2018-ci ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz bahalaşıb.
“ZamanTv.az” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, cari ilin may ayında aprel ayına nisbətən ərzaq məhsullarının qiymətləri 1,3 faiz ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 1,6 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.