İrəvan niyə Moskvadan “azərbaycanlı casusun” tutulmasını tələb etmir? - İLGİNC

21:20 21.11.2023 26
İrəvan niyə Moskvadan “azərbaycanlı casusun” tutulmasını tələb etmir? - İLGİNC
İrəvanda yeganə sinaqoq olan “Mordexay Ha-Navi” yenidən təhqir edilib. Noyabrın 16-da İrəvanda naməlum şəxsin sinaqoqun qapılarını yandırmağa cəhd etməsi barədə məlumat yayılıb. Sosial şəbəkələrdə sinaqoqun yandırıldığını əks etdirən video yayılıb. Kadrlarda naməlum şəxs sinaqoqun yanındakı qarajın qapısına yandırıcı maddə tökərək onu yandırır, sonra isə sinaqoqun özünün qapısını yandırır.

Hətta bundan əvvəl, oktyabrın 3-də sinaqoq hücuma məruz qalmışdı. Naməlum şəxslər binaya içərisində spirt olan butulka atıb, pəncərələri sındırıb və binanın divarlarına ketçup töküblər.

Bir ayyarım vaxt keçdi və hadisə təkrarlandı. Belə görünürdü ki, məntiqlə ilk vəhşilik hadisəsindən sonra Ermənistan hakimiyyəti sinaqoqda təhlükəsizliyi gücləndirməli, təqsirkarların müəyyən edilməsi üçün araşdırma aparmalı idi. Lakin təəssüf ki, bunlar baş vermədi və hadisə yenidən təkrarlandı.

Daha bir açıq antisemitizm hadisəsi Ermənistan hakimiyyətini hadisəyə reaksiya verməyə məcbur etdi. Belə ki, Ermənistanın İnsan Hüquqları üzrə Müvəkkili Anait Manasyan baş vermiş hadisə ilə bağlı narahatlığını bildirib və qeyd edib ki, dini struktura hər hansı təcavüz yolverilməzdir və qınanmağa layiqdir: “Ermənistanda dini, milli və ya digər xarakterli ksenofobiyanın heç bir təzahürü yoxdur”.
İrəvan niyə Moskvadan “azərbaycanlı casusun” tutulmasını tələb etmir? - İLGİNC

Öz növbəsində, Ermənistan Baş nazirinin müşaviri və Ermənistanın milli azlıqlar üzrə şurasının sədri Artaşes Tumanyan qeyd edib ki, İrəvanda yəhudi sinaqoqunu yandırmaq cəhdi narahatlıq doğurur, xüsusən də bu hal birinci dəfə baş vermirsə. “Armenpress”lə söhbətində Tumanyan bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə şəraitini aydınlaşdırmaq üçün araşdırma aparır və hadisənin qəsdən törədildiyi sübuta yetirilərsə, Ermənistan hakimiyyəti hadisəni birmənalı şəkildə pisləyəcək.

“Əminəm ki, Ermənistan cəmiyyətinin də münasibəti eyni olacaq. Ölkəmizdə dini, milli və ya digər xarakterli ksenofobiyanın təzahürləri yoxdur. Cəmiyyətimizdə milli azlıqlarla bağlı tolerantlıq və qarşılıqlı hörmət mühiti hökm sürür. Üstəlik, milli azlıqların nümayəndələri ictimai həyatın bütün sahələrinə cəlb olunublar”, - deyə o söyləyib.

Lakin SSRİ-nin dağılmasından və ölkə müstəqillik əldə etdikdən sonra Ermənistanda gedən prosesləri nəzərə alsaq, əminliklə deyə bilərik ki, tolerantlığı, başqa xalqlara və mədəniyyətlərə hörməti qəbul etməyən erməni cəmiyyətində quduz millətçilik hökm sürür. Son onilliklər ərzində Ermənistanda antisemitizm halları çox tez-tez təkrarlanır. Eyni zamanda, antisemitizm faktları təkcə gündəlik səviyyədə deyil, Ermənistanın hakimiyyət nümayəndələri və ziyalıları arasında da qeydə alınır. Bu faktlar antisemitizmin Ermənistanda dərin kök salması fikrini təsdiqləyir.

Buna baxmayaraq, Ermənistanda sinaqoqun təhqir olunması ilə bağlı son halların xarici qüvvələrlə bağlı olduğunu düşünürlər. Məsələn, Ermənistanın Baş ravvini Qerşon-Meir Burşteyn bildirib ki, İrəvanda sinaqoqu yandırmaq cəhdi siyasi deyil, erməniləri antisemitizmdə yalandan ittiham etmək məqsədi ilə qurulan tamaşadır və nümayiş xarakteri daşıyır.

“Yanğın törədənlərin hərəkətlərinə, səhər saat 04.30-dan 05.30-a qədər olan bu hərəkətlərin vaxtına və yanaşmanın özünə əsaslanaraq əminliklə deyə bilərik ki, bu, sinaqoqa etiraz deyil, təxribatdır. Adətən nəyəsə etiraz edən gizlənmir, bunu açıq şəkildə, görünən üzlə edir”, - deyə ravvin baş verənləri izah etmək üçün kifayət qədər qəribə düstur seçib.

Burşteyn onu da diqqətə çatdırıb ki, videonun orijinal mənbəyi “ASALA Young” adlı “Telegram” kanalıdır, daha sonra Azərbaycanın “Qız qalası”, “Caspian Live” və digər kanalları onu yaymağa başlayıb.

İrəvandakı Yəhudi Evinin rəhbəri Nataniel Trubkin ravvinin sinaqoqların yandırılmasının təxribat olduğu fikrini bölüşür: “Bu, yəhudilərə qarşı deyil, Ermənistanı dözümsüz ölkə kimi təqdim etmək üçün onun özünə qarşı yönəlmiş növbəti aksiyadır. Mən sizi təxribatlara boyun əyməməyə çağırıram”.

Sinaqoqun təhqir olunması ilə bağlı Ermənistan İstintaq Komitəsi bəyanat yayıb və qeyd edib ki, dini bina ölkədə yaşamayan və Ermənistan vətəndaşı olmayan şəxs tərəfindən yandırılıb: “Hücum edən şəxs bütün hərəkətləri videoya çəkib və kadrlar dərhal Azərbaycanın “Telegram” kanallarından birində görünüb. Cinayətkar yanğından dərhal sonra Ermənistan ərazisini tərk edib”.

İstintaq Komitəsinin “Azərbaycan izi” versiyası da Ermənistanın bir sıra “Telegram” kanalları, o cümlədən hökumətyönlü “Baqramyan 26” kanalı tərəfindən yayılıb. Baxmayaraq ki, Ermənistan hakimiyyəti dərhal ölkəni tərk etmiş təxribatçının kimliyini müəyyən etdiklərini iddia etdiyi üçün onun pasport məlumatlarını bilməli və müvafiq olaraq onun saxlanılması üçün (getdiyi iddia olunan) Rusiya hüquq-mühafizə orqanları ilə əlaqə saxlamalıdırlar. Amma bunun əvəzində erməni nümayəndələri günahı özlərində yox, Rusiya və Azərbaycanı ittiham etməyə üstünlük verirlər.

Yuxarıda qeyd olunduğu kimi, antisemitizm erməni cəmiyyətində dərin kök salıb. Antisemitizmi qızışdırmaqla guya Ermənistana qarşı təxribatlar törətməkdə Azərbaycana qarşı səsləndirilən ittihamlarla əlaqədar olaraq, Ermənistanın yəhudi icmasının lideri Rimma Varjapetyan-Fellerin sözlərini sitat gətirmək istəyirəm.

Onun sözlərinə görə, son üç ayda Ermənistanda antisemitizmin artması tendensiyası müşahidə olunub: “Yəhudi icmasına qarşı yazılar dərc olunub, ravvinə qarşı təhdidlər edilib. Naməlum şəxs zəng edərək yəhidilərin “koşer” yeməyinin olub-olmadığını soruşub. Təsdiq aldıqdan sonra o, sobada bişmiş iki qızardılmış yəhudi sifariş verdiyini söyləyib”.

Bu siqnallara məhəl qoymayan Ermənistan hakimiyyəti son antisemitizm hadisəsini inkar etməyə çalışır, baxmayaraq ki, sinaqoqun təhqir olunmasına görə məsuliyyət daşıyan hər kəsə aydındır və bu hadisə sonuncu olmayacaq…


Müəllif: Asif Aydınlı - Mənbə: AYNA.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:36

Ən soyuq dekabr ayı 21 il əvvəl qeydə alınıb

20:11

HƏMAS Təl-Əvivə raket zərbələri endirdi

19:03

Ermənistan Türkiyə ilə QAPILARINI AÇIR... - Hər şey hazırdır...

17:31

Baş mühəndisi Fazil Həsənovun AİLƏ PODRATI... - İTTİHAM VAR...

16:19

10 ayda Azərbaycana 100 milyon dollar gətirən Elvin Şirinov kimdir? - İLGİNC

13:15

Sabiq hakimlə bağlı ilginc iddia - Masazırda torpaqları necə zəbt edib?

12:38

Azərbaycana təhlükəli dərman gətirilir - Rəsmi

09:40

Havalar soyuyur... QAZSA BAHA: NƏ ETMƏLİ? - LİMİT MƏNGƏNƏSİ...

09:10

"Hərbçilərin pensiya yaşının artırılması bütün hallarda ciddi narahatlıq doğuran məsələdir" - deputat

23:37

Paşinyan KTMT katibini qəbul etməkdən imtina etdi - ŞOK AÇIQLAMA

22:30

Zelenski yenidən prezident ola bilməz - Zelenskaya

22:09

Nazir Ermənistanın sülhə törətdiyi maneələrdən DANIŞDI

20:30

Siqaret bahalaşır, bu yerlərdə qadağan edilir...

20:07

Qəzada ölən türkiyəli boksçunun ürəyi Fəridə köçürüldü

15:41

Azərbaycanda mənzil dələduzluğunun qarşısını niyə almaq olmur?

14:59

Bu da sizin təriflədiyiniz UNEC... - NARAZILIQ VAR...

14:25

Kənd Təsərrüfatı Nazirliyinin qurumuna direktor TƏYİN EDİLİB - ƏMR

13:38

Keçmiş deputatın oğlu ilə şirkət arasında icarə qalmaqalı – Nə baş verib?

12:49

Direktor meşə ərazisində ağac deyil, taxıl əkir – Nəsimi Nəsibov Əmək Məcəlləsinə niyə əməl eləmir?

12:17

Zeynəb Xanlarovanın nəvəsinə VƏZİFƏ VERİLDİ

11:17

Vəzifədə təzə olsa da... - Köhnələrə MEYDAN OXUYUR

10:44

“Vaxtilə adı gələndə bəzilərinin əl-ayağı əsirdi, bu ğun isə oğlu ölkədən çıxa bilmir...” - Çovdarovla bağlı YENİ GƏLİŞMƏ...

10:10

Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər (VİDEO, FOTO)

09:42

BU NƏ SƏADƏT... BU NƏ İMKAN? -İLGİNC İDDİALAR...

09:03

Göygöl Rayon Mərkəzi Xəstəxanasının TENDER "ALIŞ-VERİŞİ" - FOTOLAR

08:36

“Sea Breeze”dəki davada adları keçən gənclər ifadə verdilər – MƏHKƏMƏ İŞİ

08:06

Rusiyada LGBT hərəkatı qadağan edildi

07:42

Emin Əmrullayev DÜZMÜ BUYURDU? - "Vətən övladlarının haqqını yeyən..."

23:18

“Məktəblər bağlana bilər?” sualına - Nazirdən cavab

18:31

Kənd məktəbləri niyə boşalır? - HƏQİQƏTƏN DƏ...

18:07

FHN məmurunun xidməti maşını ilə yarım milyon oğurlanıb

17:47

“SİPARK” MTK sakinləri süründürür - GİLEY

17:29

İnstitutda professorlar arasında DAVA - Elmlər doktoru Elmi Şuradan qovuldu

17:23

Emin Ağalarov Bakıda daha 2 yaşayış binası inşa edir - TƏFƏRRÜAT