Ağdamda 1700 manata satılan MÖHLƏT HÜQUQU... - ŞOK SƏS YAZISI

12:03 21.09.2019 653
Ağdamda 1700 manata satılan MÖHLƏT HÜQUQU... - ŞOK SƏS YAZISI

Bugünlərdə redaksiyamızın elektron poçtuna SHXÇDX-nin Ağdam rayon idarəsində yaşanan biabırçılıqlarla bağlı xeyli məlumatlar daxil olub. Daxil olan məlumatların mahiyyəti ilə tanış olduqda o da bəlli oldu ki, sən demə adı çəkilən dövlət qurumuna rəhbərlik edən Elxan Feyziyev, Ağdam rayon idarəsini əməlli-başlıca “kolxoz bazarı”na çevirib. Yəni, bu şəxs müharibə şəraitində yaşayan dövlətimizdə bir çox gənclərin, bu gün də hərbi xidmətdən yayınmalarına “yaşıl işıq” yandırmaqdadır. Onu da unutmayaq ki, ərsəyə gətirdiyi “kolxoz bazarı”na kənardan “bazarkom” gətirməyən idarə rəisi, adicə altı aylıq möhlət vaxtını “bazar”da 1700 manata “satışa çıxarır”. Məlumatlı şəxsin redaksiyamıza göndərdiyi başqa bir məlumatlarda o da qeyd olunur ki, nədənsə Elxan Feyziyevin “bazarlıq etdiyi” şəxslərin hər biri “jirnı kliyentlər” olur. Rayonun strateji sahələrindən birinə rəhbərlik edən bu şəxsin “sonuncu kliyentlər”indən biri də, məhz Ağdam rayon Sukanal idarəsinin müdiri Vüqar Qəhrəmanovun olduğu söylənilir. Belə ki, daxil olan məlumatlarda o halın varlığı da vurğulanır ki, rayonun Sukanal idarəsinə rəhbərlik edən bu şəxsin oğlu Vüsal Qəhrəmanzadə, BDU-nun beynəlxalq münasibətlər fakültəsinin sonuncu kursunu başa vurub. Amma, oğul Qəhrəmanov nədənsə “qəhrəmanlıq göstərib” sahib olmaq istədiyi diplomunu heç cür əldə edə bilmir. Buna da əsas səbəb, onun əvvəlki kurslardan qalmış beş “kəsr”inin olmasıdır. Məsələnin düşündürücü tərəfi odur ki, 18 yaş həddini çoxdan keçmiş Vüsal Qəhrəmanzadə, bu gün nə BDU-dakı problemlərini qaydaya sala bilir, nə də ki, Vətən qarşısındakı xidməti borcunu yerinə yetirir. Buna da bir çox amillərin varlığı səbəb olur.



Vüsal Qəhrəmanzadənin bu gün hansı səbəbdən həqiqi hərbi xidmətdə olmaması ilə bağlı atası Vüqar Qəhrəmanova sual ünvanladıqda o, “komissara” 1700 manat pul verib altı ay müddətinə möhlət vaxtı almışıq” cavabını verdi. Bu yöndə apardığımız araşdırmalar zamanı belə bir məlumata da sahib ola bildik ki, sən demə qeyd olunan “haqq-hesabı” Ağdam rayon idarəsinin rəisinə, Sukanal idarəsi müdirinin tapşırığı əsasında, adı çəkilən vəzifə sahibinin sürücüsü Cəsarət adlı şəxs çatdırır. Elə ki, qarşı tərəf olaraq “komissar”dan da daxil olan məlumatlara münasibət bildirməsini xahiş etdik, o halda o, “Vüsal Qəhrəmanzadə ilə bağlı araşdırmalar aparacağıq”, az sonra isə, “təqdim etdiyi xəstəlik kağızı əsasında ona möhlət vaxtı verilib” deyə cavab verdi. Verilmiş belə bir cavabların varlığı, məhz bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olur. Onu da bildirək ki, redaksiyamızda adı çəkilən vəzifə sahibləri ilə danışdığımız bütün danışıqların səsyazması var.
Düşünürük ki, dərc etdiyimiz belə bir açıqlamadan sonra SHXÇDX-nin rəisi, general Arzu Rəhimov, Ağdam rayon idarəsindəki “kolxoz bazarı”nın varlığı, yəni altı aylıq möhlət vaxtının 1700 manata “satışa çıxarılması” faktının və digər addımların araşdırılması yöndə aidiyyəti üzrə lazım olan tapşırığını verəcək. Yəqin ki, o halda əksər mətləblər hər kəsə gün təki aydın olacaq.

P.S. Hörmətli oxucular! Yaşanan belə bir olaylarla bağlı hələlik Ağdam rayon Sukanal idarəsinin müdirinə sürücü işləyən Cəsarət adlı şəxsin, danışdığı danışıqların səsyazmasını sizlərə təqdim edirik. Az sonra isə, Ağdam rayon Sukanal idarəsinin müdiri Vüqar Qəhrəmanovun danışıqları danışıqların səsyazmalarını sizlərə təqdim etməyə çalışacağıq.
Mövzuya qayıdacağıq. Odur ki, bizi izləməyi unutmayın. //deryaz.az//
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış