Oliqarx ola bilməyən Məmmədovun gizli zavodu üzə çıxdı – SENSASİON VİDEO

12:27 31.01.2019 610
Oliqarx ola bilməyən Məmmədovun gizli zavodu üzə çıxdı – SENSASİON VİDEO

Rasim Məmmədovun “Baku Steel Company”dən(BSC) uzaqlaşdırılması, ona göstərilən etimadın itməsi ilə bağlı məlumatlar yayıldığı bir vaxtda daha bir maraqlı məlumat ortaya çıxıb. Belə aydın olur ki, Rasim Məmmədov illərdir ki, “obşiy katyol”a “atıb” gizli pul qazanıb, digər tərəfdən “Baku Steel Company”dən birdəfəlik uzaqlaşdırılacağı zaman özünə ehtiyat variant hazırlayıb. Belə olmasaydı, “Baku Steel Company” kimi böyük bir zavoda rəhbərlik edən Rasim Məmmədovu Suraxanıda eyniprofilli zavod saxlamağa nə vadar edib? Bəli, səhv eşitmədiz, Rasim Məmmədov Suraxanı rayonu ərazisində böyük bir zavod saxlayır və həmin zavod “Steel Company” adlanır.

Onun gizli zavodunda işləmiş, adının çəkilməsini istəməyən həmsöhbətimiz AzEuroNews.com-a deyib ki, Rasim Məmmədov Bakıda metallurgiya zavodlarına və sexlərinə hucum etdiyi günlərdə həmin zavodu qurulub. Orada illərlə 3 növbəli iş rejimi tətbiq olunub.

Oliqarx ola bilməyən Məmmədovun gizli zavodu üzə çıxdı – SENSASİON VİDEO
Rasim Məmmədov
Yada salaq ki, Rasim Məmmədov 2010-cu ilin əvvəlindən başlayaraq Azərbaycanda metallurgiya sahəsini inhisara almaq üçün hərəkətə keçib. Ötən illər ərzində buna əsasən nail olub. Onun rəhbərlik etdiyi dazbaşlar dəstəsi metallurgiya ilə məşğul olan sahibkarların obyektlərinə reyder hucumları edib, işi məcburi qaydada dayandırıblar. Sahibkarların qara metal ehtiyatları qanunsuz olaraq əllərindən alınıb, metal istehsal edən avadanlıqlar sökülərək “Baku Steel Company”nin sobalarında əridilərək məhv edilib. Metallurgiya sahəsindəki rəqibləri sıradan çıxarmaqla, həbsə aldırmaqla Rasim Məmmədov əsasən bu sahəni inhisara ala bilib. Həmin günlərdən başlayaraq o, adının önünə oliqarx sözünü əlavə edib. Özünü orda-burda oliqarx adlandırmaqla oliqarxa çevirildiyini düşünüb. Bu gün küçəyə çıxıb “oliqarx Rasim Məmmədovu tanıyırsınızmı ?” sorğusu keçirsək, cavab da bəllidir. Adam daha çox metallurgiya obyektlərinə basqın edən dəstəsinin başçısı kimi tanınır.

Başqa necə ola bilərdi? “Youtube”-da Rasim Məmmədov başçılıq etdiyi hücumları haqda kifayət qədər tutarlı videolar var.

Məmmədov hərəkətlərinə haqq qazandırmaq üçün illərdir ki, yuxarıları inandırmağa çalışıb ki, metallurgiya sahəsində olan digər zavodlar guya onun “BSC”dəki işinə mane olur. Buna görə də həmin zavodların bağlanması dolayısı ilə ölkədə metallurgiya sahəsinin bərpasına xidmət edəcək. Ötən 9 il ərzində bu sahədə yaranmış durum göz qabağındadır. Barbar yanaşma metallurgiya sahəsinin dizini yerə gətirib. Rasim Məmmədov hədsiz varlanıb, iştahını saxlaya bilməyib və özünə gizli zavod belə açıb.

Rasim Məmmədovun gizli zavod saxlaması maraqlı mətləblərdən xəbər verir. Həmin zavod “Suraxanı Əməliyyat Şirkətinin” bir addımlığındadır. Hazırda gizli zavodda iş gedir, sexlərdə metal əridilir, armatur çəkilir. Rasim Məmmədov gizli zavoduna “Steel Company” adını verməsini də təsadüfi saymaq olmaz. O, gizli zavodun adını “Baku Steel Company”nin adına uyğunlaşdırmaqla vergi, ekologiya və digər nazirliklərin sorğu-sualından yayınmağa müvəffəq olur. Ona yaradılan şəraitdən özünün varlanması üçün eninə-geninə istifadə edir. Deyəsən onun həddən artıq varlanmasını “yuxarılar” da seziblər.

Bu arada araşdırmaçı-jurnalist Hafiz Babalı Rasim Məmmədovun “BSC”-dən uzaqlşadırılmasını təsdiqləyən məlumatlar paylaşıb. Babalı iddia edir ki, “Nyu Sfera” şirkətlər qrupunun sahibi və rəhbəri İman Nəsirulla oğlu Quliyev “Baku Steel Company” MMC-yə nəzarət etməyə başlayıb. Nəzarət “Politon” MMC vasitəsilə həyata keçirilir: “Hüquqi Şəxslərin Reyestrinə əsasən, İman Quliyev yaxın vaxtlarda yarandığı gündən BSC-nin payçıları sırasına daxil olan “Politon” şirkətinə rəhbərlik edir. Şirkət 2009-cı ilin iyun ayında təsis edilib. Elə o zaman İqtisadiyyat Nazirliyi onların BSC-də 50 faiz pay iştirakını əldə etməyə razılıq verib. Dünyanın aparıcı analitik nəşrləri və beynəlxalq təşkilatlar (Bloomberg, OECD və s.) qeyd edirlər ki, BSC “Politon”un nəzarətindədir. Hüquqi Şəxslərin Reyestrinə əsasən, İman Quliyev həmçinin “Nyu Sfera Turism” və “Nyu Sfera Nəqliyyat” şirkətlərinə rəhbərlik edir. “Nyu Sfera şirkətlər qrupu” MMC 1992-ci ildən fəaliyyət göstərir. Ora həmçinin “Nyu Sfera İnşaat” MMC, “Nyu Sfera Art”, “Nyu Sfera Ticarət” də daxildir. Qrupa “Xalqlar Dostluğu” ticarət mərkəzi, İsmayıllı rayonunda “Green House” turizm mərkəzi, Bakıda dörd şadlıq sarayı və restoran daxildir. İman Quliyev həmçinin Ukraynada unüyüdən kompleks inşa edib”.

Belə görünür ki, Rasim Məmmədov adının qarşısına əlavə etdiyi oliqarx adını doğrulda bilməyib. Əvəzində ona “stavka” edənlərə də “ata” bilib. Belə olmasaydı İman Quliyevin onun yerinə gətirilməsi hansı zərurətdən doğub? (AzEuroNews.com)

Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu

14:40

Heydər Əliyev Fondunun tiktirdiyi məktəb binasından şagirdlər yenidən qəzalı binaya qaytarılır - FOTO/VİDEO