Laçında işləyən ustalar əməkhaqlarını ala bilmədiklərini deyirlər

09:07 20.11.2023 26
Laçında işləyən ustalar əməkhaqlarını ala bilmədiklərini deyirlər

Şirkət rəhbəri işçilərə təqdim etdiyi nömrəsini söndürüb, əlaqə saxlamaq olmur

“9 nəfər birlikdə 560 kub torpaq yaydıq, onun da pulu verilmədi. Pulumuzu istədik, təhqir etdilər” - işğaldan azad olunan Laçının Zabux kəndindəki tikinti işlərində işləyən ustalar əməkhaqlarını ala bilmədiklərini deyirlər.

Abzas Media-ya danışan Qalib Məhəmmədov deyir ki, onlar sentyabrın 10-dan etibarən Laçında işlərə qoşulublar:

“Biz iki aydan çox idi ki, Laçının Zabux kəndində işləyirdik. Hamımızı ora “Xan” MMC-nin rəhbəri Abbas Xıdırov dəvət edib. 9 nəfər idik. Şərait çox pis idi, tualet və hamam yox idi. Hətta bir həkim, bir dərman da yox idi. Kimsə xəstələnsə, qalacaqdı pis vəziyyətdə. Hazırda mənim ayaqlarımda yara da əmələ gəlib. Amma buna baxmayaraq biz ardıcıl şəkildə işimizi işləyirdik. Səkiləri hazırlayırdıq, yolun hərəkət hissəsini kənarlardan ayıran meneələri quraşdırırdıq.

Avansla işləyirdik. Başqa yerlərdə düzülən daşların metrəsinə görə 5 manat veriləndə, bizə 3 manatdan hesablanıb verilirdi. Hardasa 9-10 min manata qədər pulumuzu vermirlər. Hamımız şikayətçiyik” – o bildirir.

Q.Məhəmmədov deyir ki, evlərində işləyən təkcə odur. Əməkhaqlarının verilməməsi, onlara əlavə çətinliklər yaradıb:

“Evdə anamdır, bacımdır, mənəm. İki aydır kirayəni verə bilmirik. Kirayəyə 480 manat borcum var. Əlavə də başqa adamlardan borca pul götürmüşəm, çünki evdə dolanışığımız ağırdır, qida problemləri də olur” – deyə o bildirib.

Tikinti işlərində işləyən Fəzail Kərimov da deyir ki, onlar işlədikdən sonra əməkhaqları verilməyib. Onun sözlərinə görə əməkhaqlarının verilməməsinə görə o da borca girməli olub:

“Mənə 3 min manata qədər pul verilməlidir, verilmir. Evdə tək işləyən mənəm. Uşağım universitetdə oxuyur. Mən onun illiyini vermək üçün 1500 manata qədər borca girdim. Evdə də dolanışığımız çox ağırdır” – deyə o bildirib.

Açıq mənbələrdə “Xan” MMC kimi təqdim edilən şirkətlə bağlı məlumat tapmadıq. Məsələ ilə bağlı MMC-nin rəhbəri olduğu bildirilən Abbas Xıdırovla əlaqə saxlamağa çalışsaq da, onun telefonu sönülü idi.

Mətbuatda zaman-zaman işğaldan azad olunmuş ərazilərdə tikinti işlərində işləyib əməkhaqlarını ala bilməyən şəxslərin şikayətləri dərc olunur.

Dövlət Əmək Müfəttişliyi Xidməti Abzas Media-nın Qarabağda tikinti işlərində işləyən şəxslərin əmək hüquqları ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, bununla bağlı rəsmi müraciət daxil olmayıb: 

"Ötən dövrdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə işğaldan azad olunmuş ərazilərimizdə işləyən işçilərin əmək hüquqlarının pozulması ilə bağlı rəsmi məlumat daxil olmayıb. Məlumat üçün bildirək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə bu ilin aprel ayından başlayaraq 74 işəgötürən üzrə1500-ə yaxın işçiyə əməyin mühafizəsinə dair maarifləndirici tədbirlər keçirilib" - deyə cavabda bildirilib.

Abzas Media
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:36

Ən soyuq dekabr ayı 21 il əvvəl qeydə alınıb

20:11

HƏMAS Təl-Əvivə raket zərbələri endirdi

19:03

Ermənistan Türkiyə ilə QAPILARINI AÇIR... - Hər şey hazırdır...

17:31

Baş mühəndisi Fazil Həsənovun AİLƏ PODRATI... - İTTİHAM VAR...

16:19

10 ayda Azərbaycana 100 milyon dollar gətirən Elvin Şirinov kimdir? - İLGİNC

13:15

Sabiq hakimlə bağlı ilginc iddia - Masazırda torpaqları necə zəbt edib?

12:38

Azərbaycana təhlükəli dərman gətirilir - Rəsmi

09:40

Havalar soyuyur... QAZSA BAHA: NƏ ETMƏLİ? - LİMİT MƏNGƏNƏSİ...

09:10

"Hərbçilərin pensiya yaşının artırılması bütün hallarda ciddi narahatlıq doğuran məsələdir" - deputat

23:37

Paşinyan KTMT katibini qəbul etməkdən imtina etdi - ŞOK AÇIQLAMA

22:30

Zelenski yenidən prezident ola bilməz - Zelenskaya

22:09

Nazir Ermənistanın sülhə törətdiyi maneələrdən DANIŞDI

20:30

Siqaret bahalaşır, bu yerlərdə qadağan edilir...

20:07

Qəzada ölən türkiyəli boksçunun ürəyi Fəridə köçürüldü

15:41

Azərbaycanda mənzil dələduzluğunun qarşısını niyə almaq olmur?

14:59

Bu da sizin təriflədiyiniz UNEC... - NARAZILIQ VAR...

14:25

Kənd Təsərrüfatı Nazirliyinin qurumuna direktor TƏYİN EDİLİB - ƏMR

13:38

Keçmiş deputatın oğlu ilə şirkət arasında icarə qalmaqalı – Nə baş verib?

12:49

Direktor meşə ərazisində ağac deyil, taxıl əkir – Nəsimi Nəsibov Əmək Məcəlləsinə niyə əməl eləmir?

12:17

Zeynəb Xanlarovanın nəvəsinə VƏZİFƏ VERİLDİ

11:17

Vəzifədə təzə olsa da... - Köhnələrə MEYDAN OXUYUR

10:44

“Vaxtilə adı gələndə bəzilərinin əl-ayağı əsirdi, bu ğun isə oğlu ölkədən çıxa bilmir...” - Çovdarovla bağlı YENİ GƏLİŞMƏ...

10:10

Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər (VİDEO, FOTO)

09:42

BU NƏ SƏADƏT... BU NƏ İMKAN? -İLGİNC İDDİALAR...

09:03

Göygöl Rayon Mərkəzi Xəstəxanasının TENDER "ALIŞ-VERİŞİ" - FOTOLAR

08:36

“Sea Breeze”dəki davada adları keçən gənclər ifadə verdilər – MƏHKƏMƏ İŞİ

08:06

Rusiyada LGBT hərəkatı qadağan edildi

07:42

Emin Əmrullayev DÜZMÜ BUYURDU? - "Vətən övladlarının haqqını yeyən..."

23:18

“Məktəblər bağlana bilər?” sualına - Nazirdən cavab

18:31

Kənd məktəbləri niyə boşalır? - HƏQİQƏTƏN DƏ...

18:07

FHN məmurunun xidməti maşını ilə yarım milyon oğurlanıb

17:47

“SİPARK” MTK sakinləri süründürür - GİLEY

17:29

İnstitutda professorlar arasında DAVA - Elmlər doktoru Elmi Şuradan qovuldu

17:23

Emin Ağalarov Bakıda daha 2 yaşayış binası inşa edir - TƏFƏRRÜAT