"Mən o günləri görmək istəyirəm"

16:09 23.09.2020 556
"Mən o günləri görmək istəyirəm"
Xalq artisti Rasim Balayevin Moderator.az-a müsahibəsini təqdim edirik:

- Rasim müəllim, hər zaman fəaliyyətdə olan bir aktyor olmusuz. İndi nisbətən bir az kənara çəkilmisiniz. Səs-küylü günlər üçün, film çəkilişləri üçün darıxmısınızmı? O illərə yenidən qayıtmaq istərdinizmi?

- Bu bir az utopik sualdır. Hara qayıdım? Qayıtmağa yer yoxdur! Geri qayıtmaq mümkün deyil. Yalnız irəli getmək lazımdır. Allah bizi bu koronovirusdan hifz etsin. Kinomuzun gözəl günlərini görmək istəyirəm. Son illərdə Azərbaycan kinosu demək olar ki, fəaliyyət göstərmir. Tək-tük filmlər çəkilir. Arzu edirəm ki, ən azı 70-80-ci illərdəki yaradıcılıq mühiti yenidən yetişsin. Mən o günləri görmək istəyirəm, hətta hansısa bir filmdə bir dənə də rol oynamaq istəyirəm.

- Bu gün sizə filmlərdə çəkilmək üçün yəqin ki, çox dəvətlər gəlir...

- Əlbəttə, dəvətlər çox gəlir.

- Bəs niyə çəkilmirsiz?

- Mən səviyyəsiz işlərdə yorulmaq istəmirəm. Çünki indiki filmlərin və serialların nə başlanğıcı var, nə də sonu. 300-400 seriya serial çəkirlər, bilmirsən bunlar nə etmək istəyir? Sənət əsəri elə olmalıdır ki, müəllif öz fikrini tamaşaçıya təlqin etməlidir. Əgər bu yoxdursa, gənc nəsil ordan bir ibrət götürə bilmirsə bunu niyə çəkirsiz? Bu lazım deyil! 3-5 adam mənfəətinə görə aktyorları da biabır edir. Mən bir- ikisinə çəkildim, çox peşman oldum. Xaltura! Sənətə belə münasibət olmaz. Özümə söz verdim ki, bir də belə filmlərdə çəkilməyəcəm.

- Müasir çəkiliş setlərində nəyi bəyənmirsiniz?

- Gedirəm serial çəkilişinə, mənə nə boyda mətn verirlər ki, bunu əzbərlə. Aktyora ssenarini öncədən göndərmək lazımdır. Deyirlər ki, tezbazar ev çəkilişini edək, birazdan hava qaralacaq. Mənə belə işlər lazım deyil. Ona görə gözləyirəm və ümid edirəm ki, yaxşı olacaq. Hökümətimiz, cənab prezidentimiz bu sahəyə pul ayırıb, bu diqqətə sözlə yox, öz işimizlə cavab verməliyik.

- Yetişən gənc nəsil aktyorlardan razısınızmı?

- Tək-tük yaxşıları da var, hamısına pis demək olmaz. O vaxt nəsillərin estafeti var idi. Bu estafet pis-yaxşı bir-birini əvəz edirdi. İndi bu zəncir qırılıb. Mən İncəsənət Universitetinin fəaliyyətinə kölgə salmaq istəmirəm, amma oranın bazası yoxdur.

- Vaxtilə mərhum xalq artisti Nuriyyə Əhmədova da bildirmişdi ki, aktyorluq fakültəsi bağlanmalıdır...

- Bağlanmağını istəməzdim. Siz görün nə günə düşmüşdüsə Xaçmaz, yoxsa Qubada qiyabi kino və teatr aktyorluğu fakültəsi açılmışdı. Belə şey olar? Qiyabi təhsil başqa sənətlərdə olar. Aktyor, rejissor gündəlik məşq etməlidir. Sənət universitetlərində qəbul düzgün aparılmır. Testlə aktyor olmurlar. Aktyorun, müğənninin öncə səsinə, görünüşünə baxmaq lazımdır. Bu sənətə gərək vurulasan, eşq lazımdır, Məcnun olmaq lazımdır. Bu olmasa mümkün olan şey deyil. Bu sənətə təkcə yaxşı ev üçün, villa üçün, maşın üçün, yaxşı pullar üçün gəlmək düzgün deyil. Əgər sən yaxşı sənətkar olsan bunların hamısı gələcək. İndi çox təəssüf ki, iki filmdə çəkilir, istəyir ki, “novastroyka”-da evi olsun, bahalı maşını olsun, belə olmur axı.

- Sizcə illər öncə çəkilən “Nəsimi” və “Babək” filmi bu gün yenidən çəkilsəydi, əvvəlki kimi maraqlı alınardımı, yoxsa zəmanənin təsiri onlardan da yan keçməzdi?

- Vallah onu mən deyə bilmərəm. Bircə onu bilirəm ki, kinostudiyanın təkcə rejissor və aktyor heyəti yox, fəhləsindən tüstü verəninə qədər olanların hamısı fədai idilər. İndi o fədailərdən yoxdur. İndikilər ancaq pulu fikirləşir.

- Rasim müəllim, puldan söz düşmüşkən, bəs sizin qonorarınız nə qədərdir? Açıqlaya bilərsiz?

- Mən indiyə qədər neçə filmə çəkilmişəm, hələ soruşmamışam ki, mənə nə qədər pul verəcəksiz. O barədə fikirləşməmişəm. Sonra deyiblər ki, sənin maaşın bu qədər olacaq, demişəm ki, olsun. Bizi birinci sənət düşündürür. Təbii ki, bəlli bir qonorarım var, amma onu açıqlamaq mənə yaraşmaz.

- Maraqlıdır, bu illər ərzində sırf film sahəsində olmusuz. Teatrda heç çalışmamısız?

- O vaxt universiteti bitirəndə nədənsə məni teatra götürmədilər. Sadəcə qısamüddətli olaraq universitetimizin nəzdində fəaliyyət göstərən Tədris Teatrında çıxış etmişəm. Mən həmişə demişəm və indi də deyirəm ki, normal aktyor teatrda çalışmalıdır, vaxtı olanda filmlərə çəkilməlidir. 80-ci illərdə Mehdi Məmmədov mənə “İblis” tamaşasında Arif rolunu vermişdi, 5-6 tamaşa oynadım. Bir də 2000-ci ildə Mikayıl Mirzə mənə “Aydın” tamaşasında Dövlət bəy obrazını verdi. Teatr ayrı bir zövqdür.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış