[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib.
Azərbaycanın 15 rayonunda pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olan "MKT İstehsalat Kommersiya" MMC-nin keçmiş işçisi Şamo Ağayev şirkət barəsində iddia qaldırıb. Onun iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq. Səbinə Nuriyeva iş üzrə hakim təyin edilib.
Şamo Ağayevin iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.
Əldə etdiyimiz məlumatlarda iddia edilir ki, Şamo Ağayev bir müddət əvvəl işdən çıxarılıb. O, hesab edir ki, rəhbərliyin qərarı qanunsuzdur. Bu baxımdan, məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlib.
"MKT İstehsalat Kommersiya" MMC 23 aprel 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 357 263 923,51 manatdır. Şirkətin qanuni təmsilçisi Həsənov Rövşən Həsəın oğludur.
Uzun illərdir ki, şirkətin Kəmaləddin Heydərova məxsus olduğu haqqında mediada yazılır. Həmçinin iddia edilir ki, nazirin bu şirkətdə ortaqları da var. Yəni, "MKT İstehsalat Kommersiya" MMC tam olaraq Kəmaləddin Heydərova məxsus deyil.
Bir neçə gün əvvəl nazirin başqa bir şirkəti - "Baku İnternational Tabacco"nun barəsində inzibati iş başlanıb. Şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə ittiham irəli sürülüb. İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.(Qaynarinfo)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH


Qərb, xüsusən də rəsmi Vaşinqton Cənubi Qafqazdakı siyasətini həyata keçirmək üçün qurduğu müxtəlif planları zaman-zaman işə salır. Bu işdə əsasən Ermənistandan, xüsusən də Nikol Paşinyan hakimiyyətindən istifadə edilir. Qərbdəki ağalarının bütün istəklərini qeyd-şərtsiz yerinə yetirmək erməni baş nazir üçün artıq rituala çevrilib.

Son dövrlər Cənubi Qafqazda vəziyyətin dəyişməsi isə ABŞ və rəsmi Brüsselin tələsdiyini, regionda hegemonluq qurma arzusunu yerinə yetirmək üçün konkret addımlar atdığını göz önünə sərir. Məsələ burasındadır ki, Bayden administrasiyası noyabrda keçiriləcək seçkilərdə Demokratların qələbə şansının böyük olmadığını yaxşı bilir. Birləşmiş Ştatlarda keçirilən rəy sorğularında Trampın başçılıq etdiyi Respublikaçıların üstünlüyünün olması üzə çıxıb. Bu səbəbdən də seçkilərdən əvvəl demokratlar öz elektoratına “qələbə” nümayiş etdirməlidir. Ukrayna-Rusiya müharibəsində planları suya düşən rəsmi Vaşinqton nəzərini Cənubi Qafqaza çevirir, Ermənistan və Gürcüstanın “qərbləşməsi”ni isə qələbə kimi təqdim etməkdən, bu iki dövləti Rusiyanın pəncəsindən qoparmaqdan başqa çarə görmür.

Elə bu səbəbdən də son günlər Birləşmiş Ştatlarda artan aktivlik bu məqsədə xidmət edir. Məsələn, konqresmen Bred Şerman bəyan edib ki, Qarabağdan köçən ermənilərə yardımı artırmaq, Azərbaycana isə bütün yardımları azaltmaq lazımdır.

Dövlət departamentinin Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılması ilə bağlı bəyanatı da məhz bu məqsədə xidmət edir. ABŞ rəsmisi Vedant Patel bəyanatında ötən ilin sentyabr ayında baş verən hadisələrə istinad edərək rus hərbçilərini günahlandırmaqdan belə özünü saxlaya bilməyib və Kremli etibarsız tərəfdaş adlandırıb.
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Bəyanatdan göründüyü kimi, rəsmi Vaşinqton rus kontingentinin Azərbaycanı tərk etməsindən narazıdır. Bunu Ermənistana xəyanət və etibarsız tərəfdaş kimi qəbul edir. Maraqlıdır ki, bu günə qədər ABŞ heç bir halda Rusiya sülhməramlı kontingentinin mövcudluğunu qəbul etməyib. Məsələn, 2014-cü ildə Ukraynada Rusiya sülhməramlı fəaliyyəti ilə bağlı məsələ gündəmə gələndə rəsmi Vaşinqton buna kəskin etiraz edib. Məsələnin ciddi sanksiyalara səbəb olacağı bildirilmişdi. Elə 2017-ci ildə Ukraynanın şərqinə rus sülhməramlılarının yerləşdirilməsi ilə bağlı bir neçə dəfə danışıq aparılsa da, tərəflər razılığa gələ bilməyiblər. Bu misalları artırmaq mümkündür. Vəziyyət Gürcüstan, Osetiya və Dnestryanı ölkələrdə də eyni olub. Ağ Evin bu dəfə başqa ritorika sərgiləməsi, az qala rus sülhməramlılarının Azərbaycandan çıxarılmasına təəssüflənməsi anlaşılmazdır.

İlk olaraq, onu demək lazımdır ki, Birləşmiş Ştatlar hələ ötən ildən Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətini büruzə vermişdi. Bununla da regiondakı təhlükəsizlik mexanizmlərini məhv etmək, Moskvanı qarşıdurmaya çəkmək cəhdi də var idi. Hazırda rus kontingentinin Qarabağdan çıxarılması belə bir imkanı məhdudlaşdırır. Ermənistandakı 102-ci bazada isə belə bir planın həyata keçirilməsi o qədər də real görünmür.

Ağ Ev Rusiyanın Ermənistandakı dayaqlarını zəiflətmək, iki dövlət və müttəfiq arasındakı gərgin münasibəti daha da gərginləşdirmək niyyətindədir. Məhz dövlət departamentinin bəyanatında etibarsız tərəfdaş termininə və sentyabr hadisələrində sülhməramlıları fəaliyyətsizlikdə günahlandırmaq fikrinə bu səpkidən yanaşmaq lazımdır.

Qərb uzun müddətdir ki rəsmi İrəvanın KTMT və Aİİ kimi qurumları tərk etməsinə, Ermənistandakı Rusiya hərbi bazası və sərhədçilərinin çıxarılmasına nail olmaq istəyir. Bu səbəbdən də yuxarıda səslənən bəyanatın bu məqsədə xidmət etməsini düşünmək olar. Bu isə ABŞ-yə hazırda Yaxın Şərq münaqişəsində hava və su kimi lazımdır. Ermənistanda hərbi mövcudluğunu qurmağı hədəfləyən Ağ Ev bunu İrana qarşı istifadə etmək niyyətini güdür. Rusiyanın regionda zəifləməsi isə İranın təklənməsi sayıla bilər.

Eyni zamanda, Vaşinqton Cənubi Qafqazda Azərbaycanın güclənməsi, Bakı-Ankara münasibətlərinin möhkəmlənməsini, türk dünyasının inkişafını da qəbul edə bilmir. Bu səbəbdən də Ermənistanı dəstəkləmək məsələsində türk dünyasının birləşməsini və inkişafını ləngitmək hədəfləri sezilir.
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Bir neçə gün ərzində bir sıra konqresmenin yenidən qondarma erməni soyqırımı məsələsini gündəmə gətirməsinə də bu prizmadan yanaşmaq lazımdır. Qarşıdakı seçkilərdə erməni elektoratın səslərini qazanmaq üçün hər zaman işlədilən oyundan başqa bir şey olmayan bu açıqlamalar sadə erməni vətəndaşı üçün nəzərdə tutulub.

Göründüyü kimi, son hadisələr və bəyanatlar rəsmi Vaşinqtonun Ermənistanın başının altına yastıq qoymaqla çirkin niyyətlərini icra etməyə tələsdiyindən xəbər verir. Eyni zamanda, Gürcüstandakı vəziyyəti də bu sıraya daxil etmək olar. Artıq bir neçə gündür ki Tiflisdə qeyri-hökumət təşkilatları və KİV nümayəndələrinin etiraz aksiyaları keçirilir və əsasən “Rusiya qanunlarına yox” plakatları qaldırılır. Hakim partiyanın təklif etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi müxalifəti qəzəbləndirib. Bu da əsassız deyil. Qarşıdan gələn parlament seçkilərindən əvvəl Qərb qrantları hesabına fəaliyyət göstərən müxalifət mediası, xeyriyyə, insan haqları və digər təşkilatlar “xarici agent” hesab edilə bilər. Gürcüstan hakimiyyətinin ölkəni Qərbin peykinə çevirmək istəməməsi və balanslaşdırılmış xarici siyasət yürütməyə çalışması ABŞ tərəfindən artıq bu layihənin tənqidinə məruz qalıb.

