[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Niyazi Bayramov Gəncəni NECƏ XARABA QOYUR... - VİDEOFAKT


Gəncə şəhərində ərazisində “Qanunsuz küçə ticarəti”nin qarşısının alınması məqsədilə hansısa nəzarət-profilaktiki tədbirlər keçirilirmi?
Gəncə şəhərinin giriş-çıxışları ,mərkəzi küçə və prospektlərində piyada səkiləri işbazlar tərəfindən zəbt edilməsini hər gün müşahidə edirik.Amma nədənsə müvafiq orqanlar eləcədə icra hakimiyyətinin bu sahəyə məsul olan şəxsləri bu haqda heç bir tədbir görmürlər. Şəhərdə İctimai asayişin qorunmasında bir başa məsul olan polisin paturul naryadları hara baxır? Bəlkə polis səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlayıb onlara İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib etməyi öyrətmək lazımdır?

Gəncə şəhərinin giriş hissəsində nəqliyatın hər iki tərəfdən hərəkətini məhdudlaşdıran “daş bazarı”da yaradıblar.
Redaksiyamıza videofakt göndərən şəxs iddia edir ki, bu daş yüklü kamazlar hər gün post paturul xidmətinə dayanma-durmaya görə 3 -5 manat pul ödəyirlər.
Redaksiya olaraq inaırıq ki, Gəncəni auşuna alan “Qanunsuz küçə ticarəti”inə dur demənin tam zamnı çatıbdır.
Həm də onu qeyd edəki, Gəncə Beynəlxalq Avtovağzalının girişində post paturul Xidməti özünə “gestapo” postu qoymaqla vağzalın fəaliyyətini tam iflic edib desək yanılmayın.Bəli bu əslində belədir.
Bu avtovağzaldan sərnişinlə çıxan sürücülər də gündəlik haqqa otuzdurulduğu bildirilir.Bəlkə vəzifəli məmurlar bilmirlər ki, bu cür hərəkətlər sərgiləmək bir başa vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə digər cinayətlərə sövq edilməsi deməkdir?
Gəncənin daş bazarı və küçə ticarətini əks etdirən videosüjeti təqdim edirik:

Dünyanınsəsi.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın maddi-mədəniyyət nümunələri ölkədən necə çıxarılıb? - İTTİHAM VAR!

“2021-ci ildə Naxçıvan Muxtar Respublikasının (MR) Mədəniyyət Nazirliyində aparılan yoxlamalar nəticəsində nazirliyin bir nəfər işçisinin (xadimə) adı işdə olsa da, nazir Natəvan Qədimovanın evində qulluqçu kimi işləməsi və əmək haqqının da dövlət büdcəsindən ödənildiyi aşkarlanmışdır. Bu da o deməkdir ki, "xanım nazir" öz səlahiyyətlərindən istifadə edərək nazirliyin işçilərini evində belə qul kimi işlədirdi”.

Bu barədə “Hürriyyət”ə Naxçıvan MR-dəki mənbə tərəfindən informasiya verilib.

Məlumata əsasən, N.Qədimova hər zaman vəzifəsindən sui-istifadə edərək dövlət əmlakını, dövlət mülkiyyətində olan avadanlıqları belə “dədəsinin malı” kimi istifadə edib: “Bununla kifayətlənməyərək, maddi-mədəniyyət nümunələrinin ölkədən çıxarılmasına razılıq verib və müəyyən rüşvət qarşılığında İrana satıb!

Bu, çox vacib məsələdir. Deməli, 2021-ci ilin yanvar-fevral aylarında aparılan yoxlamamlar zamanı 1950-ci illərə aid bir ədəd “Petrof” markalı fortepianonun ölkədən çıxarılaraq İrana keçirildiyi aşkarlanıb. İşin əsli belədir. Sözügedən foretepiano qeyd olunan illərə aiddir və yarım əsrdən çox yaşı olan hər hansı bir musiqi aləti antika sayılmaqla yanaşı, maddi-mədəniyyət nümunəsi sayılır. Bunun da ölkədən çıxışına icazə verilmir.

