxda vətəndaş ÇƏTİN DURUMDA: İcra hakimiyyəti isə... - "Məcburuq ki..."

09:28

Yasamal icra hakimiyyətində DÜZ NƏSƏ VAR? - GİLEY

09:02

“Oğlum intihar edərsə, “Azəriqaz” rəhbərliyi məsuliyyət daşıyacaq” - Vətəndaş ÇARƏSİZ DURUMDA

08:30

Deputatın qardaşı QOÇULUQ EDİR... - BU DA FAKT!!!

19:28

Komitə Şuşada açılışı olmuş otelin tikintisinə icazə verməyi unudub? - FOTO

19:12

Vətəndaş gömrük işçilərinə belə ETİRAZ ETDİ... - GİLEY

18:43

“Kristal Abşeron” vətəndaşa QARŞI

18:26

“Bakı Metropoliteni" Abid Şərifovun şirkətinə 31 milyonluq tender verdi - AXI NİYƏ?

18:12

İlham Əliyev yol tikintisinə 15,8 milyon ayırdı

14:40

İpoteka mexanizmi səmərəsizdir - HƏQİQƏTƏN DƏ...

14:23

Arutyunyan Azərbaycanda saxlanıldı – Erməni mənbələr

14:01

Rabitəbankın Marketinq departamentində nə baş verir? - İLGİNC FAKTLAR

13:33

'Flora Holland' özünü Hollandiyada HİSS EDİR? - AXI NİYƏ?

13:10

Qardaşına “ölüm kağızı” alıb, ata evini satdı… - BU NƏDİ BELƏ?!

12:49

YAP Nizami Rayon Təşkilatının binası ilə bağlı görünməmiş fırıldaq - İLGİNC İDDİALAR...

12:20

Qubada camaatı dinləyən yoxdur... - "Kəndə baxan yoxdur..."

12:03

"30 ildir ki, mənzil növbəm gəlib çatmır" - NARAZILIQ VAR...

11:07

"TikTok" hesabını oğurlayaraq yaxınlarından pul yığdı - TƏFƏRRÜAT

10:50

“Badi-Kübə” MTK-nın cəzadan yayınmış sahibi... - BU NECƏ OLUR?..

10:22

17 ailənin həyatı TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT

09:57

Tanınmış şirkətin sürücüləri işə çıxmaqdan imtina edib - NARAZILIQ VAR...

09:38

Lerik meşələrinə qənim çıxan Mirzəyev qardaşlarına oktyabrın 3-də hökm oxunacaq - DETALLAR

09:08

1992-ci ildən növbədə olsa da, hələ də ev ala bilmir - Prezidentə müraaciət olundu

08:24

Rəisin yerinə əmr çıxarıb icra edən polis komandiri

07:50

NDU- da SAQQAL QADAĞASI... - BU NƏDİ BELƏ?

18:06

Mark Zukerberq döyüldü