Avropa İttifaqına (Aİ) gəldikdə isə onun Ermənistanda bir sıra maraqları var və o, bu maraqların təmini üçün tələsir. İlk olaraq, onu qeyd etmək lazımdır ki, yanvarın 29-da Brüsseldə Aİ-Mərkəzi Asiya nəqliyyat kommunikasiyası investorlarının konfransı keçirilib və bu konfrans zamanı məlum olub ki, Avropa İttifaqı Mərkəzi Asiyadan Avropaya uzanan nəqliyyat dəhlizinin yaradılması üçün 10 milyard avroya qədər investisiya cəlb etmək niyyətindədir. Bu dəhliz Zaqafqaziyadan Türkiyəyə keçməlidir. İstər Transxəzər dəhlizi, istərsə də Zəngəzur dəhlizi adlanan layihə hazırda Qərb üçün hava və su kimi vacibdir. Çünki Yaxın Şərqdə elə bir vəziyyət yaranıb ki, şərqdən qərbə, şimaldan cənuba gedən nəqliyyat marşrutları üçün təhlükəli vəziyyət yaranıb. Bu geosiyasi qarışıqlıqda isə yuxarıda adı sadalanan marşrutlar ən təhlükəsizi hesab edilir. Həm logistika, həm də enerji daşıyıcıları kanalları üçün bu, ən optimal variantdır. Son dövrlər isə Ermənistan hakimiyyətinin Zəngəzur dəhlizinə qarşı çıxması, özünün adını “Sülhün kəsişməsi”nə dəyişdirdiyi “Erməni qovşağı” layihəsini ortaya atması görünür artıq Avropanın bəzi siyasi kulislərində etirazlara səbəb olub. Çünki son vaxtlar “Freedom House” təşkilatının erməni dövlətində demokratiyanın zəifləməsi, məhkəmə və güc strukturlarında hökm sürən anarxiya barədə hesabatları da Nikol Paşinyana kiçik qulaqburması kimi dəyərləndirilməlidir. Bəlkə də bu səbəbdən artıq bəzi ekspertlər müxalifətin etirazlarının arxasında Qərbin dayandığı fikrini israrla təkrarlayırlar. Artıq inqlab ssenarisinin yenidən həyata keçirilməsi üçün daha bir cəhdin ediləcəyi istisna edilmir.
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Hakimiyyət isə Aİ-yə üzvlük məsələsini artıq əlçatmaz arzu hesab edir. Bu yaxınlarda hakim partiyanın bir nömrəli gündəliyi, sessiyalarının əsas mövzusu Aİ-yə üzvlük olsa da, artıq müzakirələrin dayandırıldığı məlum olub. Hətta baş nazir bu məsələni müzakirə etmək üçün bir neçə dəfə parlamentdə qapalı iclasda iştirak edib.

Partiya üzvləri artıq dərk ediblər ki, Ermənistan Qərb üçün o qədər də vacib və vazkeçilməz dövlət deyil. Hansısa ciddi plan uğrunda qurban verilməsi an məsələsi ola bilər. Eyni zamanda, Aİ ilə yaxınlaşmanın yaxın qonşusu İranda da qıcıq yaratdığını söyləmək yerinə düşər. Son günlər Aİ missiyasının genişləndirilməsi, kanadalı ekspert Aleksandr Qruşevskinin missiyaya rəsmi şəkildə qoşulması artıq rəsmi Tehranı narahat etməyə başlayıb və rəsmi İrəvanın bu addımı İslam Respublikasında heç də xoş qarşılanmayıb.