Həmin musiqi alətinin 2016-cı ildə Bakıdan alınaraq İrana aparılması planlaşdırılır, lakin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən razılıq məktubu olmadığı üçün Gömrük məntəqəsindən buraxılmır və bunun qarşısı alındığından sahibkar başqa yola əl atır.

Belə ki, tez Naxçıvanla əlaqə saxlayır və Naxçıvan MR Mədəniyyət Nazirliyindən razılıq almağa çalışır. Bu vaxt aləti İrana deyil, İran yolu ilə Naxçıvana - öz evlərinə apardıqlarını bildirilər. Bu zaman gömrükdə sıxıntı yaşanmır. Musiqi aləti Naxçıvana gəlir və təcili olaraq Mədəniyyət naziri ilə əlaqə saxlanılır ki, onlara razılıq verilsin. Əlbəttə ki, Allah rızası üçün yox, rüşvət qarşılığında. Nazir xanım da bunun qeyri-qanuni olduğunu bilməsinə baxmayaraq, əldə edəcəyi pulları düşünə-düşünə razılıq verir. Beləliklə, Azərbaycanın daha bir mədəniyyət nümunəsi ölkədən çıxarılır”.

Görəsən, bu fortepianonun dəyəri nə qədər idi ki, onu İrana aparmaq üçün Bakıdan Naxçıvana - İran yolu ilə gətirib, yenidən İrana aparıblar? Və yaxud Maliyyə Nazirliyi bu məsələni aşkara çıxarandan sonra hansı güclər N.Qədimovanın arxasında dayandı ki, məsələ ört-basdır edildi?

“Məlumatın dəqiqliyi üçün nazirliyin kollegial qərarlarına baxış keçirilsə, təkcə bir musiqi aləti yox, onlarla belə alətin, mədəniyyət nümunələrinin, muzey eksponatlarının taleyinin necə olduğunu öyrənmək olar”, - deyə mənbə bildirir.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəlvə kəndində RÜŞVƏT MƏSƏLƏSİ... - İTTİHAM VAR!

Tezadlar.az saytına Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın rayon Şəlvə kənd 7 illik uşaq musiqi məktəbinin müəllim kollektivi adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, surəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, surəti Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbova ünvanlanmış şikayət ərizəsi daxil olub.
Şəlvə kəndində RÜŞVƏT MƏSƏLƏSİ... - İTTİHAM VAR!

Məktəbin 30-dək müəllimi direktor Azər Əliyevdən narazıdır. Məktəbin müəllimləri iddia edirlər ki, direktor Azər Əliyev onların dərs saatını qəsdən azaldır. Buna etiraz edən müəllimlər isə təzyiqlə üzləşirlər. Şikayətçi müəllimlər məktəbdə baş verən qanun pozuntularının aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsini xahiş edirlər. Bildirirlər ki, son bir neçə ildə məktəbdə qəsdən yaradılan süni əngəllər müəllim kollektivinin normal iş prosesinə və tədrisin keyfiyyətinə ciddi təsir göstərir: "Dərs saatları məktəbdə heç bir fəaliyyəti olmayan, hətta aylarla məktəbə gəlməyən bəzi adamların adına sənədləşdirilərək mənimsəmə hallarına yol verilir. Ən vacib dərs saatları ixtisaslarına uyğun olmayan və bu sahədə heç bir təcrübəsi, biliyi, bacarığı olmayan müəllimlərə verilərək qəsdən tədris prosesi pozulur, məktəbdə normal fəaliyyət göstərmək istəyən müəllimlər sıxışdırılır, məqsədli şəkildə dərs prosesinin pozulmasına şərait yaradılır. Sonra isə həmin müəllimlərdən tədrisin keyfiyyəti, şagirdlərin sayı və s. tələb olunaraq müxtəlif bəhanələrlə onların əmək haqlarının müəyyən qismi rəhbərlik tərəfindən rüşvət şəklində alınır.
Şəlvə kəndində RÜŞVƏT MƏSƏLƏSİ... - İTTİHAM VAR!

