"Təhsil sistemindəki hər bir narazılığın günahkarı Elm və Təhsil Nazirliyidir" - Kamran Əsədov

21:35 23.02.2023 92
"Təhsil sistemindəki hər bir narazılığın günahkarı Elm və Təhsil Nazirliyidir" - Kamran Əsədov


Son zamanlar məktəblərdə direktorlar əleyhinə müxtəlif aksiyalar keçirilir. Bəzən yeni təyin edilən direktorlar məktəbin pedoqoji heyəti və valideynlər tərfindən qəbul edilmir.

Elə bir müddət əvvəl Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə də belə bir hadisə yaşandı. Məktəbin müəllim və valideynləri fevralın 17-də yeni direktor təyin edilən Məhnurə İsmayılovanın vəzifəsindən azad edilməsi tələbi ilə aksiya keçirdilər. Kollektiv yeni direktorun idarəçiliyindən narazıdır. Bildirirlər ki, vəzifəyə təyin olunandan sonra yeni qadağaların tətbiqinə başlayıb. Məktəbdə hazırda dərs keçirilmir.

Bundan az keçmədi ki, paytaxtın 49 nömrəli “İntellekt” məktəb-liseyinin müəllimlərin valideynlərdən vəsait tələb edilməsinədair səs yazıları yayılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparıldıqdan sonra məktəbin direktoru Təhminə Əsədovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verildi. Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini isə işdən çıxarıldı.

Orta məktəblərdə direktor təyinatlarındakı nöqsanlar istər sosial şəbəkələrdə, istərsə də cəmiyyətdə tanınmış siyasi-ictimai xadimlər tərəfindən tənqid edilir.

Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, əslində, təhsil sistemində baş verən hər bir narazılığın səbəbkarı, günahkarı Elm və Təhsil Nazirliyidir.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin təhsilə münasibəti, yanaşması necədirsə, cəmiyyətin də elədir:

"Bu gün təhsilə aidiyyəti olmayan şəxsləri vəzifəyə gətirirb səlahiyyətlər verirlər və yekunda ictimai nüfuz aşağı düşür. Bu gün məktəblərə nəzarət yoxdur. Formal xarakterli görüşlər keçirib, şəkil çəkdirməkdən başqa təhsil fəaliyyəti də yoxdur. Bu baş verənlər, təbii ki, dəhşətli haldır. Təsəvvür edin, bizim 4432 orta ümumtəhsil məktəbimizdə 1.6 milyon şagird oxuyur. Bu, ölkə əhalisinin təxminən 20 faizinin birbaşa orta məktəblərdə təhsil prosesində olmağı deməkdir. Bu gün vatsap vasitəsilə direktorlar, direktor müavinləri, sinif rəhbərləri heç kimdən qorxmadan bu və ya digər məqsədlər üçün pul yığırlar, qanunsuz əməllərini həyata keçirirlər. Kimə arxayındırlar? Direktorlar, direktor müavinləri bu qanunsuz əməllərini Elm və Təhsil Nazirliyində onlara havadarlıq edənlərə arxayın olub edirlər. Bilirlər ki, cəzasızlıq var. Təsəvvür edin, məktəb direktoru açıq-aşkar şagirddən rüşvət istəyir, ciddi bir qayda pozuntusu, mən deyərdim cinayət var, amma töhmət verməklə kifayətlənirlər.

Ekspertin fikrincə, töhmət direktora deyil, birbaşa Elm və Təhsil Nazirliyində o sahəni kurasiya edənlərə verilməlidir:

"Görün nə qədər özbaşınalıqdır ki, insanlar rahatlıqla öz qanunsuz əməllərini həyata keçirə bilirlər. Qarşıdan bayramlar gəlir. Təbii ki, baş verənlər təhsilin idarə edilməsinə və təyinatdakı boşluqlardan irəli gəlir. Yəni hal-hazırkı direktor vəzifəsinə təyinatlar artıq köhnəlib. Dövrün tələblərinə cavab vermir, qaydalar dəyişməlidir. Məktəblərdə hesabatlılıq olmalıdır. Nəticə önəmli olmalıdır, məsuliyyət olmalıdır. Siz axırıncı dəfə nə vaxtsa Elm və Təhsil Nazirliyinin gedib məktəbləri yoxladığını görmüsünüzmü? Xeyr, yalandan gedib iki dənə selfi edib, şəkil çəkdirib gəlirlər. Çünki heç kim qorxmur. Biz məktəbdə olanda deyirdilər nazirlikdən yoxlama gəlir, hamı özünə çəki, düzən verərdi. Gəlib bizdən soruşardılar ki, təhsilin keyfiyyəti nədir, sizi nə qane edir? Bu gün heç nə yoxdur, başları ancaq sosial şəbəkələrdə şəkil paylaşmağa qarışıb. Təbii ki, xoşagələn vəziyyət deyil. Artıq dözülməz bir haldır. Yəni müəllimin, məktəbin, təhsil idarəedilməsinin nüfuzu ciddi şəkildə aşağı düşüb. İnsanlar artıq bir şeydən çəkinməlidirlər. Qorxmalıdırlar ki, bu qanunsuz əməllərini həyata keçirməsinlər. Amma çox təəssüf ki, belə bir qorxacaq yerləri yoxdur".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...