"Nəsimi rayon İcra Hakimiyyəti başçısına dəfələrlə yazılı müraciətlərimizi təqdim etsək də..." - GİLEY

13:13 14.08.2019 540
"Nəsimi rayon İcra Hakimiyyəti başçısına dəfələrlə yazılı müraciətlərimizi təqdim etsək də..." - GİLEY

Nyus.Az saytının redaksiyasına Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev-39 (əvvəlki 29) və Vidadi küçəsi, ev-189 (eyni bina) ünvanda yaşayan sakinlər tərəfindən şikayət ərizəsi daxil olub. Qeyd olunan ünvanlarda yaşayan sakinlərin redaksiyamıza təqdim etdikləri şikayət ərizəsində bildirilir ki, “Bizim yaşadığımız mənzillərin yerləşdiyi bina tarixi memarlıq abidəsidir və bir əsrdən çox yaşı var. 2009-cu ildə cənab Prezidentin Bakı şəhərinin abadlaşdırılması məqsədilə verdiyi tapşırıq əsasında, yaşadığımız bina ARDNŞ tərəfindən kosmetik də olsa təmir olundu. Yəni, binada heç bir əsaslı təmir-bərpa işləri həyata keçirilmədi. Belə ki, hal-hazırda yaşadığımız binanın dəhlizlərinin tavanı uçub, bu da biz sakinlərin həyatı üçün birbaşa təhlükə deməkdir. İlin payız, yaxud da qış fəslinin gəlişi bir kimsəni sevindirmir. Çünki, navalçaların olmaması səbəbindən yağmurlu günlərdə yağış suaları tavandan başımıza tökülür. Belə bir halın varlığı səbəbindən dəhlizlərdən mənzilimizə ötüb keçə bilmirik. Hətta elə hallar da olub ki, dəhlizlərin tavan hissəsindəki ağac parçaları çürüdüklərindən, dəfələrlə ağac parçaları başımıza düşüb. Bu da hər sakinin həyatı üçün təhlükə deməkdir. Bundan əlavə, yaşadığımız binanın həyət tərəfinin girəcəyində bir neçə zibil yeşikləri yerləşdirilib ki, bu da antisanitariyanın baş alıb getməsinə şərait yaradır. Çünki, yaşadığımız binanın yaxınlığındakı beş bina sakinlərinin, ərazidə fəaliyyət göstərən kafe-restoranların, marketlərin zibilləri, məhz həmin zibil yeşiklərinə atılır. Belə bir halın varlığı səbəbindən də, zibil yeşikləri siçovulların yaşadıqları ünvana çevrilir, əmələ gələn üfunətli iy-qoxunun təsirindən həyətə çıxmaq mümkün olmur. Hətta, elə hallar da olub ki, yuxarı mərtəbələrdən atılan siqaret kötükləri zibil yeşiklərinin alovlanması ilə nəticələnib. Yaşadığımız binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Gladiator” disko-klubdan ətrafa yayılan səs-küyün varlığı, məhz dərdimizin üstünə yeni bir dərd gətirməkdədir.
Bu cür xoşagəlməz problemlərin həlli məqsədilə, bugünə kimi Bakı şəhər İcra Hakimiyyəti, Mənzil-Kommunal Təsərrüfatı Departamentinə, Nəsimi rayon İcra Hakimiyyəti başçısına dəfələrlə yazılı müraciətlərimizi təqdim etsək də, hər dəfə ünvanladığımız müraciətlərimizə başdansovdu cavablar veriblər. Bu da Bakı şəhərinin mərkəzi ərazilərindən birində yaşayan biz sakinlərin Konstitusiya ilə qorunan hüquqlarımızın tapdaqlar altına atılması deməkdir”.
Biz müstəqil bir media qurumu olaraq qeyd olunan ünvanda yaşayan sakinlərin üz-üzə qaldıqları problemlərin aktuallığını dərk edib, ərazidə müəyyən çəkilişlər həyata keçirdik. Yəni, o halın şahidi olduq ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev-39 (əvvəlki 29) və Vidadi küçəsi, ev-189 (eyni bina) ünvanda yaşayan sakinlər, bu gün də olmazın problemlərlə üz-üzə qalıblar. Amma, onu da unutmaq olmaz ki, qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə görə, ərazidə yaşayan sakinlərə məxsus yaşayış evlərinin ümumi istifadəsində olan hissəsinin təhlükəsiz olmasında, təmizlik işlərinin həyata keçirilməsində və digər addımların atılmasında, yerli icra hakimiyyəti orqanlarının üzrərinə böyük məsuliyyət düşür. Mövcud qanunvericilik belə bir halın varlığını tələb etsə də, nədənsə Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov və digər dövlət qurumlarının rəhbər şəxsləri, bu gün də problemlərin varlığına biganə yanaşmaqdadırlar. Məsələnin təəccüb doğuran və hər kəsi düşündürən tərəfi ondan ibarətdir ki, Bakı şəhərinin aparıcı rayonlarından birinə rəhbərlik edən Asif Əsgərov, hal-hazırda rayon sakinlərinə məxsus problemləri həll etmək əvəzinə, öz düşüncələrinə uyğun idarəçiliyini həyata keçirməkdədir. Məsələn, əldə etdiyimiz bəzi məlumatlara görə, adı çəkilən vəzifə sahibi Nəsimi rayonu ərazisində əmələ gələn problemlərin KİV nümayəndələri tərəfindən ictimailəşdirilməsinin qarşısını almaq üçün, zamanında qabaqlayıcı tədbirlərini görür. Bu yöndə atılan addımların varlığına baxmayaraq, müstəqil media qurumu olan Nyus.Az saytı hər zaman olduğu kimi, bu gün də sadə sakinlərə məxsus problemlərin həllinə nail olmaq üçün, lazımi addımlarımızı atmağa qərar verdik. Düşünürük ki, məqalənin dərcindən sonra Nəsimi RİH-nin rəhbər şəxsləri qeyd olunan ünvana baş çəkib, sakinlərə məxsus problemlərin aradan qaldırılması yöndə lazımi addımlarını atacaqlar.
Bu gün qeyd olunan ünvanda yaşayan sakinlərin redaksiyamıza göndərdikləri video-çəkilişlərdən də aydın olur ki, 9 avqust günü səhər saatlarında yağan aramsız yağış suları sakinlərə olmazın problemlər əmələ gətirib. Bir anlığa həmin video-çəkilişə diqqət yetirməklə, məhz ümumi vəziyyətin hansı durumda olmasını müəyyən etmək heç də çətin deyil.
Problemlərin varlığını diqqətdə saxlayacağıq.


Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