Məsələn, "Xanəndə" sinfinə müşayiət müəllimi kimi fo-no "Klarnet" müəllimi, "Nağara" sinfinə isə "Tar" müəllimi müşayiətçi təyin edilir. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, məktəbin direktoru Azər Əliyev bu qanunsuzluğun aradan qaldırılıması üçün heç bir tədbir görmür, əksinə, haqlı tələblər irəli sürən və keyfiyyətli tədrislə məşğul olmaq istəyən müəllimlərə addımbaşı maneələr yaratmaqla günü-gündən tədrisin keyfiyyətini aşağı salmaqda davam edir. Demək olar ki, məktəbimizdə ciddi şəkildə qanun pozuntuları və korrupsiya halları mövcuddur. Direktor Azər Əliyev müəllimlərdən hər ay əmək haqlarının 10 faizini tələb edir və alır.

Məktəbin müəllim kollektivi Azər Əliyevə faiz verməmək barədə qəti qərar qəbul etsələr də, heç bir nəticəsi olmayıb. Azər Əliyev bu tələbin ona "yuxarıdan" edildiyini deyərək məktəbdə pul yığmaqda davam edir. Azər Əliyev dərs bölgüsü zamanı saatların azaldılmaması üçün guya "yuxarılara" pul verdiyini deyərək müəllimlərdən rüşvət alır. Məktəbə şagird qəbulu zamanı istedadlı uşaqlara meneələr yaradılır, əvəzində, istedadsız uşaqların adları qəbul siyahısına salınır. Həmin uşaqlar məktəbə gəlmədiyi və onlara dərslər tədris edilmədiyi halda həmin saatların pulu Azər Əliyev tərəfindən mənimsənilir. Azər Əliyevin qanunsuz əməllərinə etiraz edən müəllimlərə qarşı çox ciddi şəkildə süni maneələr yaradılır və normal tədrislə məşğul olmalarının qarşısı alınır. Hətta həmin müəllimlərin şagirdlərinin şəxsi işləri, müəllimlərin dərs vəsaitləri qəsdən yararsız hala salınır, oğurlanır və müəllimlər təcili həmin sənədləri təkrar yazılıb yerinə qoymasa dərs saatlarının azaldılacağı ilə təhdid edilirlər. Yuxarıda qeyd etdiyimiz qanun pozuntuları məktəbdə baş verənlərin çox cüzi hissəsidir.

Xahiş edirik, məktəbimizdə yoxlama aparılsın, o zaman rüşvət və korrupsiya hallarının, qanun pozuntularının baş verdiyinin şahidi olacaqsınız.

Əvvəlcədən sizə minnətdarlığımızı bildiririk".

Məsələ ilə bağlı direktor Azər Əliyevin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Bu səbəbdən onun da fikrini öyrənməyə çalışacağıq. //Tezadlar.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda minimum aylıq əməkhaqqı ARTIRILDI


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılması, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Nazirlər Kabineti, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən Fərhad Bədəlbəyli ilə bağlı - Sərəncam


Prezident İlham Əliyev Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fərhad Şəmsi oğlu Bədəlbəyli “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah Fərhad Bədəlbəylinin 75 yaşı tamam olur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Şəfiqə Məmmədova seçki olmadan özünü sədr elan edib” - Şeyx Əbdüldən ağır ittiham

Bir neçə gün öncə Xalq artisti Şəfiqə Məmmədovanın yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri seçilməsi ilə bağlı mətbuatda xəbərlər yayılmışdı.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu xəbərdən sonra ARKİ üzvləri arasında gərginlik yaşanıb.

Məlum olub ki, Şəfiqə Məmmədovanın sədr seçildiyi gün ARKİ-nin hər hansı qurultayı baş tutmayıb. Bu səbəbdən də ARKİ üzvləri Xalq artistinin özü-özünü sədr elan etdiyini bildiriblər.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Xalq artisti Şeyx Əbdül Mahmudovbəyov “Qafqazinfo”ya açıqlama verib.

O, məsələdən hiddətləndiyini qeyd edib:

“Biz qurultayın keçirilməsini gözləyirdik. Çünki sədr seçki yolu ilə qurultayda seçilir. Bunun üçün bütün kino ittifaqının nümayəndələri yığılır, bülletenlər paylanılır, sonra sədrin hesabatı dinlənilir və nəhayət sonuncu mərhələdə seçkilər keçirilir. Həmçinin, qurultay üzvləri sədrin hesabatına münasibət də bildirməlidilər.
Ətraflı

Mənə dünən dedilər, qurultay olub və Şəfiqə Məmmədova sədr seçilib. Cavab olaraq bildirdim ki, bu hadisədən mənim xəbərim yoxdur.

Dünyanın hər yerində kino ittifaqlarının sədri kino rejissoru olur. Çünki bu, rejissor sənətidir. Aktyor isə gəlib çəkilir və gedir, onun yeri teatrdır. Aktyor necə ittifaqa rəhbərlik edə bilər ki?

Şəfiqə Məmmədova ilin sonunda hesabat adı ilə İdarə Heyətini çağırıb, seçki edərək özünü sədr seçdirib. Həmçinin, mətbuat xidməti idarəsinin xəbəri olmadan mediaya deyib ki, qurultay keçirildi və mən sədr seçildim. Hansı qurultay? Harada keçirildi?

İclasda idarə heyətindən 8-10 nəfər iştirak edib. Lakin burada ittifaqa daxil olan ən sadə üzvdən rəhbər heyətə qədər hamı iştirak etməli idi. Həmçinin, qurultayda sədr seçmək üçün bir neçə namizəd olmalıdır. Nə qurultay baş tutub, nə də Şəfiqə Məmmədovaya alternativ namizəd olub. Şəfiqə xanım da deyib ki, Şeyx gəlsə, aləmi qatar bir-birinə, kinoya xidmət edən və ittifaqın yadacısı olanlardan biri mənəm. 50 ildir ki, bu sahədəyəm, Şəfiqənin o zaman harada olduğunu heç kim bilmir. Şəfiqə Məmmədova hazırda bilmir ki, ittifaqda kim nə ilə məşğuldur. Mən 10 ildir ki, kinoda yoxam, onun isə bu sahəyə heç bir aidiyyatı yoxdur”.

O, əlavə edib ki, bu yalançı qurultaydı və dövlətin adından istifadədir:

“Şəfiqə Məmmədova dövlətin adı ilə yalandan alver edib və katiblərin hesabat məruzəsini dinləyib. Həmçinin, onu qurultay kimi təqdim edərək mətbuata da informasiya verib ki, guya yekdilliklə sədr seçilib. Bu, yalandır, belə bir qurultay və seçki olmayıb. Bu, çox gülməli vəziyyətdir. 10 ildir ki, qurulay keçirilmir, amma onun 5 ildən bir keçirilməsi lazımdır. Dövlət buraya pul ayırıb.

Şəfiqə Məmmədovanın 80 yaşı var, onun sədr kimi orada nə işi var? Bu ittifaq heç nəyi həll etmir. İttifaq 2-3 nəfərin şəxsi butqası və sexinə çevrilib. Onlar da öz qohumlarını oraya yığıblar. Orada nə işlə məşğuldurlar, heç kim bilmir. Dövlət ittifaqa o qədər pul ayırır, lakin kinonun özünə pul ayırmaq lazımdır. O puldan səmərəli istiafadə edərək yaxşı filmlər çəkmək olar”.

“Qafqazinfo”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vətəndaş: Belə zülm, belə ölkə olar? - ETİRAZ


Firəngiz Quliyeva deyir, nəvəsi Ağasadıx Novruzovun əlillik təqaüdü kəsilib. Onun əlillik təqaüdünü isə bərpa edə bilmir. Şikayət edəcəyini dedikdə isə təhdid olunduğunu bildirir.

Firəngiz Quliyeva aidiyyatı qurumlara etdiyi müraciətlərin cavabsız qaldığını bildirir. O deyir ki, nəvəsinin təqaüdünün kəsilməsi sosial durumlarını da ağırlaşdırır.

ƏƏSMN-dən isə Toplum TV-nin sorğusuna cavab olaraq bildirilib ki, Ağasadıx Bağırovun tibb müəssisəsində aldığı müalicə müddəti yetərli deyil. Həmçinin, onun ekspertiza üçün əhəmiyyətli göstəriciləri tam deyil.

Toplum TV
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mədəniyyət nazirini o əvəz edəcək - SƏRƏNCAM


Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçsının digər sərəncamı ilə Adil Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin olunub.

Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Adil Qabil oğlu Kərimliyə həvalə edilib.

XƏBƏR LENTİ

10:11

Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

10:03

Hərbi xidmətə növbəti çağırış BAŞLADI

09:54

Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR

09:46

Bu şəxslər imtahan verəcək

09:32

Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib

17:00

1920-ci ilin xəritələri masada: Azərbaycanın əsas tələbi... - İNCƏLƏMƏ...

16:30

Azərbaycana qarşı sanksiyalar... YENİDƏN GÜNDƏMDƏ! - NƏ ETMƏLİ?

16:00

Gələn həftə tıxacda qalmamaq üçün alternativ yollar tapın - DYP-dən müraciət

15:19

Naxçıvan üçün İrana minnətçi düşməyə son - GƏLİŞMƏ

15:00

Taksidən istifadə edənlər üçün vacib məlumat - Sabahdan...

14:22

“Turan Tovuz” “Neftçi”yə, “Səbail” “Sabah”a qarşı

13:16

Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

12:30

Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir

12:00

Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının VİDEOGÖRÜNTÜLƏRİ

11:30

Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb

11:00

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

10:25

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

10:19

Gəncədə ikimərtəbəli obyekt və avtomobillər YANDI

10:15

Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı

10:06

Neftimiz UCUZLAŞDI

10:00

Erməni yalanları da tükənir: İrəvan gerçəyi hələ də anlamır - NƏ BAŞ VERİR?

09:48

"TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ

09:44

Sərhədi keçən ermənilərin Ermənistanda dedikləri - SENZURASIZ VİDEO

09:13

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir

09:08

Ukrayna Aİ-yə bu tarixdə üzv ola bilər

08:57

Azercell şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində...

17:30

İranda polis polkoviniki ÖLDÜRÜLDÜ

17:00

„Gəmiqaya Taxıl Məhsulları“ MMC fermerlərin PULUNU VERMİR - NARAZILIQ VAR!

16:00

Yasamalda KÖRPƏLƏR EVİNDƏ BÖYÜKLƏRİN TAMAHI... - İTTİHAM VAR!

15:40

113 gənc bir ildir Şahin Bağırovu gözləyir... - İmtahandan keçiblər, amma...

15:20

İcra başçısından iş istədi, 1500 manat zərərə düşdü – ŞAHBUZ SAKİNİ RAFAEL BABAYEVDƏN ŞİKAYƏTÇİDİR

14:00

“Qarabağdan çıxan ermənilərin bəzisi qorxusundan deyir ki, biz özümüz gedirik” – Rasim Balayev

13:40

Əmrahovların ipoteka maxinasiyası

13:20

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ... - İLGİNC İDDİALAR...