Moldova Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə Azərbaycan qazına çıxış əldə edə bilər.
Oxu.Az xəbər verir ki, bu sözləri Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) vitse-prezidenti Alen Pillu deyib.
Onun sözlərinə görə, Moldova TAP-a Ungenı-Kişinyov kəməri vasitəsilə qoşulacaq.
Yaxın vaxtlarda istifadəyə veriləcək 120 kilometrlik Ungenı-Kişinyov kəməri Moldovaya enerji sahəsində müstəqillik əldə etməyə və qaz tədarükünün təhlükəsizliyinin təminatına imkan verəcək. Sözügedən kəmər Rumıniya və Moldovanın qaz-nəqliyyat sistemlərini birləşdirəcək.
Zamantv.az