Müzakirəyə gecikən 2021-ci il büdcəsi - hansı dəyişikliklər gözlənilir?

12:06 20.11.2020 441
Müzakirəyə gecikən 2021-ci il büdcəsi - hansı dəyişikliklər gözlənilir?
Vüqar Bayramov: “Büdcədə müharibədə dəymiş ziyanların kompensasiyası və azad edilən ərazilərin bərpası nəzərdə tutulacaq”
Milli Məclisdə büdcə müzakirələri gecikir və hələ ki 2021-ci ilin büdcə sənədi parlamentə daxil olmayıb. Hər il noyabrın 13-dən başlayaraq Milli Məclisdə növbəti ilin büdcə müzakirələrinə start verilirdi. Hələlik isə parlamentdə büdcə müzakirələrinin nə vaxt keçiriləcəyi bəlli deyil. Məlum olduğu kimi, büdcə müzakirələrinin gecikməsinin səbəbi ölkədə Vətən müharibəsinin başlaması və hazırda məsələnin diplomatik masada davam etdirilməsidir.

2021-ci ilin büdcə zərfində nələrin olacağı barədə Modern.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov da bildirib ki, növbəti ilin büdcəsi əvvəlki büdcələrdən tamamilə fərqlənəcək: “Büdcə müzakirələrinin bu il gecikməsinə əsas səbəblərdən biri ölkədə müharibə vəziyyətinin hökm sürməsidir. Bu il üçün istiqamətlər də tamamilə dəyişib. Artıq Qarabağ işğaldan azad olunub. Eyni zamanda ölkədə koronavirus pandemiyası davam edir. Məhz COVİD-19 pandemiyası ilə əlaqədar xərclər və müəyyən sosial ödəmələr var. Digər tərəfdən isə Azərbaycan işğal altında olan ərazilərinin əksər hissəsini azad edib. Həmin ərazilərdə bərpa işləri getməli, sosial layihələr həyata keçirilməli və bu sahəyə diqqət yetirilməlidir”.

Vahid Əhmədov uşaqpuluna "yox" deməyi düzgün hesab etmir

Vahid Əhmədovun sözlərinə görə, budəfəki büdcədə müharibədə iştirak edənlərlə bağlı məsələlər yer ala bilər: “İkinci Qarabağ müharibəsində şəhid olan ailələrə müavinətlərin verilməsi, müəyyən zədə almış hərbçilərimizə yardımların edilməsi, onların evlə təmin olunması kimi məsələlər əsas müzakirə obyekti ola bilər. Hesab edirəm ki, bu məsələlərdə daha çox sərbəstlik vermək lazımdır ki, Azərbaycan hökuməti qarşıya qoyulan məsələləri yerinə yetirə bilsin”.

2021-ci ilin büdcəsində müharibənin və qələbənin yaratdığı yeni şərait baxımından hansı dəyişikliklər olacaq? Büdcənin xərc hissəsi dəyişə bilərmi? Pandemiya ilə bağlı kəskinləşən vəziyyət hansı tələblər ortaya qoyacaq? Neftin qiyməti ilə bağlı büdcə proqnozu yenilənə bilərmi?

Vüqar Bayramov: Startapların dəstəklənməsi sahibkarlığın inkişafı üçün mühüm şərtlərdəndir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bütün bu sualları “Yeni Müsavat”a açıqlamasında cavablandıran iqtisadçı alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov vurğuladı ki, büdcə müzakirələrinin gecikməsinin obyektiv səbəbləri var: “Büdcə hələ ki parlamentə daxil olmayıb, yalnız büdcə sənədi Milli Məclisə daxil olduqdan sonra biz onun müzakirəsini həyata keçirə biləcəyik. Nə zaman daxil olacağı ilə bağlı da proqnoz verə bilmərik. Parlamentə yeni büdcə sənədi daxil olduqdan sonra müvafiq komitələrdə müzakirələr aparılacaq və deputatlar da əvvəlki dövrlərdə olduğu kimi öz təkliflərini verəcəklər. Büdcə sənədi layihəsinin yubanmasının da obyektiv səbəbi var. Azərbaycan II Qarabağ savaşını apardı, qələbə qazandı və torpaqlarımız işğaldan azad olundu. Əslində büdcə sistemi haqqında qanuna uyğun olaraq, bütün mərhələlər vaxtında həyata keçirilib. Maliyyə Nazirliyi tərəfindən 2021-ci ilin büdcə layihəsinin ümumi konturları vaxtında elan olundu. Daha sonra Nazirlər Kabinetində növbəti ilin büdcə sənədinin müzakirəsi vaxtında həyata keçirildi. Ancaq sonradan II Qarabağ savaşının başlaması gələn ilin büdcəsinə də fərqli yanaşmaya səbəb oldu. Çünki 44 gün davam edən savaş nəticəsində dəymiş ziyanlar var, onlar dövlət tərəfindən kompensasiya olunacaq. Dəymiş ziyanın dövlət komissiyası tərəfindən qiymətləndirilməsi aparılır və bu müddətdən asılı olaraq həmin ziyan 2020 və 2021-ci illərin dövlət büdcələri arasında bölüşdürülə bilər. Ancaq büdcənin əsas istiqaməti 2021-ci ildə nəzərdə tutulan və ölkə Prezidenti tərəfindən elan olunan işğaldan azad edilən ərazilərimizin bərpa prosesidir. İlkin qiymətləndirmələr göstərir ki, işğaldan azad olunan ərazilərimiz tamamilə dağıdılıb. Bu baxımdan həmin istiqamətdə bərpanın birinci ilində daha çox vəsaitin ayrılması gözlənilir. Artıq nəqliyyat, kommunal xidmətlər və istilik enerjisinin verilməsi ilə bağlı işlər aparılır və bu işlər davam etdiriləcək. Kifayət qədər böyük ərazilərimizə ziyan dəyib, infrastruktur tamamilə məhv edilib, onun mərhələli şəkildə bərpası gözlənilir. 2021-ci il də məhz bərpanın başlanğıc ili olacaq. Artıq ölkə Prezidenti də dəymiş ziyanın ilkin qiymətləndirilmələrinin aparılması ilə bağlı göstəriş verib, proses başlayıb. Proses gələn il və növbəti illərdə də davam edəcək. Bu xərclərin nəzərə alınması çox vacibdir. Azərbaycan postmüharibə dövrünə qədəm qoyub və qalib ölkədir. Torpaqlarımız işğaldan azad olunduğu üçün onların bərpası növbəti illərin prioritet məsələlərindəndir. Bütün bunlar da 2021-ci ilin büdcə layihəsində ehtiva edilməlidir”.

