[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Formula 1”in Azərbaycan Qran-Prisinin vaxtı açıqlandı

“Formula 1” üzrə 2025-ci il dünya çempionatının təqvimi açıqlanıb.

Gələn il Bakının ev sahibliyi edəcəyi yarışın da vaxtı dəqiqləşib.

Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də baş tutacaq.

Mövsümə martın 14-16-da keçiriləcək Avstraliya Qran-Prisi ilə start veriləcək. 2025-ci il dünya çempionatının son yarışı isə dekabrın 5-7-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində gerçəkləşəcək.

Qeyd edək ki, bu il Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də olacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fars-molla rejimindən Azərbaycan Bayrağı QADAĞASI - milli fəallar həbs edildi

İranın molla rejimi stadionda Azərbaycan bayrağı qaldıran milli fəalları həbs edib.

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, dünən Təbrizin Səhənd stadionunda “Traktor”un azarkeşləri Azərbaycan bayrağı qaldırıblar:

"Güneyli soydaşlarımızdan daxil olan məlumata görə, molla rejimi buna görə kütləvi həbslərə start verib. Oyundan sonra təhlükəsizlik qüvvələri xeyli sayda azarkeşi həbs edib. Ey fars-molla rejimi, bu həbslərlə Azərbaycan xalqının milli mücadilə əzmini qıra bilməyəcəksən!"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AFFA-nın sabahkı Konfransının gündəliyi açıqlandı

Aprelin 2-də AFFA-nın növbəti Konfransı keçiriləcək.

Tədbir saat 10:00-da başlayacaq.

Toplantının gündəliyinə konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, Maliyyə Hesabatları, müstəqil auditorun hesabatı, AFFA prezidenti vəzifəsinə və İcraiyyə Komitəsinə seçkilərin keçirilməsi daxildir.

Xatırladaq ki, AFFA-nın prezidenti vəzifəsinə yeganə namizəd SOCAR-ın prezidenti, “Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəfdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Qarabağ” çempion!

Futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsümün çempionu müəyyənləşib.

Buna “Qarabağ” sona 8 tur qalmış nail olub.

Qurban Qurbanovun komandası “Kəpəz” üzərində böyükhesablı (6:1) qələbə qazanaraq xallarının sayını 69-a yüksəldib. Bununla da Ağdam təmsilçisi 26 xallıq fərqlə rəqibləri üçün əlçatmaz olub.

Qeyd edək ki, bu, “Qarabağ”ın 11-ci ölkə çempionluğudur.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”


Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin həbs edilməsi ilə nəticələnən cinayət işi haqda bəzi məqamlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dələduzluqda ittiham edilən tanınmış idmançının həmin əməlləri tək törətmədiyi iddia edilir.

Belə ki, cinayət işi üzrə zərərçəkmiş şəxs olan Bakının Binəqədi rayon sakini Allahverən Ağayev bildirib ki, E.Mirzəyev ona məxsus olan bahalı avtomobili vəzifəli tanışının köməyi ilə özgəninkiləşdirib.

Şikayətçinin sözlərinə görə, ölkədə olmadığı müddətdə E.Mirzəyev həmin şəxslə əlbir olaraq qeyri-qanuni şəkildə, yəni etibarnamə olmadan 90-ON-364 nömrə nişanlı “Range Rover” markalı avtomobili 18.01.2021-ci il tarixdə saxta yolla başqa şəxsə satıb və ona 185 000 dollar ziyan vurulub: “Mən başıma gələnlərlə bağlı Nərimanov Rayon Polis İdarəsinə və rayon prokurorluğuna şikayət etdim və bir müddət sonra Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açıldı, Mirzəyev Elman Qurbanxan oğlu həbs edildi. Hazırda Nərimanov RPİ-nin İstintaq şöbəsində cinayət işinin istintaqı bitmək üzrədir. Məlum oldu ki, mən 2021-ci ildə mən Ukraynada olduğum zaman Elman Mirzəyev mənə məxsus olan avtomobili işlədiyi “Auto Gallery” avtosalonundan qeyri-qanuni şəkildə götürüb və məndən heç bir icazə almadan, etibarnamə belə olmadan maşını həmin şəxslə əlbir olaraq saxta yolla satıblar”.

A.Ağayev başlanmış cinayət işi üzrə Elman Mirzəyevlə yanaşı, ona məxsus avtomobilinin rəsmiləşdirilməsində vasitəçilik etmiş həmin şəxsin də məsuliyyətə cəlb edilməsini xahiş edib.

A.Ağayevin vəkili Vasif İsrafilov da “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı Baş Prokurorluğun və DİN-in rəhbərliyinə müraciətlər edilib. Hazırda bu istiqamətdə istintaq tədbirləri davam etdirilir.

İddialarla əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etdik. Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza açıqlamasında bildirib ki, vətəndaş müraciəti əsasında qəbul edilib, dinlənilib, hazırda aidiyyəti üzrə araşdırmalar davam etdirilir: “Araşdırmaların nəticəsindən asılı olaraq mübahisə predmeti olan avtomobilin hansı formada digər şəxsin adına keçirilməsi aydınlaşdırılacaq”.

Mövzu ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, A.Ağayevin şikayəti əsasında açılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir: “Elman Mirzəyevin Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırda istintaq Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində davam etdirilir.

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qeyd olunan cinayət işi üzrə obyektiv və hərtərəfli istintaqın aparılması təmin edilməklə cinayətlərin törədilməsində iştirakı etmiş şəxs(lər)in əməllərinə, o cümlədən zərərçəkmiş şəxs Allahverən Ağayevin müraciətlərində qeyd etdiyi hallara hüquqi qiymətin verilməsi təmin ediləcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İstanbul meri Əkrəm İmamoğlu mətbuat konfransında bildirib.

O, Avropa Olimpiya Komitəsinin yarışı məhz bu şəhərə verdiyini açıqlayıb.

Qeyd edək ki, Avropa Oyunları ilk dəfə 2015-ci ildə Bakıda təşkil olunub. Turnir 2019-cu ildə Belarusun paytaxtı Minskdə, ötən il isə Polşanın Krakov şəhərində gerçəkləşib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Braziliya tarixinin 10 ən yaxşı hücumçusu

İngiltərənin nüfuzlu “FourFourTwo” portalı Braziliya tarixinin ən yaxşı hücumçularının reytinqini açıqlayıb.

Reytinqə Braziliya millisi ilə üç dəfə dünya çempionatının qalibi olan əfsanəvi hücumçu Pele başçılıq edir.

Siyahının ikinci pilləsində “Qızıl top”un ikiqat qalibi və ikiqat dünya çempionu Ronaldo, ikinci yerdə “Barselona”nın və “Milan”ın keçmiş ulduzu Ronaldinyo qərarlaşıb.

Hələ də peşəkar şəkildə oynayan futbolçulardan yalnız reytinqdə 9-cu yeri tutan Neymar ilk 10-luğa daxil olub.

Tarixin ən yaxşı 10 braziliyalı hücumçusu:

Pele

Ronaldo

Ronaldinyo

Qarrinça

Rivaldo

Didi

Romario

Jairzino

Neymar

Leonidas
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rövşən Nəcəf rəsmən AFFA prezidentliyinə namizəd oldu

AFFA Prezidentiliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib.

Modern.az milli assosiasiyanın saytına istinadən xəbər verir ki, AFFA-nın 2024-cü il aprelin 2-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.

Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Hesabat-Seçki Konfransının keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır. Qeyd olunmuş müddət başa çatıb. AFFA prezidentliyi və İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını diqqətinizə çatdırırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Qarabağ"a qollar vurdu, həftənin ən yaxşısı oldu


Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

Bu ada Patrik Şik (“Bayer”) layiq görülüb. O, Rafael Leao (“Milan”), Məhəmməd Salah (“Liverpul”) və Məhəmməd Kudusu (“Vest Hem) qabaqlayıb.

Qeyd edək ki, Patrik Şik ötən gecə "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri oyunda dubl edib. Bu qollar "Bayer"ə 1/4 finala vəsiqə qazandırıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bavariya” Qurban Qurbanova təklif göndərdi - RƏSMİ

Olmayaydı, “Bayer”i tərlədən komanda “Qarabağ”, olaydı Portuqaliyanın hansısa “Eştoril”i. Onun baş məşqçisinin üstündə dava salardı Avropa klubları. Təbii, “Eştoril”in baş məşqçisi avropalı olardısa. Zatən avropalı olmamağı da mümkünsüz.

“Avropalı şovinizmi” mövcuddur, var, onu hər kəs hiss edir. Elə “Qarabağ”da hiss etdi. Eyni qayda pozuntusunu Elvin yox, “Bayer”in futbolçusu etsəydi, VAR baş hakimə heç tövsiyə belə verməyəcəkdi. Yaxşı, bunu yıxıram UEFA-nın boynuna. Böyük klublardan çəkindiyi üçün (Avropa Superliqası ideyası gündəmə gələndən bu qorxu lap artıb) onlara güzəşt edilir.

Amma elə o baş hakimin vətənində - İngiltərədə qaradərili futbolçular daim şovinizmdən şikayət edirlər.

Deyirlər ki, “alkaş” Runi uğursuz olsa da, bu klubdan o kluba, o klubdan bu kluba keçir. Lempard var ey, məşqçilik istedadı yoxdur bu adamda, getdiyi hər komandanı da çökdürür. Amma iş problemi yoxdur. Ancaq deyək ki, Didye Droqbaya heç vaxt belə şans verilməz İngiltərədə. Nəinki İngiltərədə, bütün Avropada.

“Qarabağ”ın baş məşqçisi olmayaydı Qurban Qurbanov, olaydı bir portuqal, ispan və ya serb, ya da rumın. İndi “Bavariya” Alonsoya yox, ona təklif göndərərdi. Amma Qurbana göndərməzlər. Niyə? Çünki şovinizm hiss qəbul etmir bunu: Hansısa Azərbaycandan olan azərbaycanlı belə komandanı necə yaradıb?

Alonso istedadlı məşqçisidir. Bu “Bayer”i 500 milyon avroya formalaşdırıb. Bu “Bayer”lə başabaş mübarizə aparan “Qarabağ”ı isə azərbaycanlı Qurban Qurbanov cəmisi 30 milyona “yığıb”. Manata ey.

“Bavariya” israrla Alonsonu istəyir. Amma dəqiqdir ki, müzakirə ediblər bunu: Qurban Qurbanov 30 milyona 500 milyonluq komandanı necə yığıb? Müzakirə ediblər, amma təklif göndərməzlər. Avropa şovinizmi buna imkan verməz.

Canları sağ olsun, amma bütün hallarda Leverkuzendəki oyundan sonra “Bavariya”, təkcə onlar yox, məşqçi axtaran digər Avropa klubları da Qurban Qurbanova rəsmi təklif göndərdi. Qurban o təklifləri qəbul etmədi. Hələ Azərbaycana lazımdır. (Publika)

XƏBƏR LENTİ

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

19:01

Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

18:49

16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

17:00

Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

16:41

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

16:15

" `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

15:38

"AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

14:54

“Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...

14:28

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

14:09

Bayram Səfərov keçirdiyi tenderdə oğlunu qalib elan edib

13:46

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

13:04

Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

12:36

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

12:06

“Gümrü bazası Qarabağa köçürüləcək” iddiasının sirri - Moskva nəbz yoxlayır, yoxsa...

11:33

İmişlidə NONSENS: Keçmiş bələdiyyə sədri bələdiyyə möhürünü oğurlayıb, qaytarmır... - BU NƏDİ BELƏ?!

10:54

“İcra Hakimiyyətindən bizə deyirlər ki, hara şikayət etsəniz də, xeyri yoxdur” – EVLƏRİ DAĞILAN DAŞKƏSƏN SAKİNLƏRİ ÇADIRDA YAŞAMAĞA MƏCBUR EDİLİR / VİDEO

10:11

Sürücülərin ən çox şikayət etdiyi sığorta şirkətləri BƏLLİ OLDU - “Xalq Sığorta”, “Bakı Sığorta”, “AtaSığorta” liderdir...

09:39

Sabirabadda KÖRPÜ DƏLƏDUZLUĞU... - Rəsmilər HARA BAXIR?

09:17

“İST PETROL”-da benzinə görün nələr QATILIR - Təsadüf yoxsa REALLIQ?

16:33

"Azpulmat" məlumatlarınızı OĞURLAYIR: - Tətbiqin sahibini hansı CƏZA GÖZLƏYİR?

16:07

Ekspert: Hidrogen enerjisinə keçid siyasi təşəbbüslər tələb edir

15:24

Ənvər Əfəndiyevin “sağ əli” Firuz İsmayılov həbs təhlükəsi altında - İLGİNC

14:57

Böyük Britaniyada qanunsuz miqrant problemi – ermənilər krallıqdan qovulur

14:17

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub - TƏFƏRRÜAT

13:37

Onlar 4 aydır, əməkhaqqı ala bilmirlər - Naxçıvanda səhiyyə işçiləri də etiraz edir

13:13

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

12:51

Məleykə Abbaszadə millətin gələcəyini və gəncliyini şikəst edir - FAKTLARLA...

12:24

İki əmlak oliqarxı Mətin Eynullayevə qarşı: Taleh Bəşirov və Eldəniz Qafarov prezidentə sabotaj içində

11:44

Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb – Qumarda uduzdu

11:12

Nazirlik "Siyəzən Broyler"də nöqsanlar aşkarlayıb - DETALLAR

10:34

14 saylı Ərazi İdarəsi sənəd SAXTALAŞDIRIR? - BU NƏDİ BELƏ?!

09:45

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

09:25

"Şəki Suvarma Sistemleri İdarəsinin müdiri mənə qarşı QƏRƏZLİDİR..." - GİLEY