Son olaraq vurğulamaq yerinə düşər ki, Cənubi Qafqazın söz sahibi Azərbaycandır və hər zaman Qərbin məkrli planlarının qarşısı rəsmi Bakı tərəfindən alınıb. Bu dəfə də vəziyyətin eyni olacağını əminliklə söyləmək olar. (Report)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN - 2000043631) ilə 1 milyon 996 min 500 manat dəyərində satınalma müqaviləsi imzalayıb.
Bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilənin şərtlərinə görə “Şərq-Qərb” ASC nazirliyin sifarişi əsasında yeni dərslik və metodik vəsaitləri hazırlaycaq, həmçinin hazırlanan dərslik və metodik vəsaitləri təkrar nəşr üçün təkmilləşdirəcək.
Məlumat üçün bildirək ki, “Şərq-Qərb” ASC 14 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 589 min 880 manat olan ASC Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 17 ünvanında yerləşir.
ASC ilə eyni ünvanda “Şərq-Qərb Mülk” MMC, “Şərq-Qərb Nəşriyyat Evi” MMC və “Qlobal East West” MMC də yerləşir.
Qeyd edək ki, bu ünvanda vaxtı ilə 4 nömrəli Bakı Kitab Mətbəəsi fəaliyyət göstərib. 2001-ci ildə özəlləşdirilərək “Şərq-Qərb” ASC-yə çevrilib.
Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestr məlumatlarında göstərilib ki, “Şərq-Qərb” ASC-nin səhmlərinin 96,5%-i Mehdiyev Teymur Ramiz oğluna məxsusdur.
Reyestr məlumatlarında Mehdiyev Teymur Ramiz oğlunun qeydiyyat ünvanı Bakı şəhəri İstiqlaliyyat küç., ev 9, m. 31 göstərilir ki, həmin ünvanda həm də Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş Prezidenti Ramiz Mehdiyev qeydiyyatdadır.
Qeyd edək ki, Ramiz Mehdiyevin yeganə oğlu general-mayor Teymur Mehdiyev hal-hazırda Fövqəladə hallar nazirinin müavinidir. Ramiz Mehdiyevin müəllifi olduğu əksər kitablar da “Şərq-Qərb” nəşriyyatında çap olunub.
Onu da bildirək ki, bir neçə il əvvəl Hesablama Palatası Baş Prokurorluğa müraciət edib ki, 2019-cu ildə AMEA ilə “Şərq-Qərb” ASC arasında imzalanan 10,4 milyon manatlıq müqavilədə cinayət tərkibi olduğu üçün istintaq başlatsınlar. Hesablama Palatasının haqqında bəhs etdiyi müqavilə imzalanan zaman Ramiz Mehdiyev AMEA-nın prezidenti olub.
Maraqlıdır ki, barəsində Baş Prokurorluğa müraciət edilən “Şərq-Qərb” ASC əvvəlki tender müsabiqələrindən fərqli olaraq bu dəfə Elm və Təhsil Nazirliyinin satınalmalarında müsabiqəsiz qalib seçilib. Üstəlik satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsi ilə həyata keçirilir.
Başqa bir məqam satınalmanın bir mənbədən satınalma metodu əsasında keçirilməsidir.
Bildiyimiz kimi, “Dövlət satınalmaları haqqında” Qanunun 49-cu maddəsində açıq şəkildə qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qeyd edək ki, dərslik və metodik vəsaitlərin hazırlanmasının Qanunda göstərilən bu şərtlərdən hansına uyğun gəldiyi başa düşülən deyil.(yeniavaz)

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

"Gömrük orqanlarının bu qədər "operativ" işlədiyini bilmirdim. Deməli, vətəndaş Bakı Baş Gömrük İdarəsində rastlaşdığı neqativ proseslərlə bağlı şikayət ünvanlayıb. Baş İdarədən onu görüşə dəvət ediblər ki, gəl, araşdıraq". Dia-az.info bildirir ki, bunu öz açıqlamasında tanınmış jurnalist Samir Feyruzov bildirib.

Jurnalist daha sonra qeyd edir: "Amma məsələ bundadır ki, dəvət məktubu bu gün - aprelin 18-də vətəndaşa verilib, görüşə isə martın 18-nə dəvət ediblər. Yəni, vətəndaş bir ay geri hoppanmalıdır ki, şikayətinə baxsınlar, əgər hoppana bilsə, problemini araşdıracaqlar. Öyrəndim, bu, poçtla bağlı problem deyil, sadəcə gömrük işçiləri haqqını tələb edən şəxsləri lağ obyektinə çevirmək üçün belə bir addım atırlar".
Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Bir müddət əvvəl Prezident İlham Əliyevə müraciət edən Şəhid anası Ölkə başçısından köməklik istəyib. Lakin onun müraciəti təhrif edilərək icra hakimiyyəti tərəfindən təkzib edilməsi müşahidə edilməkdədir.

Çox təəsüf hissi ilə qeyd edək ki, İmişli rayon İcra Hakimiyyətinin başçısı Prezidentə Müraciət edən şəhid anasına qarşı etdiyi hörmətsizliyə davam edir. Belə ki, İcra başçısı Şəhid anası İmmi Rüstəmovanın müraciətini səhv çıxarmaq üçün nəvəsinin ev növbəsinə yazılması işlə təmin edilməsi ilə bağlı açıqlama verərək ananın müraciətinin əsassız olmasını göstərməyə cəhd edib. Lakin qeyd edək ki, İmmi Rüstəmovanın nəvəsi 44 günlük Vətən Müharibəsinin iştirakçısı həmçinin Qazi olması ilə əlaqədar ev növbəsinə yazılması ilə yanaşı işlə təmin edilib. Şəxs ayrı təsərüfat sahibidir. Amma İmişli İcra Hakimiyyətinin açıqlama sosial səhifələrdə müraciətin şərh hissəsinə yerləşdirməklə İ.Rüstəmovanın Prezidentə müraciətinin əsası olmayan addım kimi qiymətləndirilir.

Cənab Prezident media mənsubu olaraq bizdə İmmi Rüstəmovanın yaşadığı mənzilində olduq. Çəkiliş zamanı ananın yaşayışı acınacaqlı durumda olmasını real gözümüzlə gördük. İmişli rayon Sərxanlı kənd sakini Şəhid Rüstəmov İbadət Səxavət oğlunun mənzili tam dağılma ərəfəsindədir. Hazırda anası İmmi Rüstəmova yaşadığı durum heçdə ürək açan deyil. Beləki, İmmi ana iki qızı üç nəvəsi, bir oğlu və yoldaşı ilə birgə yaşadığı mənzilin dam örtüyü yağış zamanı mənzilin içərisini gölməçiyə çevirir. Evin dam örtüyü ilə yanaşı evin tam təmirə ehtiyac olduğu video çəkilişimizdən aydın müşahidə edilir. Bu gün rəhbər olaraq təyin etdiyiniz İmişli rayon İcra Başçısı Rzayev Elçin Adil oğlu ona etimadınızı göründüyü qədər doğrulda bilmir. Qeyd edək ki, həmin evdə yaşayan şəhid bacıları ilə şəhid anası şəkər xəstəsidir. Həmdə şəhid bacısının ağır şəkər xəstəsi olduğundan artıq ayaq barmaqları qanqreniya verib. Amputasiya edilən barmaqları isə onun səhhətini daha da ağırlaşdırıb. Media olaraq Prezident İlham Əliyevə Şəhid anasının istəyinin yanlış yönləndirildiyini çatırmaq istəyirik. Şəhid anası İcra başçısından iş yemək pul istəməyib. Onun müraciəti evinin abadlaşdırılması ilə bağlı olub. Hər bir şəhid ailəsinə dövlət qayğısı proqramına onunda daxil edilməsidir. Lakin icra başçısı 90-larda şəhid düşənlərin sanki şəhid hesab edilmədiyi imacı formalaşdırır. .

Digər tərəfdən isə Şəhid ailəsi yaşadığı mənzilin qapısından asdığı üç rəngli Azərbaycan Bayrağı məcburi qaydada yığışdırılıb. İmmi ana bildirir ki, Bayraq asıldığı gündən Kənd İcra nümayəndəsi Muradov İkramın əməkdaşı Bərşadın israrla bayrağın götürülməsi ilə bağlı təzyiqlə edib. Media araşdırmamızdanda məlum olur ki, İkram Muradov həbsdə olan korrupsiya, vəsifə səlahiyyətlərindən sui-istifadə edən keçmiş icra başçısı Vilyam Hacıyevin əsas kadrlarındandı. O, V.Hacıyevin dövründə ümummiyyətlə idarələrin girişində bayraqlara qarşı aqresiv yanaşması ilə əhalinin yadaşında qalıb. İ.Muradovun əməkdaşının Azərbaycan bayrağına qarşı nifrətinin ondanmı yoxsa şəxsi maraqlarındanmı qaynaqlanması isə bizə naməlumdur... Şəhid qapısında Bayraq asılması vətən uğrunda canından keçənin mənzilinin göstəricisi kimi millətimiz tərəfindən qəbul edilsədə, İcra nümayəndələri bunu həzm edə bilmir. Burdanda məlum olur ki icra hakimiyyətləri vasitəsi ilə şəhid və qazi ailələrinə Prezidentin etdiyi yardımlar heç biri tam olaraq çatırılmır.

Cənab Prezident. Bir müddət əvvəl İmişli İcra hakimiyyətində keçirilən tədbir nəticəsində aparılan həbslər köhnədən qalan qalıqlara ibrət dərs olmayıb. Bu şəxslər xalq arasında sizə olan sevgini tamamilə əleyhinə icratlar həyata keçirməsi açıq aydındır. Medianın ictimailəşdirdiyi məsələyə mediayay deyil sosial şəbəkələrə dezinformasiya yaymaqla yuxarı təbəqələrə verilən siqnalların əsasız olması imicin formalaşdırır. Lakin biz Sizin tövsiyələrinizlə həmin siqnaların Sizə çatmasını təmin etməyə davam edəcəyik.

Məqalədə adları dərc edilən şəxsləri dinləməyə, mövqeyn dərc etməyə hazırıq.

BakuNews.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

285 saylı məktəbin müəllimi Təranə Yusifova yeni direktor təyin edilən Nuranə Yəhyayeva tərəfindən işdən qanunsuz olaraq uzaqlaşdırıldığını iddia edir.
O, bu barədə Bakupost.az -a açıqlamasında bildirib.
35 il pedaqoji stajı olduğunu qeyd edən T.Yusifovanın sözlərinə görə, 1994-cü ildən isə Suraxanı rayon B.Qulamoğlu adına 285 saylı tam orta məktəbdə müəllim işləyib:
"Özüm Ağdam rayonundan məcburi köçkünəm, tənha yaşayıram, heç yerdən köməyim yoxdur. Pensiyaya çıxmağıma bir ilim qalmışdı. Məktəbimizə yeni direktor təyin edilən Nuranə Yəhyayeva məni və müəllim yoldaşım, onkoloji xəstə olan Təranə Rzayevanı ötən il oktyabrın 2-də işdən azad etdi. Nuranə xanım direktor təyin olunandan təhsillə məşğul olmaq əvəzinə, hamını bir-birinə vurdu, idarəyə həqiqətə uyğun olmayan məlumatlar verdi. Mən və T.Rzayeva qrup müəlliməsiyik. Bizim məktəbdə üç nəfər qrup müəlliməsi var. Hamıdan da əvvəl qrupda mən işləmişəm".

İşdən azad edilməsinin səbəblərinə aydınlıq gətirən T.Yusifova direktorun "qruplara uşaq yığılmadığını" əsas gətirdiyini deyib:
"Halbuki valideynlərin hamısıyla özü danışıb. Deyib ki, uşaqlarınızı qrupa qoymayın, birinci sinifdədirlər, yorulurlar. Yəni qərəzli şəkildə valideynlərin qarşısını aldı, onların uşaqlarını qrupa qoymasına mane oldu".
T.Yusifova məsələ ilə bağlı hazırda məktəb rəhbərliyi ilə aralarında məhkəmə çəkişməsinin davam etdiyini bildirib:
“Direktorun qanunsuz addımı ilə bağlı mən və Təranə xanım məhkəməyə müraciət etdik. Məhkəmədə bizə başqa məktəblərdə işləməyi təklif etdilər. İş yoldaşım bu təkliflə razılaşdı, indi işləyir. Amma mən razılaşmadım. Çünki tələbimdə haqlıyam. Sonuncu məhkəmə iclasımıza Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ərəstun müəllim adlı bir hüquqşunas gəldi. Hakim ona tapşırdı ki, Təranə xanımın məsələsini həll edin. O da hakimə problemi həll edəcəyinə söz verdi. Bir gün sonra Ərəstun müəllim zəng vurub dedi ki, sizi 279 nömrəli məktəbə göndərə bilərik. Dedim ki, başqa məktəb istəmirəm.
İşə Nəsimi rayon Məhkəməsində baxılırdı. Qarşı tərəf apellyasiya şikayəti verib ki, məhkəmə Suraxanı rayonunda olmalıdır, çünki məktəb Suraxanıdadır. Apellyasiya məhkəməsi isə onların iddiasını rədd edib".
T.Yusifova məsələylə bağlı nazirlikdə də qəbulda olduğunu deyib:
“Mən bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqin Bağırovun da qəbulunda olmuşam. Məsələdən o da xəbərdardır. Azərbaycan qanunlarına, Prezident İlham Əliyevə güvənirəm. İnanıram ki, Elm və Təhsil Nazirliyi bu qanunsuzluğu aradan qaldıracaq, haqq-ədalət öz yerini tutacaq".

Məsələ ilə bağlı 285 saylı məktəbin rəhbərliyi ilə əlaqə saxlmağa çalışdıq. Məktəbdən Bakupost.az -a bildirdilər ki, direktor Nuranə Yəhyayeva müsabiqədə iştirak etdiyi üçün açıqlama verə bilməyəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

"Zəfər parkı... Xaçmazın gözəl ünvanlarından biridir. 44 günlük şanlı qələbəmizi özündə əks etdirən, Azərbaycanda ilk dəfə Xaçmaz rayonunda inşa edilən Zəfər parkının ümumi ərazisi 4 hektardır. Parkda süni göl, fəvvarə, müxtəlif iaşə obyektləri yaradılıb. Bundan başqa idman qurğuları, velosiped zolağı , uşaqların əyləncəsi üçün atraksionlar , eləcə də, açıq havada tədbirlərin təşkili məqsədilə səhnədə mövcuddur. Parkın ərazisində müasir işıqlandırma sistemi qurulub və yaşıllıq zolaqları salınıb. Zəfər parkı yay aylarında Xaçmazlıların ən çox üz tutduğu məkanlardan biridir. AMMA..." Dia-az.info bildirir ki, iş də məhz bu "amma"dadır. Bu barədə yazan xaçmazlılar daha sonra bildiriir:
"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ
"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ
"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

"Belə gözəl bir park maləsəf əlaqədar qurumların diqqətsizliyi və nəzarətsizliyi səbəbindən əksər hallarda atılmış yeri xatırladır ki, bu da ilk növbədə dövlətin - büdcənin puluna rəsmi məmurların sayğısızlığıdır.

Fakt budur ki, bura gələn vətəndaşlar təmizliyə riayət eləmirlər, tirnajorların çoxsu tamamı ilə sıradan çıxıb, yerlər "semiçka" qabığı və daha nələr....nələrlə doludur. Tamam vətəndaşlar zibilləyir... Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu? İcra başçısı hara baxır? Bilirmi ki bu park yalnız başçı orada və ya da yaxınlıqda olanda təmizlənir.

Dia-az.info vasitəsilə, xaçmazlılara da müraciət edirik... Millət, heç olmasa bir az parkın qayğısına qalaq... çünki icra hakimiyyəti yox kimidir"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Paytaxda yerləşən “ADA” Universitetinin yeni korpusu üçün tikinti işinin aparılması məqsədi ilə Bakı şəhəri, Nərmanov rayonu, Tələt Şıxaəliyev 18 ünvanında yerləşən evlər kompensasiya qarşılığında vətəndaşlardan alınır.

Vətəndaşlara verilən kompensasiya ilə bağlı narazılıqlar yaranıb. Məlumata görə söküntü işinə nəzarət edən Nərimanov rayon icra başçısının keçmiş birinci müavini Şahmar İbadov vətəndaşlara “ADA” Universiteti adından hədə-qorxu gələrək, istdəyi kompensasiyanı ödəyir. Bununla bağlı bir video müraciəti diqqətinizə çatdırırıq.

Bəs kimdir bu Şahmar İbadov? Uzun illər Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş İbadov hazırda Prezident Adminstrasiyasının İşlər İdarəsində sektor müdiri vəzifəsində çalışır. Şahmar İbadov var-dövləti ilə seçilən məmurlardandır. Onun obyektləri və özünə tikdirdiyi villalar buna misal ola bilər. Məsələn qalmaqallarda adı hallanan “Ariva” hotelin, Nərimanov rayonunda “Çanaqqala”, “Pürrəngi” , Nərimanov parkının içində yerləşən obyektlərin onun təsir dairəsində olduğu bildirilir. Onu da qeyd edək ki, cənab İbadov biznes fəaliyyətinə hələ 90-cı ilin əvvəllərində Binəqədidə (“pasyolka kirov”da) başlayıb. Kifayət qədər geniş maddi imkanlara malik olan İbadovun adı ölkədəki FETÖ şəbəkəsi ilə də hallanıb. Bununla bağlı cumhuriyyet.az bildirir ki, Şahmar İbadovun Gülənin Azərbaycanda fəaliyyət göstərən “komandasının” rəhbərlərindən birinın olması ilə bağlı hətta türk mətbuatı da geniş məqalə dərc etmişdi. Bundan başqa Şahmar İbadovun Elnur Aslanov və Ceyhun Osmanovla ilişkilərinin olması da artıq sübut olunub.