Koronavirusla bağlı xərclərə gəlincə, V.Bayramov bildirdi ki, bu ilin yayında elan olunan büdcə xərclərində pandemiya ilə bağlı xərclər nəzərə alınmışdı: “Bu mənada koronavirusa yoluxmaların davam etməsi növbəti ilin büdcə layihəsinə təsir etmir. Çünki yay aylarında Maliyyə Nazirliyi tərəfindən elan olunan büdcə sənədində 2021-ci ildə koronavirusun sosial-iqtisadi təsirlərinin minimumlaşdırılması istiqamətində, eyni zamanda səhiyyə istiqamətində ayrılacaq xərclərin həcmi var idi. Qarabağ savaşındakı qələbəmiz növbəti ilin büdcə proqnozlarına da müsbət mənada yanaşmanı dəyişdi. 2021-ci ilin büdcəsi Azərbaycan üçün tarixi bir büdcə olacaq, çünki bu qələbə büdcəsidir. Müstəqillik illərində ilk dəfə biz qələbəni nəzərə alaraq büdcə layihəsinin müzakirəsini və icrasını həyata keçirəcəyik. Belə kütləvi bərpa yalnız 1994-cü ildə olub. Belə ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Füzuli rayonunun 22 kənd və bir şəhəri işğaldan azad olundu və onların bərpası həyata keçirildi. Sonrakı illərdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi bərpa olundu. Ancaq ilk dəfədir ki, bu qədər böyük ərazidə qiymətləndirmə və bərpa işlərinə start veririk. Bu mənada növbəti ilin qələbə büdcəsi Azərbaycan tarixində qalacaq bir büdcə olacaq”.

Büdcə xərclərinin artması ehtimalına toxunan V.Bayramov, bunu istisna etmədi: “Maliyyə Nazirliyi tərəfindən qiymətləndirmələr aparılan zaman və ya layihə sənədində büdcə xərcləri arasında müəyyən istiqamətlərdə məbləğlərin dəyişdirilməsi həyata keçirilə bilər və ya kənar mənbələrdən xərclərə yenidən baxılması reallaşır. Layihə olmadığı üçün konkret fikir söyləmək çətindir. Ancaq kifayət qədər ciddi bir bərpadan söhbət gedir, büdcədən bu istiqamətdə ciddi məbləğlər ayrılacaq. Ona görə də bu, büdcədə nəzərə alınacaq.

Deputat vurğuladı ki, hərbi xərclərin təmir-bərpaya yönəldilməsi gözlənilmir: “Söhbət ölkənin hərbi qabiliyyətinin gücləndirilməsi xərclərindən gedir. Biz qələbə qazansaq da, bütün hallarda qonşumuz Ermənistandır, onların tərk etdiyi rayonlarda bu gün nələr etdiyini hamı görür. O baxımdan Azərbaycan üçün hərbi müdafiə qabiliyyətinin gücləndirilməsi növbəti illərdə də prioritet olacaq. Bu bizim bəxtimizə yazılıb ki, Ermənistan bizim qonşumuzdur və daim müdafiə xərclərinə diqqətin artırılması məqsədəuyğundur”.

Bu ilin yay ayları ilə müqayisədə neftin qiymətində müşahidə olunan artımın büdcə proqnozlarına təsir edib-etməyəcəyi ilə bağlı suala aydınlıq gətirən V.Bayramov bildirdi ki, neft bazarında müəyyən canlanma müşahidə olunsa da, pandemiyanın davam etməsini nəzərə alaraq neftin qiyməti ilə bağlı konservativ yanaşmanı qorumalıyıq: “Mən neftin bahalaşmasına baxmayaraq, büdcədə neftin qiymətinin artırılmasını məqsədəuyğun hesab etmirəm. İndiki 35 dollarlıq qiymət məqbuldur. Büdcə sistemi haqqında qanuna əsasən ilin ortasında büdcəyə baxılıb əlavə və dəyişikliklərin edilməsi mümkündür. Əgər gələcəkdə qiymətlər artarsa, neftin qiyməti büdcədə artırıla bilər. Hazırda konservativ yanaşmanın qorunub saxlanılması daha məqsədəuyğun olar”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu