Həkim Famil Mustafayev: “Simptomsuz koronavirus ağciyərləri məhv edə bilər” - MÜSAHİBƏ

23:11 24.04.2020 627
Həkim Famil Mustafayev: “Simptomsuz koronavirus ağciyərləri məhv edə bilər” - MÜSAHİBƏ
Bu gün əsas iş hər gün koronavirus xəstələrinin həyatı üçün mübarizə aparan ağ xalatlıların öhdəsinə düşür.

Media.Az xüsusi rejimli xəstəxanalardan birində işləyən anestezioloq-reanimatoloq Famil Mustafayevlə söhbət edib.

- Xüsusi rejimli xəstəxanada nə qədər işlədiniz?

- İki həftə. Aprelin 15-də xəstəxanada işimi bitirdim, indi iki həftəlik karantindəyəm. Bir gün əvvəl ilk testi etdilər (karantindən bir həftə sonra). İkincisini isə ikinci həftənin sonunda edəcəklər. Hər iki test mənfi nəticə versə, evə qayıda bilərəm. Həm iş dövründə, həm də ondan sonra qohum və tanışlarla görüşmək tövsiyə edilmir. Bütün bu müddət ərzində həkimlər virusa yoluxma ehtimalına görə, heç kimə yoluxdurmamaq üçün hotellərdə yaşayırlar.

- İşlədiyiniz müddətdə xəstəxanaya çox xəstə qəbul edilib?

- Bəli. Xəstələrin çox olduğu dövr idi. İşlədiyim xəstəxanada COVID-19 təsdiqlənmiş 180-ə yaxın xəstə var idi.

- Xəstələr əsasən hansı yaş kateqoriyasına aid idilər?

- Bilirsinizmi, bu, tamamilə fərqlidir. Məsələn, virusa yoluxanlar arasında üç azyaşlı uşaq var idi, lakin xəstələrin çoxu 60-65 yaş arasında olanlardır.

- Kişilərin qadınlara nisbətən daha çox koronavirusa yoluxduğu güman edilir. Azərbaycanda necədir?

- Bu xəstəliyi cinsə və hətta yaşa görə təyin etməzdim. Burada sağlamlığın ümumi vəziyyəti və xroniki xəstəliklərin olması mühüm rol oynayır. Yaşlılarla yanaşı, risk altında olanlar məhz bu kateqoriyalı vətəndaşlardır.

- Xəstələrin paylanması prosesi necə gedir?

- Bir qayda olaraq, insanların təxminən 80%-i xəstəliyi ayaq üstə keçirir. 15%-i vəziyyəti orta ağır qiymətləndirilənlərdir, onlar intensiv terapiya şöbəsində müalicə olunurlar. Ağır vəziyyətdə olan isə xəstələrin ümumi sayının 5%-ni təşkil edir və dərhal reanimasiyaya göndərilirlər, bəziləri süni tənəffüs aparatına qoşulur. Qeyd etmək istəyirəm ki, xüsusi rejimli bütün xəstəxanalar zəruri tibbi avadanlıq, dərman və qoruyucu vasitələrlə təchiz edilib.

- Xəstəliyin əsas simptomları hansılardır?

- Xəstəliyin əsas əlamətləri qızdırma, şiddətli öskürək və tənəffüs çatışmazlığıdır. Eyni zamanda, ikinci dərəcəli əlamətlər var: zəiflik, başağrısı, ishal. Kimdəsə bu simptomlar varsa, dərhal həkimə müraciət etməlidir. COVID-19-un sadə bir virus olmadığını anlamaq lazımdır, o, ciyərləri simptomsuz məhv edə bilməsi ilə fərqlənir. Tənəffüs çatışmazlığı hiss etdiyiniz zaman çox gec olacaq. Ən yaxşı halda ömür boyu əlil qalacaqsınız.

- Sizcə Azərbaycanda epidemiya artıq azalmağa başlayıb?

- Son günlər açıq şəkildə görürük ki, yoluxanların sayı azalır, müalicə olunanların sayı artır. Bu, çox yaxşı göstəricidir. Ancaq infeksiyanın yayılması davam etdiyi üçün epidemiyanın qurtardığını deyə bilmərik.

- Bəs pandemiya nə vaxt bitəcək? Əvvəl yayda başa çatacağı deyilirdi.

- Yayda çətin ki, bitsin. Ancaq düşünürəm ki, isti hava virusu zəiflədir. Dünyada mütəxəssislər də belə düşünür. Mütləq əminliklə bunu təsdiqləmək mümkün deyil, çünki bu virus hələ tam öyrənilməyib.

- Mayın 4-də Azərbaycan karantin rejimindən çıxmalıdır. Bu, xəstəliyin ikinci dalğasının başlamasına səbəb ola bilərmi?

- Mən belə düşünmürəm. Lakin karantin rejimi ləğv olunsa belə, vətəndaşlar təhlükəsizlik tədbirlərinə riayət etməyə borcludurlar. Sosial məsafəni qorumaq, insanların çox olduğu yerlərə getməmək və gigiyena qaydalarına əməl etmək lazımdır. Bütün bunlara riayət edilərsə, epidemiyanın ikinci dalğası olmayacaq. Deyə bilərəm ki, birinci mərhələnin öhdəsindən kifayət qədər yaxşı gəldik, çünki dövlət vaxtında lazımi profilaktik tədbirləri gördü.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:05

Kəndlərdə 10 manata görə itirilən milyonlar - AXI NİYƏ?

14:35

Göyçay şəhərində "Qarabağ qazisi" adı altında avtoxuliqanlıq edən şəxslər var - NARAZILIQ VAR...

14:03

İctimai Səhiyyə və İslahatlar Mərkəzində büdcəni kimlər xımır-xımır “sökür”? - TƏFƏRRÜAT

13:34

Adı `ASAN xidmət`dir, amma... - NARAZILIQ VAR...

13:03

Tanınmış iş adamı ilə bağlı İLGİNC İDDİALAR... - BU NƏDİ BELƏ?!

12:33

Prezident və Birinci vitse-prezident Xoşbəxt Yusifzadənin vida mərasiminə əklil göndəriblər

12:13

Yeni fırıldaq növü: Bu dəfə “m10” adından - TƏFƏRRÜAT

11:32

Qarabağda külləri sovrulan separatçı-terrorçu rejimin pul vəsaitləri haradadır?.. - HƏQİQƏTƏN DƏ...

11:04

Neft Kəmərlərinin Mühafizə Ərazisini KİMLƏR HƏRRACA QOYUB? - BU NƏDİ BELƏ?!

10:33

Yasamal MKTB Rəfail Mehralıyevin yeznəsinə 387 min manatlıq tender verdi - İLGİNC FAKT

10:08

Yevlaxda vətəndaş ÇƏTİN DURUMDA: İcra hakimiyyəti isə... - "Məcburuq ki..."

09:28

Yasamal icra hakimiyyətində DÜZ NƏSƏ VAR? - GİLEY

09:02

“Oğlum intihar edərsə, “Azəriqaz” rəhbərliyi məsuliyyət daşıyacaq” - Vətəndaş ÇARƏSİZ DURUMDA

08:30

Deputatın qardaşı QOÇULUQ EDİR... - BU DA FAKT!!!

19:28

Komitə Şuşada açılışı olmuş otelin tikintisinə icazə verməyi unudub? - FOTO

19:12

Vətəndaş gömrük işçilərinə belə ETİRAZ ETDİ... - GİLEY

18:43

“Kristal Abşeron” vətəndaşa QARŞI

18:26

“Bakı Metropoliteni" Abid Şərifovun şirkətinə 31 milyonluq tender verdi - AXI NİYƏ?

18:12

İlham Əliyev yol tikintisinə 15,8 milyon ayırdı

14:40

İpoteka mexanizmi səmərəsizdir - HƏQİQƏTƏN DƏ...

14:23

Arutyunyan Azərbaycanda saxlanıldı – Erməni mənbələr

14:01

Rabitəbankın Marketinq departamentində nə baş verir? - İLGİNC FAKTLAR

13:33

'Flora Holland' özünü Hollandiyada HİSS EDİR? - AXI NİYƏ?

13:10

Qardaşına “ölüm kağızı” alıb, ata evini satdı… - BU NƏDİ BELƏ?!

12:49

YAP Nizami Rayon Təşkilatının binası ilə bağlı görünməmiş fırıldaq - İLGİNC İDDİALAR...

12:20

Qubada camaatı dinləyən yoxdur... - "Kəndə baxan yoxdur..."

12:03

"30 ildir ki, mənzil növbəm gəlib çatmır" - NARAZILIQ VAR...

11:07

"TikTok" hesabını oğurlayaraq yaxınlarından pul yığdı - TƏFƏRRÜAT

10:50

“Badi-Kübə” MTK-nın cəzadan yayınmış sahibi... - BU NECƏ OLUR?..

10:22

17 ailənin həyatı TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT

09:57

Tanınmış şirkətin sürücüləri işə çıxmaqdan imtina edib - NARAZILIQ VAR...

09:38

Lerik meşələrinə qənim çıxan Mirzəyev qardaşlarına oktyabrın 3-də hökm oxunacaq - DETALLAR

09:08

1992-ci ildən növbədə olsa da, hələ də ev ala bilmir - Prezidentə müraaciət olundu

08:24

Rəisin yerinə əmr çıxarıb icra edən polis komandiri