Parlament sədrinin köməkçisi vəzifəsindən, Nərimanov İcra Hakimiyyətinə şöbə müdiri təyinatı və ən qısa zamanda icra başçısının I müavini təyin olunması, burdan uzaqlaşan kimi isə Prezident Adminstrasiyasında vəzifə alması da onun hansısa qüvvələr tərəfindən himayə olunduğunu düşünməyə əsas verir. Bu imkanlar qalmaqallı məmurun övladlarına təsir edib. Şahmar müəllimin oğlu Elmar İbadov 2017-ci il avqustun 22-də idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vurub. Bir neçə gündən sonra qadın ölüb. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Elmar İbadov 5 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edib. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi ona tam bəraət alıb. Hakim Məhəmmədəli Rzayevin məhkəmə-hüquq sisteminin tarixinə “qızıl” hərflərlə “imza” atdığı bu qərara Şahmar İbadovun zərərçəkmişin ailəsinə hədiyyə etdiyi təzə avtomobil mühüm rol oynayıb. Şahmar İbadovun o biri Totu ləqəbli oğlunun isə 555 qeydiyyat nişanlı milyon manatlıq avtomobil kolleksiyası var. Bir sözlə, Şahmar İbadov və oğlanları bu məmləkətdə nə lazımdırsa edirlər. Bunlar üçün qayda-qanun-zad kağız üstündədir. Məlumata görə qalmaqallı tarixçəyə malik İbadov rayonların birinə icra başçısı və ya nazir müavini getməyə hazırlaşır.

aztoday.az

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Bakı şəhəri, Pirallahı rayon sakini Vüsalə Suvarova icra başçısı Vasif İmanovdan şikayətçidir.

O bu barədə "Bakupost" TV -yə müsahibəsində bildirib.

V.Suvarova deyib ki, atası Suvarov Vəfalı Gülhəsən oğlu 1994-cü ildə Ağdamın Güllücə kəndinə şəhid olub.

Vüsalə Suvarovanın sözlərinə görə, atası müharibəyə getməzdən öncə ona yaşadıqları binanın qarşısında torpaq sahəsi verilib:

"Atam şəhid olduğu üçün uzun müddət həmin ərazidə heç bir iş görə bilmədik. 2011-ci ildə isə atamın şəhidlik puluyla orada obyekt tikdik və saç ustası kimi fəaliyyət göstərməyə başladım. 2013-cü ildə Vasif İmanov Pirallahı rayonuna icra başçısı təyin ediləndən sonra bizimlə görüşdü ki, sizin obyektinizi sökməliyəm, yerində uşaq meydançası salınacaq. O, bunun qarşılığında bizə başqa yerdə obyekt verəcəyini vəd etdi".

Amma icra başçısı vədinə əməl etməyib. Nə sökülən tikilinin əvəzinə nəsə verilib, nə də həmin sahədə uşaq meydançası tikilib:

"Düz 11 ildir, icra başçısı bizi süründürür, hörmətsilik edir, aşağılayır. Mənim atam bizi dövlətə etbar edib, gedib şəhid olub. Dövlətsə dəstək olmaq əvəzinə əmlakımızı əlimizdən alır, yeganə çörək yerimizi qapadır".

Daha ətraflı videoda:

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

“Bravo” marketdə vaxtı keçmiş məhsul satılır.
"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY
Bakupost.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.

"Bravo"da vaxtı keçmiş məhsul satılır

Görüntülərdə məlum olur ki, vaxtı keçmiş məhsulun tarixi yenilənərək yenidən satışa çıxarılıb.
Qeyd edək ki, dəfələrlə mətbuatda və sosial şəbəkələrdə bu kimi şikayətlər olunur.

VİDEOYA baxmaq üçün BURA TIKLAYIN...My Webpage

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU