“Vaxtilə adı gələndə bəzilərinin əl-ayağı əsirdi, bu ğun isə oğlu ölkədən çıxa bilmir...” - Çovdarovla bağlı YENİ GƏLİŞMƏ...

10:44 1.12.2023 61
“Vaxtilə adı gələndə bəzilərinin əl-ayağı əsirdi, bu ğun isə oğlu ölkədən çıxa bilmir...” - Çovdarovla bağlı YENİ GƏLİŞMƏ...

Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M.) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarova məxsus olduğu deyilən “Evrostroy-S.S” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC), “Zaman-İ” Mənzil Tikinti Kooperativi (MTK) və SİPARK Yaşayış Kompleksinin rəhbəri Taleh Abbasov məhkəməyə verilib.

“Qaynarinfo”nun məlumatına görə, Taleh Abbasovla bağlı məhkəməyə “Yapı Kredi Bank Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (QSC) müraciət edib. Cavabdeh qismində iş adamının şərikləri - Rizvan Əhməd oğlu Abdullayev, Seymur Nizami oğlu İsayev, İsmayıl Əziz oğlu Ələsgərov, Rəşad Cəmil oğlu Abbasov və Ramin Bəxtiyar oğlu Məmmədovdur. Cavabdeh qismində olan şirkətlər isə “Zaman-İ” MTK və “Evrostroy-S.S” MMC-dir. İşin mahiyyəti maddi ziyanın ödənilməsindən ibarətdir. Bir neçə gün əvvəl Bakının Binəqədi rayon sakini A.Ağayev “Evrostroy-S.S” MMC-nin rəhbəri Taleh Fəmail oğlu Abbasov və onun şəriki Seymur Nizami oğlu İsayev tərəfindən dələduzluğa məruz qaldığını iddia edib. A.Ağayev Taleh Abbasovun ona satdığı mənzilləri mənimsədiyini, həmçinin əlavə olaraq külli miqdarda pul aldığını deyib. “Evrostroy-S.S” MMC-nin hazırda dövlət büdcəsinə 8 milyon 969 min 636 manat 7 qəpik vergi borcu var. Qeyd edək ki, bu şirkətlərin Akif Çovdarova məxsus olduğu deyilir.

Akif Çovdarov 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib, general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilib. Dövlət başçısının sərəncamı ilə general rütbəsindən məhrum olunaraq əsgər rütbəsinə endirilib. Akif Çovdarov 2020-ci ildə imzalanmış əfv sərəncamı ilə azadlığa buraxılıb.

Akif Çovdarovun şirkətlərinə qarşı hücumdan az əvvəl Bakı Kommersiya Məhkəməsi onun oğlu Ruslan Çovdarovun ölkədən çıxışına “stop” qoyub. Buna səbəb isə icra orqanının rəhbəri Ruslan Çovdarova qarşı xüsusi icraat - vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) barədə tələb irəli sürməsi idi.

Ruslan Çovdarov atası vəzifədə olduğu dövrdə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsində sektor müdiri işləyib. 2015-ci ildə Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan dərhal sonra Ruslan Çovdarov da ərizəsi ilə işdən ayrılıb, 1 ay sonra isə atası həbs edilib. Akif Çovdarovun özü ilə yanaşı oğlu Ruslan da istintaqa cəlb olunub. İstintaq zamanı Çovdarovların çox böyük varidata sahib olduqları bəlli olmuşdu. Məhkəmə hökmü ilə həmin varidata sahiblənmək üçün Akif Çovdarovun vəzifəsindən sui-istifadə etməklə çeşidli cinayətlər törətdiyi əksini tapıb.

Akif Çovdarov Bakı Hərbi Məhkəməsinin hökmü ilə ittiham üzrə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. Hökmə əsasən, Akif Çovdarovun general rütbəsinin alınması ilə bağlı ölkə prezidentinə təqdimat göndərilməsi barədə xüsusi qərar da çıxarmış və icra olunmuşdu. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, vəzifədə olarkən sui-istifadə hallarına yol verən, Azərbaycan Respublikası adından çıxarılan məhkəmə hökm və qərarlarına hörmət etməyən, özünü qanunlardan üstün hesab edən hər kəs nəticə etibarı ilə qanuna, məhkəməyə möhtac qalır: “Akif Çovdarov vəzifədə olarkən etdiyi qanunsuzluqlar məhkəmə hökmü ilə təsdiqlənib. Halbuki Akif Çovdarov vəzifədə olarkən qanunsuzluq etməsəydi, vəzifəsindən sui-istifadə etməsəydi, bu gün onun, oğlunun bunca problemləri də olmayacaq. Məsələ burasındadır ki, Azərbaycanda vəzifəyə təyin olunan bir çoxlarının təfəkkürü olduqca dardır, hətta orta əsrlərdəki feodallardan fərqlənməyənləri də var. Bu adamların düşüncələrinə görə vəzifə çapıb-talamaq, başqalarının hüquqlarını pozmaqla şəxsi varidat toplamaq üçün vasitədir. Və bu cür yanaşma ilə vəzifədə qalıb qanunsuzluq edənləri Akif Çovdarovun hazırda düşdüyü durum gözləyir. Biganəlik, süründürməçilik, bürokratizmə meyllilik Azərbaycan məmurunun gündəlik həyat tərzi olmamalıdır. Vəzifələrdə olanların bir çoxlarının hesabatsızlığı, məsuliyyətsizliyi, kobudluğu var. Bilirlər ki, onlarla vətəndaş arasında bir ciddi bağlılıq yoxdur. Eyni zamanda cəzasızlıq mühiti də var. Normal olmayan davranışlarına, yaxud da öz vəzifə səlahiyyətlərini yerinə yetirməmələrinə görə uzun müddət cəzasız qalırlar və bu mühit ümumilikdə ölkədəki münasibətlərə təsir edir. Akif Çovdarov nümunəsində biz gördük ki, kimsə qanundan üstün deyil. Vaxtilə onun adı gələndə bir çoxlarının əl-ayağı əsirdi, buğun isə Akif Çovdarovun oğlu ölkədən çıxa bilmir, onun özü generaldan əsgərə qədər endirilib, təltifləri alınıb, əmlakları ilə bağlı məsələ də göz qarşısındadır”.

Natiq Ələsgərov təəssüflə qeyd edib ki, məmurların davranışlarının qarşısının alınması üçün məhkəmə-hüquq islahatların real olaraq dərinləşməsinə çox ciddi ehtiyac var: “Qanunvericilik, icra və məhkəmə hakimiyyəti, o cümlədən 4-cü hakimiyyət sayılan kütləvi informasiya vasitələri arasındakı sərhədlər itmiş vəziyyətdədir. Faktiki olaraq hakimiyyət strukturları bir-birilərinə inteqrasiya edərək vahid quruma çevriliblər. Məhz buna görədir ki, korrupsiya, vəzifəli şəxslərin özbaşınalığı səmərəli şəkildə araşdırılmır. Məmurların əməlləri hüquqi qiymətini almır və qanunsuzluqların kökünün kəsilməsi üçün tədbirlər kəsərli olmur”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:07

"Bizi aldatdılar ki, axşam çıxaracağıq, sabah çıxaracağıq..." - Bakı Sağlamlıq Mərkəzi adlı QƏSSABXANA...

16:46

Prezidentdən Əsgər Rəsulovla bağlı sərəncam

15:58

"SOCAR" yanacaqdoldurma məntəqəsində 70 litr benzin tutan maşının çəninə 83 litr benzini necə vururlar? - Göz görə görə cibimizə belə girirlər...

15:51

Dövlət Eyvaz İsmayılovun nazı ilə ÇOX OYNAYACAQ?

13:47

Sumqayıt məktəblərində direktorların işçilərinə qarşı qərəzli yanaşması gündəm edilir

11:20

BAŞ DİREKTOR VƏ MÜAVİNİNƏ BU İTTİHAM DA VERİLƏ BİLƏR - ŞOK İDDİA

10:50

Emin Əmirullayevin oliqarx balalarını yüksək vəzifələrə təyin etməsinin arxasında nə dayanır? - Yenə köhnə AB-HAVA?..

10:18

Şərikləri həbsdə olan “Teymuroğlu” MTK-nın sahibləri yenə də DİNC OTURMUR? - Məhkəməyə verildilər...

09:28

Rəşid Bədəlovun satınalma müqaviləsi bağladığı MMC-lər iki-üç aydan sonra niyə ləğv edilib? - İLGİNC FAKTLAR

21:46

Berlindən sonra səkkiz kənd: Mövcud variant - ŞƏRH

21:45

Berlindən sonra səkkiz kənd: Mövcud variant - ŞƏRH

16:48

Ziya Məmmədovun oğlu Londonda 2 milyon dollar zərərə düşüb

16:27

“Xaricdən alınan benzin əhaliyə 2 dəfə baha satır” – Ekspert qiymətləri açıqladı

15:57

Xalq artisti gənc həmkarlarına SƏSLƏNDİ: - "Musiqimizi bəsitləşdirməyin"

15:31

Saxta yolla ömürlük pensiya almaq istəyirdi, pulundan oldu... - MÜRACİƏT

14:42

Hakim Əli Məmmədov iki tikinti dələduzunu müdafiə edir - yeni ədliyyə nazirinə faktlar...

13:51

Azərbaycanda yeni fond YARADILDI

13:34

Ramin Abdullayevdən bezən gəncəlilər ədalət axtarışında: "Korrupsiya bitmir"

12:15

“Veysəloğlu Şirkətlər Qrupu”nun direktoru vəzifəsindən gedib - 2020-ci ildən bəir idi ki...

11:45

"Ziraat Bank Azərbaycan"ın İdarə Heyətinə yeni təyinat olub - BUNDAN SONRA...

11:03

Şərurda sakinlər buna görə NARAZILIQ EDİR - TƏFƏRRÜAT

10:27

"Kənd məhsulları" adı ilə aparılan oyunlar - "Kərə yağı" aldım "Sana" çıxdı

09:46

İLGİNC: Naxçıvan Ali Məclisinin sədr əvəzi Anar İbrahimov öz adamını işdən çıxartdı - “Səxavəti” başına bəla olan məmurun sonu

09:24

“Bank of Baku” 190 minlik evi 63 minə satıb... - BU NƏDİ BELƏ?!

09:08

Bacıoğluya güvənən dayı... Şəmkirdə QOÇULUQ EDİR - ÖZBAŞINALIQ!

22:49

“Fransa terrorizmin ən fəal tərəfdarıdır” - Ərdoğan

22:11

Sabah bu ərazilərdə qaz olmayacaq

21:41

Daha bir azyaşlı...

19:24

Dövlətin adından verilən evin pulunu hərbçilərə ödədirlər - Sərhəd Qoşunlarının ehtiyatda olan zabitindən ŞOK İDDİA

18:57

Eldar Əzizovun “tender camaşırxanası”: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması”

15:42

TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ - Əmlak məmuru yediyini nə uda, nə də qaytara bilir

15:04

Atatürkün layihəsi bu ölkədə həyata keçirildi - Bütün dünyaya örnək oldu - FOTOLAR

14:29

İlham Əliyev bu şəhərə 8.1 milyon manat pul AYIRDI

13:51

Britaniya yəhudi icmasını qorumaq üçün 91 milyon dollar ayıracaq