Qara Qarayev: “Maaşımı azaltmaq istəsələr, bununla razılaşacağam” - MÜSAHİBƏ

22:07 21.04.2020 535
Qara Qarayev: “Maaşımı azaltmaq istəsələr, bununla razılaşacağam” - MÜSAHİBƏ
Milli komandamızın və “Qarabağ” klubunun futbolçusu Qara Qarayev Oxu.Az saytına müsahibə verib:

– Koronavirusa görə Azərbaycan futbolsuz qalıb. Futboldan ötrü darıxmırsınız, yoxsa ailə ilə birgə olmaq bunu unutdurur?

– 13-14 yaşımdan futbol oynayıram. Heç vaxt belə halla rastlaşmamışam. Dünya futbolunda heç vaxt bu qədər uzun müddətli fasilə olmayıb. Futbol həyatımızın ən önəmli hissəsinə, yaşayış tərzimizə çevrilib. Qalib olanda günümüz xoş, məğlub olanda pis keçirdi. Futbolun həyatımızdakı rolu çox vacibdir.

Ailə ilə futbolu bir tutmaq istəmirəm. Çünki hərəsinin öz yeri var. Futbol oldu-olmadı, biz ailəmizin yanında olmalıyıq. Ailəmizlə vaxt keçirmək bizim üçün ən xoş günlərdən biridir. Ancaq bizi ikisinin də paralel şəkildə olması sevindirə bilər. Tezliklə bu problem həll olunar və biz də idmana geri qayıdarıq.

– Aydın məsələdir ki, ev şəraitində edilən idman komanda ilə edilənin yerini vermir. Hazırda çəkiniz nə qədərdir?

– Karantin müddətində artıq çəki almamışam. Ola bilsin ki, maksimum bu, 500 qram olsun. Çünki yeməyimə, evdəki rejimimə diqqət yetirirəm. Artıq çəki almağımız sonradan bizə ciddi problem yarada bilər. Bir daha qeyd edirəm ki, çəki ilə bağlı heç bir problemim yoxdur. Evdə qidalanmağıma xüsusi fikir verirəm. Hər şey qaydasındadır. Ona görə də çəkimi azaltmaqla bağlı dərdim yoxdur.

– Dünya futbolunda klublar oyunçuların maaşlarını azaltmağı təklif edirlər. Sizin klubda bu barədə futbolçularla söhbət olub? Bu məsələyə münasibətiniz necədir?

– Klub daha əvvəl bizə çox kömək edib. Nümunə olaraq demək istəyirəm ki, 2015-ci ildə ilk devalvasiya olanda klubumuz futbolçuların maaşlarına dəyməmişdi. Halbuki digər klublar bununla bağlı ciddi islahatlar aparmış, oyunçularının maaşını azaltmışdı. Bizdə isə devalvasiyanın kluba vurduğu maddi zərərə baxmayaraq, futbolçuların maaşında dəyişiklik edilməmişdi.

Sözsüz, biz də istəyirik ki, klubumuzda nəticə qazanılması üçün maliyyə baxımından sabitlik olsun. İndiki vəziyyətdə baş məşqçi və klub prezidentinin maaşların azaldılması ilə bağlı təklifi olarsa, düşünürəm ki, “Qarabağ” futbolçuları bununla razılaşacaq. İnşallah, klubumuz bu mərhələdən zərərli çıxmaz. Çünki onların zərərli çıxması biz oyunçulara da təsir göstərə bilər. Şəxsən mən əlimdən gələni edəcəyəm ki, klub mənə görə ziyana düşməsin. Yəqin ki, çempionat bərpa olunandan sonra bu barədə danışıqlar olacaq.

– Bu sualı çox idmançıya vermişəm. Karantin dövründə gündəlik olaraq evdə nə işlə məşğul olursunuz?

– Hər gün evdə idman edirəm. Bundan başqa, janrından asılı olmayaraq, kitab oxuyuram. Bu, həm karantin dövründə vaxtımı aparır, həm də məni maarifləndirir. İngilis və rus dili biliklərimi artırmağa çalışıram. Filmlər izləyirəm. Özünütəcrid qaydalarına riayət edirəm. Çalışıram ki, insanlarla görüşməyim. Onlayn formada bəzi dostlarımla danışıram. “Play Station” oynayıram. Yəni, evdə o qədər işim var ki, bəzən onların hamısını görməyə vaxtım çatmır. Bu müddəti pozitiv adlamağa çalışıram.

– Aprelin 9-da talassemiyadan əziyyət çəkən uşaqlara qan verdiniz. Talassemiyalı uşaqların qan qıtlığından əziyyət çəkməsi barədə xəbəri haradan öyrəndiniz?

– Ümumiyyətlə, bu barədə heç harda xəbər yox idi. Sonra “Qan Bankı”ndan bizə müraciət oldu. Dostumun təşəbbüsü ilə bu aksiyaya sevə-sevə qoşuldum. İstədim ki, qoşulmaqla bərabər digər idmançılara da çağırış edim. Düşünürəm ki, bu çağırışım uğurlu alındı. Bundan sonra da belə aksiyalarda iştirak edəcəyəm.

– “Instagram”da 50 865 izləyiciniz var. Bu göstərici ilə Azərbaycanda ən çox izlənilən futbolçusunuz. Sosial şəbəkələr hər hansı aksiyaya çağırış etməkdə imdadınıza çatır?

– Bəli. “Instagram”dakı izləyicilərim bu baxımdan fəaldır. İstər futbolla, istərsə də sosial mövzuda çağırışlarımıza qoşulurlar. Hətta bəziləri bunu öz səhifələrində paylaşırlar. Çox insan keçirmək istədiyimiz aksiyalardan xəbər tutur. Düşünürəm ki, “Instagram” çox faydalıdır. Sizin sayt vasitəsilə də bütün izləyicilərimə təşəkkür edirəm.

– Sizin gizli şəkildə sosial yardım kampaniyalarında iştirak etdiyinizi bilirik. Ona görə bu sualı sizə verəcəyəm. İndi insanlara maddi yardım edənlərin sayı çoxalıb. Bunu videoya çəkib sosial şəbəkələrdə paylaşanlar da var. Belə hallara necə yanaşırsınız?

– Hər kəs maddi yardım kampaniyasına fərqli yanaşır, etdiyi hərəkətin doğru olduğuna inanır. Burada əsas məsələ yardımlaşmaq, paylaşmaqdır. Nəinki xüsusi karantin günlərində, adi günlərdə də ehtiyacı olan insanlara yardım paylamaq lazımdır. Yardımlaşmasını videoya çəkəndən də, bunu gizli şəkildə edəndən də Allah razı olsun! Çünki onlar belə çətin dövrdə insanları düşünür, qonşularının, qohumlarının və ya heç tanımadığı aztəminatlı ailələrin qayğısına qalırlar.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:03

Tanınmış iş adamı ilə bağlı İLGİNC İDDİALAR... - BU NƏDİ BELƏ?!

12:33

Prezident və Birinci vitse-prezident Xoşbəxt Yusifzadənin vida mərasiminə əklil göndəriblər

12:13

Yeni fırıldaq növü: Bu dəfə “m10” adından - TƏFƏRRÜAT

11:32

Qarabağda külləri sovrulan separatçı-terrorçu rejimin pul vəsaitləri haradadır?.. - HƏQİQƏTƏN DƏ...

11:04

Neft Kəmərlərinin Mühafizə Ərazisini KİMLƏR HƏRRACA QOYUB? - BU NƏDİ BELƏ?!

10:33

Yasamal MKTB Rəfail Mehralıyevin yeznəsinə 387 min manatlıq tender verdi - İLGİNC FAKT

10:08

Yevlaxda vətəndaş ÇƏTİN DURUMDA: İcra hakimiyyəti isə... - "Məcburuq ki..."

09:28

Yasamal icra hakimiyyətində DÜZ NƏSƏ VAR? - GİLEY

09:02

“Oğlum intihar edərsə, “Azəriqaz” rəhbərliyi məsuliyyət daşıyacaq” - Vətəndaş ÇARƏSİZ DURUMDA

08:30

Deputatın qardaşı QOÇULUQ EDİR... - BU DA FAKT!!!

19:28

Komitə Şuşada açılışı olmuş otelin tikintisinə icazə verməyi unudub? - FOTO

19:12

Vətəndaş gömrük işçilərinə belə ETİRAZ ETDİ... - GİLEY

18:43

“Kristal Abşeron” vətəndaşa QARŞI

18:26

“Bakı Metropoliteni" Abid Şərifovun şirkətinə 31 milyonluq tender verdi - AXI NİYƏ?

18:12

İlham Əliyev yol tikintisinə 15,8 milyon ayırdı

14:40

İpoteka mexanizmi səmərəsizdir - HƏQİQƏTƏN DƏ...

14:23

Arutyunyan Azərbaycanda saxlanıldı – Erməni mənbələr

14:01

Rabitəbankın Marketinq departamentində nə baş verir? - İLGİNC FAKTLAR

13:33

'Flora Holland' özünü Hollandiyada HİSS EDİR? - AXI NİYƏ?

13:10

Qardaşına “ölüm kağızı” alıb, ata evini satdı… - BU NƏDİ BELƏ?!

12:49

YAP Nizami Rayon Təşkilatının binası ilə bağlı görünməmiş fırıldaq - İLGİNC İDDİALAR...

12:20

Qubada camaatı dinləyən yoxdur... - "Kəndə baxan yoxdur..."

12:03

"30 ildir ki, mənzil növbəm gəlib çatmır" - NARAZILIQ VAR...

11:07

"TikTok" hesabını oğurlayaraq yaxınlarından pul yığdı - TƏFƏRRÜAT

10:50

“Badi-Kübə” MTK-nın cəzadan yayınmış sahibi... - BU NECƏ OLUR?..

10:22

17 ailənin həyatı TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT

09:57

Tanınmış şirkətin sürücüləri işə çıxmaqdan imtina edib - NARAZILIQ VAR...

09:38

Lerik meşələrinə qənim çıxan Mirzəyev qardaşlarına oktyabrın 3-də hökm oxunacaq - DETALLAR

09:08

1992-ci ildən növbədə olsa da, hələ də ev ala bilmir - Prezidentə müraaciət olundu

08:24

Rəisin yerinə əmr çıxarıb icra edən polis komandiri

07:50

NDU- da SAQQAL QADAĞASI... - BU NƏDİ BELƏ?

18:06

Mark Zukerberq döyüldü

17:44

Hindistan aviaşirkəti ətirdən istifadəni qadağan edəcək

17:27

Fərhad Babayev vəfat etdi